Məhkəmə qərarları › İş №2(009)-1268/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1268/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1268/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıSC-nin - cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızına qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızına qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızından iddiaçı "İddiaçı" ASC-nin xeyrinə əsas borc üzrə 3146,36 ABŞ dolları, faiz borcu üzrə 3620,19 ABŞ dolları və 629,27 ABŞ dolları olmaqla cəmi 7395,82 ABŞ dolları kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarasınız. İddia tələbi belə əsaslandırılmışdır ki, "İddiaçı" ASC-nin Sənaye filialı ilə cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı arasında bağlanmış 0487 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızına illik 18 faizlə 60 ay müddətinə 10,193 ABŞ dolları kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızının əsas borc üzrə 3146,36 ABŞ dolları, faiz borcu 3620,19 ABŞ dolları və cərimə borcu üzrə 629,27 ABŞ dolları olmaqla, cəmi 7395,82 ABŞ dolları borcu var. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən 3146,36 ABŞ dolları əsas, 854,99 ABŞ dolları hesablanmış faiz, illik 5 % ilə hesablanmış 811,37 ABŞ dolları faiz borcu və 629,27 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5441,99 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın 2012-ci il buraxılışlı, **-NT-*** dövlət qeydiyyat nişanlı Geely MK markalı avtomobilə yönəldilməsini, həmin avtomobilin açıq hərracda satılaraq tələb edilən borcun satışdan əldə edilmiş pul hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçıSC-nin Sənaye filialı ilə cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Kredit müqaviləsi"nə əsasən bank cavabdehə nəqliyyat vasitəsinin alınması məqsədi üçün 60 ay müddətinə, illik 18 faiz hesablanmaqla 10,193 ABŞ dolları məbləğində kredit vermiş, borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, "Kredit müqaviləsi" üzrə götürdüyü pul vəsaitini faizlə birgə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il tarixli "Kredit Müqaviləsi" üzrə cavabdehin Banka əsas borc üzrə 3146.36 ABŞ dolları, faiz borcu üzrə 854,99 ABŞ dolları, illik 5% ilə hesablanmış 811,37 ABŞ dolları və cərimə borcu olaraq 629,27 ABŞ dolları olmaqla, cəmi 5441,99 ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan 487 nömrəli İpoteka Müqaviləsindən görünür ki, həmin müqavilə ilə xx.xx.2012-ci il tarixli Kredit Müqaviləsinin təminatı olaraaq 2012-ci il buraxılışlı, Geely MK markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçıSC ilə cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçıSC-nin Sənaye filialı ilə cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. X3 üzrə öhdəliyini icra etmədiyinə görə borcluya qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı bankdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu ödəməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2012-ci il tarixli müqavilədən irəli gələn ödənilməmiş əsas borcun 3146,36 ABŞ dolları məbləğində müəyyən olunduğu halda, ödənişin gecikdirilməsinə görə hesablanmış 629,27 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulunun məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya dəymiş gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 811.37 ABŞ dolları zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın ödənilməsi hissəsində də təmin edilməli, kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixdən, xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 26.17 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə uyğun olaraq borcluya məxsus ipoteka predmeti olan 2012-ci il buraxılışlı **- NT-*** dövlət qeydiyyat nişanlı Geely MK markalı avtomobilə yönəldilməli, həmin avtomobil hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. «İpoteka haqqında» qanunun 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30,40 (otuz manat, qırx qəpik) AZN ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən tam təmin olunduğundan məhkəmə xərclərinə aid edilən ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı ilə İddiaçıSC-nin Sənaye filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli Kredit Müqaviləsinə əsasən 3146,36 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 854,99 ABŞ dolları, illik 5% ilə hesablanmış 811,37 ABŞ dolları və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4862,72 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdeh Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızından tutulub «İddiaçı”ASC-yə ödənilsin. Ödəmə İddiaçı ASC ilə Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızı (ipoteka qoyan) arasında bağlanmış 487 №-li İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Mustafayeva (Həsənəliyeva) Gülyaz Təbriz qızına məxsus 2012-ci il buraxılışlı **-NT-*** dövlət qeydiyyat nişanlı Geely MK markalı avtomobilə yönəldilsin, həmin avtomobil satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh X2 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar