Məhkəmə qərarları › İş №2(009)-1258/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1258/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1258/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızının iştirakları ilə, İddiaçı MMC-nin - cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızına qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı LV32 televizor üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, cəmi 354 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30049 “Samsung Galaxy A6” markalı telefon üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 206 (iki yüz altı) manat dəbbə, cəmi 1006 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26385 “Samsung Galaxy A6” markalı telefon üçün 563 (beş yüz altmış üç) manat ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat dəbbə pulu, cəmi 727 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran üçün 710 (yeddi yüz on) manat ödənilməmiş hissə, 213 (iki yüz on üç) manat dəbbə pulu, cəmi 923 manat olmaqla, ümumilikdə 3010 (üç min on) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3040 (üç min qırx) manat cavabdeh İsmayıl-zadə (İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızından alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən, “Samsung” markalı LV32 televizor, İMEİ kodu **********30049 “Samsung Galaxy A6” markalı telefon, İMEİ kodu **********26385 “Samsung Galaxy A6” markalı telefon, “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran almış və nəticədə 3010 (üç min on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı LV32 televizor üçün 354 (üç yüz əlli dörd) manat olmaqla ondan, 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1034 (min otuz dörd) manat (24 ay x 43 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********30049 “Samsung Galaxy A6” markalı telefon üçün 1006 (min altı) manat olmaqla ondan, 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 206 (iki yüz altı) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 938 (doqquz yüz otuz səkkiz) manat (12 ay x 78 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********26385 “Samsung Galaxy A6” markalı telefon üçün 727 (yeddi yüz iyirmi yeddi) manat olmaqla ondan 563 (beş yüz altmış üç) manat ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat dəbbə pulu, xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 957 (doqquz yüz əlli yeddi) manat (12 ay x 79 manat + 9 manat ilkin ödəniş) olan “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran üçün 923 (doqquz yüz iyirmi üç) manat olmaqla ondan 710 (yeddi yüz on) manat ödənilməmiş hissə, 213 (iki yüz on üç) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1426 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızı iddia tələbini qismən qəbul edərək «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə olan cərimə borcunun azaldılmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, k00116372 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 12 ay müddətinə, “Samsung” markalı LV32 televizoru alıcı İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızına satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, k00208746 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 24 ay müddətinə, “Samsung Galaxy A6” markalı televizoru alıcı İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızına satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, k00217372 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 12 ay müddətinə, “Samsung Galaxy A6” markalı telefonu alıcı İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızına satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 00514403 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 12 ay müddətinə, “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoranı alıcı İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızına satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızı xx.xx.2018-ci il tarixli müqavilə üzrə cəmi 570 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 270 manat əsas, 84 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 354 manat borcu vardır, xx.xx.2018-ci il tarixli müqavilə üzrə cəmi 234 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 800 manat əsas, 206 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 1006 manat borcu vardır, xx.xx.2018-ci il tarixli müqavilə üzrə cəmi 375 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 563 manat əsas, 164 manat dəbbə pulu olmaqla, İddiaçı MMCyə cəmi 727 manat borcu vardır, xx.xx.2018-ci il tarixli müqavilə üzrə cəmi 247 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 710 manat əsas, 213 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 923 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızı İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung” markalı LV32 televizor üçün 270 manat yaranmış əsas borcun, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung Galaxy A6” markalı telefon üçün 800 manat yaranmış əsas borcun, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung Galaxy A6” markalı telefon üçün 563 manat yaranmış əsas borcun, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran üçün 710 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə tələb edilən 84 manat, 206 manat, 164 manat və 213 manat cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn “Samsung” markalı LV32 markalı televizorüçün 270 manat, “Samsung Galaxy A6” markalı telefon üçün 800 manat, “Samsung Galaxy A6” markalı telefon üçün 563 manat və “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran üçün 710 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilələr üzrə “84 manat dəbbə pulunun azaldılaraq 10 manat, 206 manat dəbbə pulunun azaldılaraq 20 manat, 164 manat dəbbə pulunun azaldılaraq 10 manat və 213 manat dəbbə pulunun azaldılaraq 20 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Samsung” markalı LV32 televizor üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 280 (iki yüz səksən) manat), “Samsung Galaxy A6” markalı telefon üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 820 (səkkiz yüz iyirmi) manat, “Samsung Galaxy A6” markalı telefon üçün 563 (beş yüz altmış üç) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 573 (beş yüz yetmiş üç) manat, “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran üçün 710 (yeddi yüz on) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat, ümumilikdə 2403 (iki min dörd yüz üç) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızından tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Samsung” markalı LV32 televizor üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 280 (iki yüz səksən) manat, “Samsung Galaxy A6” markalı telefon üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 820 (səkkiz yüz iyirmi) manat, “Samsung Galaxy A6” markalı telefon üçün 563 (beş yüz altmış üç) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 573 (beş yüz yetmiş üç) manat, “Braun” markalı ütü, “Hascevher Era” markalı 11 parçalı mor qazan dəsti, “Samsung” markalı tozsoran üçün 710 (yeddi yüz on) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat, ümumilikdə 2403 (iki min dörd yüz üç) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh İsmayıl-zadə (Əzizova) Səbinə İlqar qızından tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar