Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-123/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə Xeybər oğlunun iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.08.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 112299.76 manatın bundan 88251.27 manat əsas, 24024 manat faiz, 24.49 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumunun cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.12.2019-cu il tarixli, ***- *******KOB02121902 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 (iyirmi dörd) aymüddətinə illik 20 % dəcəsi ilə 99000 (doxsan doqquz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 03.12.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında 03 dekabr 2019cu il tarixli saylı Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.12.2019-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********542 saylı 19 avqust 2021 -ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 12.08.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 112299,76 'bir yüz on iki min iki yüz doxsan doqquz manat 76 qəpik) AZN təşkil edir. Bundan 88251.27 səksən səkkiz min iki yüz əlli bir manat 27 qəpik) AZN əsas, 24024 (iyirmi dörd min iyirmi dörd manat) AZN faiz, 24.49 (iyirmi dörd manat 49 qəpik) AZN cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1 -ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Xeybər oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin ollunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.12.2019-cu il tarixli, ***-*******KOB02121902 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 (iyirmi dörd) aymüddətinə illik 20 % dəcəsi ilə 99000 (doxsan doqquz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 03.12.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan 03 dekabr 2019-cu il tarixli saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında 03 dekabr 2019-cu il tarixli saylı Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 03 dekabr 2019-cu il tarixli saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, 05.12.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094/fərdi yaşayış evi, ümumi 206 kv.m, yaşayış sahədən ibarət "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit borcu aylıq 5038.68 manat olmaqla, 03.01.2020-ci il tarixdən başlayaraq 03.12.2021-ci il tarixdə bitməli idi. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 12.08.2021-ci il tarixə 88251,27 manat əsas, 24024 manat faiz borcu, cərimə 24.49 manat olmaqla, cəmi 112299,76 manat borcu mövcuddur. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan 19 avqust 2021-ci il tarixli, **********546 nömrəli LPO AmrahBank ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094/fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişi qeydiyyata alınması xahiş olunmuşdur. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.12.2019-cu il tarixli, ***-*******KOB02121902 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 20 % dəcəsi ilə 99000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında 03 dekabr 2019-cu il tarixli saylı Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Borc alan Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 03 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borc alanla birlikdə cavabdehlik daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********542 saylı 19.08.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Cavabdeh2 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və 12.08.2021-ci il tarixə onun banka əsas məbləğ üzrə 88251.27, faiz üzrə 24024 manat, cərimə borcu olaraq 24.49 manat olmaqla, ümumilikdə 112299.76 manat borcu yaranmışdır ki, həmin borc ondan və zamin Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipotekaya qoyulmuş mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına LPO "xxxx" ASC-yə ödənilməsi, ipoteka mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması barədə tələbləri əsaslı hesab edir. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipotekaqoyana qaytarılır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə Əmlak Ekspert Mərkəzi MMC-nin 07.01.2022-ci il tarixli, ƏEM/Y 03-003/22 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evinin 07 yanvar 2022-ci il tarixinə: bazar dəyəri 183.000,0 manat, likvid dəyəri 164.000,0 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 164 000,0 manat müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun cavabdehlədən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi hissəsində əsassızıdr və təmin edilməməlidir. Belə ki, tərəflər arasında 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərə məxsus digər əmlakın girov və ya ipoteka ilə yüklü edilməsinə dair hər hansı bir razılaşma olmadığından, pul öhdəliyin icrasının təmin edilməsi üsulu kimi tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi tətbiq olunmamalıdır. Bundan başqa cavabdehlərə məxsus digər əmlakın nədən ibarət olmasını, onun hüquqi vəziyyəti barədə sübutlar təqdim edilmədiyindən tələbin həmin əmlaka yönəldilməsinin mümkünlüyünü müəyyən etmədən iddianın bu hissədə təmin edilməsi mümkün deyildir. Bu məsələnin həlli məhkəmə qətnaməsinin icrası qaydasında «İcra haqqında» Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq müvafiq icra məmurları qurumunun müraciətinə əsasən Azərbaycan Respublikası Mülki Presessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq mümkündür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2ı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 müştərək qaydada 88.251.27 manat əsas, 24024 manat faiz borcu, 24,49 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmal, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 164.000 manat müəyyən edilməli, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracdan satılmalı, ipotekaya qoyulmuş fərdi yaşayış evinin satışından əldə olunan vəsaitdən cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 LPO "xxxx" ASC-yə olan borcun ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan 1 (bir) ay sonra boşaldılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda, elektron xidmətlər portalından çıxarışdan aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 88251,27 (səksən səkkiz min iki yüz əlli bir manat iyirmi yeddi qəpik) manat əsas, 24024 (iyirmi dörd min iyirmi dörd) manat faiz borcu, 24,49 (iyirmi dörd manat qırx doqquz qəpik) manat cərimə borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 164.000 (yüz altmış dörd min) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın. İpotekaya qoyulmuş fərdi yaşayış evinin satışından əldə olunan vəsaitdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LPO "xxxx" ASC-yə olan borcun ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evi satıldıqdan 1 (bir) ay sonra boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN:AZ30GUNA********************, Bank:GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************,KOD:505594; SWİFT:GUNAAZ22) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-123/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-123/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver