Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1251/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı knaḃ ınU" KB" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı knaḃ ınU" KB" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4500 AZN əsas, 720,3 AZN faiz, 24,93 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5245,23 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,46 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 4500 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 may 2024, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 4500 AZN əsas, 720,3 AZN faiz, 24,93 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5245,23 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin bank xidmətlərinin təqdim edilməsinə dair 29 Dekabr 2021-ci il tarixli, ümumi oferta və Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki Cavabdeh "Unibank” KB ASC-nin rəsmi internet səhifəsində (https://www.leobank.az/) yerləşdirilmiş xx/xx/2021 tarixli ümumi ofertası ilə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və razıdır. Həmin ofertanın nüsxəsini ona məxsus mobil telefonumda yüklənmiş mobil əlavədə əldə etmişəm və onun bütün şərtlərini qəbul edir; Bütün öhdəliklərini vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəkdir. ona, 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit xətti ayrılmasını xahiş edir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixədək, illik 27.6%-lə 600 manat məbləğində kredit xətti açılması təklif edilmiş, Cavabdeh tərəfindən həmin təklif sms-lə təsdiqlənmişdir. İş materiallarında olan Cavabdeh göndərilmiş elektron bildirişlərin tarixçəsindən görünür ki, Cavabdeh kredit limiti xx.xx.2022-ci il tarixdə 1500 manata qədər, xx.xx.2023cü il tarixdə 4500 manata qədər artırılmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun Banka xx.xx.2024-ci, il tarixinə 4500 AZN əsas, 517.5 AZN faiz, cərimə faizləri 0 AZN, 227.73 AZN cərimə, cəmi 5245.23 AZN borcu yaranmışdır. Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh Banka 4500 (dörd min beş yüz) AZN əsas, 720,3 (yeddi yüz iyirmi manat 30 qəpik) AZN faiz, 24,93 (iyirmi dörd manat 93 qəpik) AZN cərimə, cəmi 5245,23 (beş min iki yüz qırx beş manat 23 qəpik) AZN borcu yaranmışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC-nin bank xidmətlərinin təqdim edilməsinə dair 29 Dekabr 2021-ci il tarixli ümumi oferta və Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 27.6 faiz dərəcəsi ilə 600 manat məbləğində kredit xətti açılmış, daha sonra Cavabdeh kredit limiti xx.xx.2022-ci il tarixdə 1500 manata qədər, xx.xx.2023-cü il tarixdə 4500 manata qədər artırılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 4500 (dörd min beş yüz) AZN əsas, 720,3 (yeddi yüz iyirmi manat 30 qəpik) AZN faiz, 24,93 (iyirmi dörd manat 93 qəpik) AZN cərimə, cəmi 5245,23 (beş min iki yüz qırx beş manat 23 qəpik) AZN borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 29 Dekabr 2021-ci il tarixli ümumi oferta və Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən açılmış kredit xətti üzrə 4500 (dörd min beş yüz) AZN əsas, 720,3 (yeddi yüz iyirmi manat 30 qəpik) AZN faiz, 24,93 (iyirmi dörd manat 93 qəpik) AZN cərimə, cəmi 5245,23 (beş min iki yüz qırx beş manat 23 qəpik) AZN borc və 72,46 (yetmiş iki manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 29 dekabr 2021-ci il tarixli ümumi oferta və Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən açılmış kredit xətti üzrə 4500 (dörd min beş yüz) AZN əsas, 720,3 (yeddi yüz iyirmi manat 30 qəpik) AZN faiz, 24,93 (iyirmi dörd manat 93 qəpik) AZN cərimə, cəmi 5245,23 (beş min iki yüz qırx beş manat 23 qəpik) AZN borc və 72,46 (yetmiş iki manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1251/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1251/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver