Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-124/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 1052 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 1382.87 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 03.12.2018-ci il tarixində AKX-0047028/12-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00940 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 28.11.2018-ci il tarixli ******* saylı akt əsasında 367.2 manat; 2. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 658,8 manat olmaqla, cəmi 1026 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, 10/2018 tarixində cavabdeh abonentə smart sayğac quraşdırılmışdır və cavabdeh müvafiq olaraq 11/2018-08/2019 tarixləri arasında cəmi 96 manat ödəniş etsə də, bu məbləğin 82.93 manatı cavabdehin borcuna görə tutulmuşdur. Bunun nəticəsi olaraq, abonentin 11/2018 tarixində 109,8 manat olan qalıq borcu 08/2019 tarixində 26,67 manata düşmüşdür. Beləliklə, cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə cari olaraq 1052.87 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borclarla birlikdə ümumi olaraq 1052,87 manat təşkil etməkdədir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərkətləri nəticəsitndə «Azəriqaz» İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraəcitə etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi və izah etdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi x/ev 94 ünvanında yaşayır, həmin yaşayış sahəsində quraşdırılmış qaz saygacı 2018-ci ilin oktyabr ayında «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülərkən, əvəzində elektron qaz sayğacının quraşdırılmasını bildirmişlər. Onun iştirakı ilə əvvəlki qaz sayğacı dəyişdirilərkən özü də orada iştirak etmiş, akta imza etmişdir. Həmin vaxt sayğacda hər hansi qüsur olduğu «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkar edilməmiş, aktda da bu barədə qeyd edilməmişdir. Həmin hadisədən 03 il keçdikdən sonra iddiaçı məhkəmədə iddia qaldırır ki, onun köhnə sayğacında guya qüsurlar olmuşdur və bu barədə 2018-ci ilin dekabr ayında akt tərtib olunmuşdur. Halbuki həmin aktdan ümumiyyətlə məlumatı olmamışdır. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, guya ki, mənzilə tərəflərindən baxış keçirilərkən məlum olumuşdur ki, istehlakçı təbii qazdan qeyri-qanuni şlanq birləşmə vasitəsilə istifadə edir, buna görə akt tərtib olunub və guya o, aktı imzalamaqdan imtina edib. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun ünvanına akt yazılmasından məlumatı olmamışdır, əks təqdirdə o, həmin aktları məhkəmə qaydasında mübahisələndirərdi, həmin əməkdaşlar onun mənzilində heç vaxt olmamışlar. Digər tərəfdən, onun tərəfindən qazdan sayğacsız qeyri-qanuni istifadə halları ümumiyyətlə olmamışdır. İddiaçının əməkdaşlarının məhkəməyə təqdim etdikləri fotoşəkildən də, həmin hal öz təsdiqini tapmır. Belə ki, həmin fotoşəkildə yalnız onun həyətinin giriş qapısı və evinin qapısı yanında quraşdırılmış elektrik sayğacı görünür. İddiaçı tərəfindən təqdim olunmuş qaza qeyri-qanuni qoşulmaya dair fotoşəkildən isə həmin şəklin məhz onun ünvanına aid olması görünmür. Onun tərəfindən qaza qeyri-qanuni qoşulma olmadığı üçün belə bir sübut da məhkəməyə təqdim olunmamışdır. Ona görə də, iddia tələbini əsassız hesab edir və onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 03.12.2018-ci tarixli, AKX-0047028/12-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan qaz sayğacının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında 04.10.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent istehlakçı Cavabdeh aid olan qaz sayğacı onun iştirakı ilə smart sayğacla əvəz edilmişdir. İş materiallarında olan Təbii X1nın pozulması haqqında ******* nömrəli, 28.12.2018ci il tarixli aktdan görünür ki, G-6 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var, xətalar normaya uyğun deyil. İstehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanmalıdır. İş materiallarında olan «Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş 28.12.2018-ci il tarixli qərardan görünür ki, abonent kodu **********00940 olan Cavabdeh ******* nömrəli, 28.12.2018-ci il tarixli akta əsasən 3672 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan Təbii X1nın pozulması haqqında ******* nömrəli, 30.04.2019cu il tarixli aktdan görünür ki, mənzilə Bakı RQSD-nin Səbail rayonu üzrə əməkdaşları tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, istehlakçı təbii qazdan qeyri-qanuni şlanq birləşmə vasitəsilə istifadə edir. Dəymiş ziyan hesablanmalıdır. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan «Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş 30.04.2019-cu il tarixli qərardan görünür ki, abonent kodu **********00940 olan Cavabdeh ******* nömrəli, 30.04.2019-cu il tarixli akta əsasən 6588 kub metr əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ünvanında olan qaz sayğacı onun iştirakı ilə 04.10.2018-ci il tarixdə iddiaçı təşkilatın əməkdaşları tərəfindən smart sayğacla əvəz edilmiş və bu barədə tərtib edilmiş ******* saylı akta Cavabdeh da imza etmişdir. Həmin aktda qaz sayğacında hər hansı qüsur olması göstərilməmişdir. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən Təbii X1nın pozulması haqqında ******* nömrəli, 28.12.2018-ci il tarixli akt tərtib edilmişdir ki, həmin aktdan görünür ki, cavabdehin ünvanından çıxarılmış G-6 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var, xətalar normaya uyğun deyil. İstehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanmalıdır. Həmin akt cavabdehin iştirakı olmadan tərtib edilmişdir. Qeyd olunan akt əsasında “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamentinin 28.12.2018-ci il tarixli qərarı ilə iddiaçıya 3672 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya aid olan köhnə sayğac cavabdehin iştirakı ilə çıxarılarkən sayğacda hər hansı qüsurun olduğu tərtib olunmuş 04.10.2018-ci il tarixli aktda qeyd olunmamışdır. Bundan sonra çıxarılan sayğacda qüsur olmasına dair ******* nömrəli, 28.12.2018-ci il tarixli akt isə cavabdehin iştirakı olmadan tərtib olunmuşdur. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, cavabdehin qaz sayğacında qüsurlar aşkar edilsə də, həmin qüsurun məhz cavabdehin təqsiri üzündən baş verməsi və ya cavabdehin sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Məhkəmə itirilmiş qazın bərpası ilə bağlı iddiaçıya hesablanmış borcla bağlı qeyd edir ki, həmin borc da əsassız hesablanmışdır. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi iddiaçı təşkilat qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, həmin tədbirlər müvafiq normativ hüquqa akta əsaslanmalıdır. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. SOCAR-ın 09.01.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş (qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması) Qaydalar isə normativ hüquqi akt olmadığından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmadığından, həmin Qaydalara istinad edərək hər hansı cərimənin hesablanması qanuni hesab edilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X2 Reyestrinə (bundan sonra – X2 Reyestri) daxil edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh barəsində itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat normativ hüquqi akt hesab olunmayan Qaydalar əsasında hesablandığından, həmin hesabat qanuni hesab edilə bilməz. İddia tələbindən həmçinin görünür ki, 30.04.2019-cu il tarixdə cavabdehin ünvanına Bakı RQSD-nin Səbail rayonu üzrə əməkdaşları tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, istehlakçı təbii qazdan qeyri-qanuni şlanq birləşmə vasitəsilə istifadə edir. Bu barədə ******* nömrəli akt tərtib edilmişdir və həmin akt əsasında “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamentinin 30.04.2019-cu il tarixli qərarı ilə iddiaçıya 6588 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır ki, bununla əlaqədar dəymiş zərər cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehin ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus qaz sayğacı mənzilin çöl yan divarında quraşdırılmışdır. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən irəli sürülən qaz xəttinə qanunsuz qoşulma faktı yerli müayinə zamanı aşkarlanmamışdır. Belə ki, qanunsuz qaz xəttinə qoşulma faktı foto şəkillərdə mənzilin dam hissəsində göstərilsə də, mənzilin dam hissəsinə baxış keçirmək qeyri-mümkün olduğundan, foto şəkillərin cavabdehin mənzilinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehdən “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-124/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-124/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver