Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1264/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı LED televizor üçün 25 (iyirmi beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, cəmi 25 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, LG markalı LED televizor üçün 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat dəbbə, cəmi 384 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92891 “Samsung Galaxy S9” markalı telefon üçün 1214 (min iki yüz on dörd) manat ödənilməmiş hissə, 278 (iki yüz yetmiş səkkiz) manat dəbbə pulu, cəmi 1492 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79960 “X5 9 DUAL” markalı telefon üçün 1194 (min yüz doxsan dörd) manat ödənilməmiş hissə, 358 (üç yüz əlli səkkiz) manat dəbbə pulu, cəmi 1552 manat, ümumilikdə 3453 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3483 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, “Samsung” markalı LED televizor, “LG” markalı LED televizor, İMEİ kodu **********92891 “Samsung Galaxy S9” markalı telefon, İMEİ kodu **********79960 “X5 9” DUAL markalı telefon almış və nəticədə 3453 (üç min dörd yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1485 (min dörd yüz səksən beş) manat (12 ay x 116 manat + 93 manat ilkin ödəniş) olan “Samsung” markalı LED televizor üçün 25 (iyirmi beş) manat olmaqla ondan, 25 (iyirmi beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 29 manat + 90 manat ilkin ödəniş) olan “LG” markalı LED televizor üçün 384 (üç yüz səksən dörd) manat olmaqla ondan, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2014 (iki min on dörd) manat (18 ay x 103 manat + 160 manat ilkin ödəniş) olan İMEİ kodu **********92891 “Samsung Galaxy S9” markalı telefon üçün 1492 (min dörd yüz doxsan iki) manat olmaqla ondan 1214 (min iki yüz on dörd) manat ödənilməmiş hissə, 278 (iki yüz yetmiş səkkiz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2388 (iki min üç yüz səksən səkkiz) manat (12 ay x 199 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********79960 “X5 9” DUAL markalı telefon üçün 1552 (min beş yüz əlli iki) manat olmaqla ondan 1194 (min yüz doxsan dörd) manat ödənilməmiş hissə, 358 (üç yüz əlli səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 3769 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “xxxxxxxxxxx” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, k00138328 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 6 ay müddətinə, “Samsung” LED markalı televizoru alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 00353654 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 18 ay müddətinə, “LG” LED markalı televizoru alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 00470145 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 18 ay müddətinə, “Samsung Galaxy S9” markalı telefonu alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 00514403 saylı müqavilədən görünür ki,satıcı İddiaçı MMC 12 ay müddətinə, “X5 9” markalı telefonu alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə cəmi 1460 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 25 manat əsas, 0 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 25 manat borcu vardır, xx.xx.2018-ci il tarixli müqavilə üzrə cəmi 315 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 297 manat əsas, 87 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 384 manat borcu vardır, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 800 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 1214 manat əsas, 278 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 1492 manat borcu vardır, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 1194 manat ödəniş etmiş, hal-hazırda cavabdehin müqavilə üzrə 1194 manat əsas, 358 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 1552 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung” markalı LED televizor üçün 25 manat yaranmış əsas borcun, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “LG” markalı LED televizor üçün 297 manat yaranmış əsas borcun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy S9” markalı telefon üçün 1214 manat yaranmış əsas borcun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X5 9” DUAL markalı telefon üçün 1194 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə tələb edilən 87 manat, 278 manat və 358 manat cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn “LG” markalı LED televizorüçün 297 manat, “Samsung Galaxy S9” markalı telefon üçün 1214 manat, “X5 9” DUAL markalı telefon üçün 1194 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilələr üzrə “87 manat dəbbə pulunun azaldılaraq 10 manat, 278 manat dəbbə pulunun azaldılaraq 20 manat, və 358 manat dəbbə pulunun azaldılaraq 30 (on) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Samsung” LED markalı televizor üçün 25 (iyirmi beş) manat ödənilməmiş hissə, “LG” LED markalı televizor üçün 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 307 (üç yüz yeddi) manat, “Samsung Galaxy S9” markalı telefon üçün 1214 (bir min iki yüz on dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1234 (bir min iki yüz otuz dörd) manat, “X5 9” DUAL markalı telefon üçün 1194 (bir min yüz doxsan dörd) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1224 (bir min iki yüz iyirmi dörd) manat, ümumilikdə 2790 (iki min yeddi yüz doxsan) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Samsung” LED markalı televizor üçün 25 (iyirmi beş) manat ödənilməmiş hissə, “LG” LED markalı televizor üçün 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 307 (üç yüz yeddi) manat, “Samsung Galaxy S9” markalı telefon üçün 1214 (bir min iki yüz on dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 1234 (bir min iki yüz otuz dörd) manat, “X5 9” DUAL markalı telefon üçün 1194 (bir min yüz doxsan dörd) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1224 (bir min iki yüz iyirmi dörd) manat, ümumilikdə 2790 (iki min yeddi yüz doxsan) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1264/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1264/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver