Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1264/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh "xxxx" QSC-yə qarşı qaldırılmış iddia ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «zərər» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1264/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1264/2025
13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver