Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-124/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçının nümayəndəsi Z.Ə.Məmmədovun iştirakı ilə , İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 165/OM-km saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında xx.xx.2015-ci il tarixli, 165/OM/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin X2 tərəfindən xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********11-05101-093033, qeydiyyat nömrəsi **********, seriya RX No 0535485) Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,8 kv.m., yaşayış sahəsi 47,1 kv.m., yardımçı sahəsi 15,7 kv.m. olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir.Belə ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 165/OM-km saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcundan 559,94 ABŞ dolları, faiz borcundan isə 483,96 ABŞ dolları ödəniş etmişdir. Hal-hazırda Cavabdeh1 Banka 19440,06 ABŞ dolları əsas, 4615,25 ABŞ dolları faiz, 4538,01 ABŞ dolları cərimə borcu ödənilməmiş qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şafahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 165/OM-km saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 19440,06 ABŞ dolları əsas, 4615,25 ABŞ dolları faiz, 4538,01 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28593,32 ABŞ dolları borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrində qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan (AR ƏMDK yanında ƏDRX-nin X2 tərəfindən xx.xx.2014-cü il tarixə qeydiyyata alınmış, reyestr nömrəsi **********11-05101-093033, qeydiyyat nömrəsi **********, seriya RX No 0535485) Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,8 kv.m., yaşayış sahəsi 47,1 kv.m., yardımçı sahəsi 15,7 kv.m. olan 3 otaqlı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Bank» qismində İddiaçı ASC-nin Gəncə filialı ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 165/OM-km No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə, illik 20%-lə, 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı ASC-nin Gəncə filialı ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 165/OM-İP No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2015-ci il tarixli 165/OM-km saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əlliyev prospektində yerləşən 54B saylı evin 54 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka predmeti tərəflərin razılığı ilə “xxxx” MMC tərəfindən 40.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya RX ******* №-li çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 54B saylı evin 54 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən, 54B saylı evin 54 saylı mənzil xx.xx.2015-ci il tarixli, 165/OM-km nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 54B saylı evin 54 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC-nin Gəncə filailı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 54B saylı evin 54 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1165/OM-km saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borcdan 19.440,06 ABŞ dolları, faiz borcu üzrə 4.615,25 ABŞ dolları, cərimə borcu üzrə 4.538,01 ABŞ dolları borcu olmaqla, cəmi 28.593,32 ABŞ dolları borc təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/822 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 61-ci vərəqində olan xx.xx.2015-ci il tarixli məxaric orderində “Vəsaiti aldım” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi Bank, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 54B saylı evin 54 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 19440,06 ABŞ dolları əsas, 4615,25 ABŞ dolları faiz, 4538,01 ABŞ dolları cərimə, cəmi 28593,32 ABŞ dolları tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır.Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 19440,06 ABŞ dolları əsas və 4615,25 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 4538,01 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 144,69 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun Cavabdeh2 mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Göstərilən Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqaviləsidən göründüyü kimi “xxxx” MMC tərəfindən ipoteka predmeti 40.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. Beləliklə məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilən məbləğ (likvid dəyər) – 40.000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh1 tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində də pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də Cavabdeh1 aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 165/OM-km saylı kredit müqaviləsinə əsasən 19440,06 ABŞ dolları əsas borc, 4615,25 ABŞ dolları faiz borcu, 144,69 ABŞ dolları cərimə borcu, cəmi 24200 (iyirmi dörd min iki yüz) ABŞ dolları ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində pul tutulsun. Cavabdeh1 tutulacaq pul məbləği ipoteka predmetini təşkil edən və Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 54B saylı evin 54 saylı mənzilə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 40.000 (qırx min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın. Cavabdeh1 dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərci - 124 (yüz iyirmi dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-124/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-124/2021
18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver