Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1269/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki,cavabdeh «xxxx» MMC ilə 21.12.2019-cu il tarixli müqaviləyə əsasən «İmmerqas» markalı kombi, “X3” markalı tava, “Hoffmann” markalı mini soba, “Philips” markalı çaynik, “Philips” markalı saçqırxan, “Vinzer Frost” markalı bıçaq dəsti, “Philips” markalı qəhvəbişirən, kombi stabilizator almış və nəticədə 2487,6 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 2191,6 manat (12 ay x 182 manat + 7,6 manat ilkin ödəniş) olan «İmmerqas» markalı kombi, “X3” markalı tava, “Hoffmann” markalı mini soba, “Philips” markalı çaynik, “Philips” markalı saçqırxan, “Vinzer Frost” markalı bıçaq dəsti, “Philips” markalı qəhvəbişirən, kombi stabilizator üçün ümumilikdə 2487,6 manat olmaqla, ondan 1887,6 manat ödənilməmiş məbləğ, 600 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 304 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı «İmmerqas» markalı kombi, “X3” markalı tava, “Hoffmann” markalı mini soba, “Philips” markalı çaynik, “Philips” markalı saçqırxan, “Vinzer Frost” markalı bıçaq dəsti, “Philips” markalı qəhvəbişirən, kombi stabilizator üçün 1887,6 manat ödənilməmiş məbləğ, 600 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 2517,6 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, iddiaçı təşkilata borcu olmasını inkar etmir. 2020-ci ilin mart ayınadək qrafik üzrə ödənişləri etmişdir. Pandemiya ilə əlaqədar iş olmadığı üçün maddi imkana malik olmamış və ödənişləri edə bilməmişdir. Dövlət tərəfindən 190 manat sosial yardım almış, ailəsini bununla dolandırmışdır. Ona görə də iddiaçının gecikdirmə ilə bağlı əlavə ona cərimə yazmasını əsassız hesab edir. İddiaçıya da təklif etmişdir ki, yeni qrafik tutulsun, ayda 100 manat olmaq şərti ilə borcu bağlayacaqdır. Tələb olunan məbləği bir dəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ayda 100 manat olmaqla ödəyə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 21 dekabr 2019-cu il tarixli əşyanın alqı-satqısına dair müqaviləyə əsasən «xxxx» Cavabdeh «İmmerqas» markalı kombi, “X3” markalı tava, “Hoffmann” markalı mini soba, “Philips” markalı çaynik, “Philips” markalı saçqırxan, “Vinzer Frost” markalı bıçaq dəsti, “Philips” markalı qəhvəbişirən, kombi stabilizatoru 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 182 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2191,6 manat təşkil edir. İş üzrə «ABC Telekom» tərəfindən verilmiş 01.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 21.12.2019-cu il tarixli müqavilə üzrə 1887,6 manat əsas, 600 manat dəbbə pulu, cəmi 2487,6 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 21.12.2019-cu il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 2191,6 manat olan «İmmerqas» markalı kombi, “X3” markalı tava, “Hoffmann” markalı mini soba, “Philips” markalı çaynik, “Philips” markalı saçqırxan, “Vinzer Frost” markalı bıçaq dəsti, “Philips” markalı qəhvəbişirən, kombi stabilizator pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilədə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında edilməməsi, ölkədə baş verən pandemiya ilə əlaqədar olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 21.12.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 1887,6 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Lakin məhkəmə iddia tələbinin müqavilə üzrə 600 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, cavabdehin digər əmlak və əsaslı mənafelərini, həmçinin ödənişlərin vaxtında həyata keçirilməməsinin ölkədə baş verən pandemiya ilə əlaqədar olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu 2,4 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 21.12.2019-cu il tarixli 01144325 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 01.04.2021-ci il tarixə yaranmış 1887,6 manat borc, 2,4 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1920 (iki min otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1269/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1269/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver