Məhkəmə qərarları › İş №2(009)-1230/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1230/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1230/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1-ci qrup əlildir və gözlərində ciddi problemlər var. Ona görə də müayinə və müalicə üçün 2023-cü ilin noyabr ayından Bakı şəhərində yerləşən Dünyagöz xəstəxanasına müayinəyə getməyə başlamışdır. Onu müayinə etmişlər və gözünə görə əməliyyat lazım olduğunu dildirmişlər. O, orada 2 dəfə sığorta ilə əməliyyat olunmuşdur, lakin nəticə müsbət olmamışdır. Ona görə də 3-cü dəfə ümumilikdə 3000 manat nağd pul ödəyərək əməliyyat olunmuş, yenə müsbət nəticə olmamışdır. Orada işləyən Amid adlı həkim bildirmişdir ki 4-cü əməliyyata da ehtiyac var. 1000 manat da ümumilikdə (axırıncı dəfə 500 manat, 19 aprel 2024-cü il tarixli qəbzlə) 4-cü əməliyyat üçün ödədikdən sonra yenə əməliyyat olunmuşdur. Lakin yenə heç bir faydası olmamışdır .Beləliklə o 2024-cü ilin yanvar və fevral aylarında sığorta ilə, mart və aprel aylarında isə öz vəsaiti ilə gözündən əməliyyat olunmuşdur. Bununla da o 2003-cü ilin noyabr ayından 2024-cü ilin 10 may tarixinədək olan dövrdə həmin xəstəxanada boş yerə vaxt itirmiş, pul xərcləmiş, əziyyət və ziyan çəkmiş, zərər görmüş, düzgün olmayaraq əməliyyat olunmuş, xidmət lazımi qaydada olmadığı üçün hər hansı müsbət nəticə də olmamışdır. Bildirdiyinə görə həkim onu düzgün əməliyyat etməyib və yaxud onun gözünün əməliyyata ehtiyacı yox imiş, bunun faydasız olduğunu həkim bilməli idi, gözünə görə digər vasitələrlə müalicə almaq daha doğru olardı. Ona görə də şikayətlə AR Tibbi Sığorta üzrə dövlət agentliyinə müraciət etmişdir, lakin agentliyin isə 24 aprel 2024-cü il tarixli məktubundan da qeyd olunan səbəblərdən də xəstəxana ona dəyən zərəri ödəməlidi. Azərbaycan Respublikası MM-nin 21.1-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Onun səhv olunan əməliyyatında xəstəxana da günahkardır. Belə ki hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi qüsur üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Dünyagöz” xəstəxanasından ona dəymiş 4.000 manat məbləğində zərərin və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Bir daha bildirir ki, iddiaçıya klinika tərəfindən düzgün diaqnoz qoyulmuş, qoyulmuş diaqnoza uyğun müalicə və cərrahiyyə əməliyyatları icra edilmişdir, əməliyyatdan öncə xəstəyə təklif olunan iynə inyeksiyasından istifadə etməmiş, icbari sığorta tərəfindən qarşılanan iynədə istifadə etmiş, həkim tərəfindən təyin olunan müayinə müddətində xəstəxanaya gəlməmişdir, iddiaçı tərəfindən həkimin ona görmə qabilliyyətinin 50 faizədək artırılacağına dair vəd verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda təyin edilmiş tibbi ekspert rəyi ilə də qoyulan diaqnozların və icra edilən əməliyyatların düzgün olması təsdiq edilmişdir. Klinikanın heç bir günahı yoxdur. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şikayətləri ilə əlaqədar klinikaya müraciət etmişdir. Xəstəyə qoyulan diaqnoz: “Kataraktalar digər, Retina pozğunluqları digər, Korneanın transplantasiyası Astikmatizm. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə sol gözünün müayinəsi üçün daxil olmuşdur. Müayinə zamanı sağ göz: Refraksiya: CYL-7.00, AXİS-25; Damlasız Refraksiya: CYL-3.50, AXİS-25;, Sol göz: Refraksiya SPH-50, CYL-9.75, AXİS-70; Damlasız refraksiya : SHP-1.00, CYL-6.00, AXİS-70; ; Uzaq sağ göz:SPH-4.50, CYL-3.50, AXİS-25,Sol göz:SPH-1.00,CYL-6.00,AXİS70. Diaqnoz: “Kataraktalar digər, diaqnoz qoyulmamış, Retina pozğunluqları digər, digər diaqnoz qoyulmamış”. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə müayinədə olmuş və ona “Korneanin transplantasiyası” diaqnozu təyin edilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, o, sol gözdə görmənin azalma şikayəti ilə daxil olmuş, xx.xx.2024-cü il tarixdə sol gözü üzərində “Astiqmatom (Astiqmatik Keratotomiya)” cərrəhaiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı sol gözdə ikiqat greft-resipient kəsik yerinin iç hissəsində (greftə) 10 dərəcə girişdə dərinlikdə qarşılıqlı astiqmatik keratomiya edilmişdir. xx.xx.2024-cü il tarixdə yaxşılaşma ilə evə buraxılmışdır. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə müayinədə olmuş və ona “Retina pozğunluqları” diaqnozu təyin edilmişdir. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə sol gözdə bulanıq görmə şikayəti ilə daxil olmuşdur. Müayinə zamanı ön seqment: saydam greft karatakt top K as 6.00D. Krarakta əməliyyatı məsləhət görülmüşdür. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə sol gözdə bulanıq görmə şikayəti ilə daxil olmuşdur. Diaqnoz: “Keratokonus” qoyulmuşdur. İş üzrə xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, o, sol gözdən bulanıq görmə şikayəti ilə daxil olmuş, xx.xx.2024-cü il tarixdə sol gözü üzərində “Fakoemülsifikasyon ilə katarakt cərrahisi və İOL implantasiyası (Alcon, İQ Toric)” cərrəhaiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı L.A.A.D.A Temporal korneal tünül hazırlanmışdır. Kapsulorexis, Facoemilsufikasyon və kortexaspirasyası yükunlaşmışdır. Qatlana bilən İOL kapsul içinə implant edilmişdir. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə sol gözdə görmənin azalması şikayəti ilə daxil olmuşdur. Müayinə zamanı iynə tövsiyyə olunmuşdur. Diaqnoz: “əməliyyat sonrası yaxşılaşma dövrü” qoyulmuşdur. İş üzrə xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, o, sol gözdən bulanıq görmə şikayəti ilə daxil olmuş, xx.xx.2024-cü il tarixdə sol gözü üzərində “X1 (Altuzan)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanısol gözə topical anesteziyaaltında 4 mm geridə vitreus içi 0.01 cc Anti vegf inyeksiya edilmişdir. xx.xx.2024-cü il tarixdə yaxşılaşma ilə evə buraxılmışdır. Diaqnoz: Keratokonus”. Retina pozğunluqları. Korneanın transplantasiyası. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə az görmə şikayəti ilə daxil olmuşdur. Müayinə zamanı iynə tövsiyyə olunmuşdur. Diaqnoz: “Retina pozğunluqları” qoyulmuşdur. İş üzrə İddiaçı tərəfindən verilmiş xx.xx.2024 tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 500 manat pul ödənilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, DGH-1292 saylı arayışından görünür ki, İddiaçı gözünün ön hissəsində, yəni kornea və büllur təbəqəsində xəstəlik mövcuddur. Bundan əlavə vətəndaşın ürək və Arterial hipertenziya xəstəliyi olduğuna görə. Vətəndaşın hər iki gözündə xüsusilə sol gözündə retina damar tıxanıqlığı, makulyar ödem müalicəsi (maye yığılması) mövcuddur. Makulyar ödəm müalicəsi hər aya və ya 2-3 ayda bir olmaqla düzənli olaraq iynə inyeksiya məsləhət görülmüşdür. Xəstə inyeksiya müalicəsinə vaxtında gəlməmiş, məsləhət görülən daha effektli iynələrin inyeksiyası üçün müraciət etməmişdir. Xəstəlik vətəndaşın keçirdiyi retina pozulması əməliyyatından tamamilə əlaqəsizdir. Ön seqmentdə hər hansı problem aşkarlanmamış, lazım olan müalicə tam olaraq təyin edilmişdir. Xəstəyə bu vəziyyətdə dəfələrlə izah edilmiş, lakin vətəndaş təyin olunan müalicəyə vaxtında gəlməmiş və bunu bildiyi halda etiraz ermişdir. Retina və damar tıxalıqlığı xəstəliklərinin bütün dünyada tam olaraq müalicəsi və əməliyyatı yoxdur. Bu nöqteyi nəzərdən ən yaxşı müalicə yöntəmi olaraq iynə inyeksiyası məsləhət görülmüşdür. İş materiallarında əlavə edilmiş Tibbi-Soaial Ekspert Komissiyası tərəfindən verilmiş çıxarışa əsasən, genişlənmiş kardiomiopatiya, Dilatasion kardiomiopatiya ağırlaşma z94.1 Tranplantasiya olunmuş ürəyin olması, Tranplantasiya olunmuş ürək diaqnozu ilə qoyulmuş və İddiaçı birinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 461/KEŞ saylı rəyinə əsasən, 1975-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.2. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kataraktalar, Astiqmatizm Korneanın tarnplantasiyası” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq onun sol gözü üzərində “İntravitreal (Avastin+Triamsinolon) cərrəhiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrar klinikaya sol gözündə görmə zəifliyi şikayəti ilə müraciət etmiş və onun sol gözü üzərində”Astiqmatom” (Astiqmatik Keratotomiya) cərrahiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024cü il tarixdə xəstə təkrar xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Retina pozğunluqları” diaqnozu təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə diaqnoza uyğun olaraq onun sol gözü üzərində “X1 (Altuzan)” cərrəhiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrara xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Keratokonus” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə diaqnoza uyğun olaraq xəstənin sol gözü üzərində “Fakoemülsifikasyon ilə katarakt cərrəhisi və İOL implantasiyası Alcon, İQ Toric)” cərəhiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrar xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Keratokonus. Retina pozğunluğu və Korneanın implantasiyası” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin sol gözü üzərində “X1 (Altuzan)” cərrahiyyə əməliyyatı icra edilmişdir.

3. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatları diaqnoza uyğun olaraq tibbi göstəriş əsasında icra edilmişdir.

4. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün icra edilmişdir.

5. İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış cərrahiyyə əməliyyatları ilə əlaqədar onun görmə qabiliyyətində pisləşmə müşahidə olunmur.

6. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatlarına səbəb yüksək dərəcəli astiqmatkeratoplastika və fəsadlı katarakta olmuşdur ki, bunun da xəstənin hazırki vəziyyəti ilə səbəbli əlaqəsi olmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Dünya Göz Azərbaycan“ MMC-yə müraciət etmiş və müayinədən sonra ona sol gözü üzərində “Fakoemülsifikasyon ilə katarakt cərrahisi və İOL implantasiyası (Alcon, İQ Toric)” cərrahiyyə əməliyyatı aparılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə təkrarən klinikaya müraciət etmiş, müayinədən sonra ona “Keratokonus. Retina pozğunluğu və Korneanın implantasiyası” diaqnozu təyin edilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı üzərində cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun üzərində aparılmış cərrahiyə əməliyyatı nəticəsiz olduğuna görə, o, "xxxx" MMC tərəfindən ona dəymiş 4000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının üzərində aparılmış əməliyyatların uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir . Verilmiş ekspert rəyi ilə müyyən edilmişdir ki, “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kataraktalar, Astiqmatizm Korneanın tarnplantasiyası” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq onun sol gözü üzərində “İntravitreal (Avastin+Triamsinolon) cərrəhiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrar klinikaya sol gözündə görmə zəifliyi şikayəti ilə müraciət etmiş və onun sol gözü üzərində”Astiqmatom” (Astiqmatik Keratotomiya) cərrahiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrar xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Retina pozğunluqları” diaqnozu təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə diaqnoza uyğun olaraq onun sol gözü üzərində “X1 (Altuzan)” cərrəhiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrara xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Keratokonus” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə diaqnoza uyğun olaraq xəstənin sol gözü üzərində “Fakoemülsifikasyon ilə katarakt cərrəhisi və İOL implantasiyası Alcon, İQ Toric)” cərəhiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2024-cü il tarixdə xəstə təkrar xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Keratokonus. Retina pozğunluğu və Korneanın implantasiyası” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin sol gözü üzərində “X1 (Altuzan)” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatları diaqnoza uyğun olaraq tibbi göstəriş əsasında icra edilmişdir.İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün icra edilmişdir.İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış cərrahiyyə əməliyyatları ilə əlaqədar onun görmə qabiliyyətində pisləşmə müşahidə olunmur.İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatlarına səbəb yüksək dərəcəli astiqmat-keratoplastika və fəsadlı katarakta olmuşdur ki, bunun da xəstənin hazırki vəziyyəti ilə səbəbli əlaqəsi olmamışdır. Göründüyü kimi ekspert rəyi ilə iddiaçı üzərində cərrahiyyə əməliyyatlarının hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçı qarşısında vurulmuş ziyanla bağlı öhdəliyinin yaranması üçün, vurulmuş ziyanın real olmasını təsdiq edən sübutlar olmalı, eyni zamanda hüquq pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin iddiaçı nə cavabdehin mülki hüquq pozuntusu törətməsi ilə bağlı, nə də ki, cavabdehin hərəkətləri nəticəsində ona 4000 manat ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçı üzərində cərrahi əməliyyatların hər hansı bir pozuntu ilə aparılması müəyyən edilmədiyindən və bu hal iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçının üzərində aparılmış cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün icra edilməsi, həmin cərrahiyyə əməliyyatları ilə əlaqədar onun görmə qabiliyyətində pisləşmənin müşahidə olunmaması müəyyən edilmədiyindən, eyni zamanda iddiaçı cavabdehin hərəkəti nəticəsində ona 4000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏTETDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-dən ona vurulan 4.000 (dörd min) manat məbləğində zərərin və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar