Məhkəmə qərarları › İş №2(009)-1274/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1274/2020

26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1274/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevinkatibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndəvəcavabdehin nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «aliment artırılması» barədə iddiası üzrə mülki işə Bakı şəhərində, Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat məbləğində alimentin və xx.xx.2012-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəsini alanadək cavabdehdən iki uşaq üçün hər ay 180 manat olmaqla ödənilməmiş alimentin hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 90 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh aliment öhdəliyini əsla icra etməmişdir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilin satılmasına razılıq verilməsi üçün cavabdeh iddiaçıdan alimentdən imtina haqqında ərizə verilməsini tələb etmişdir. İddiaçı isə alimentdən imtina haqqında ərizə vermişdir. xx xxxx 2012-ci il tarixdən bugünki tarixədək cavabdeh iddiaçıya heç bir aliment ödəməmişdir. Bundan sonra icra sənədinin taleyi məlum olmamışdır. Halbuki icra üzrə icraata xitam verilməli idi. Cavabdeh hazırda kommersiya fəaliyyəti ilə məşğuldur və aylıq orta qazancı 3000 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndə-vəkili iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İşin materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay hər uşağa görə 90 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən hər ay hər uşağa görə tutulan alimentin məbləğinin artırılması tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Az. Resp. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» xx.xx.2019-cu il tarixli 1699-VQ №-li Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehin aylıq orta qazancının 3000 manat məbləğində təşkil etdiyini bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın xx xxxx 2012-ci il tarixdən ödənilməli olan alimentin tutularaq ona verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı xx xxxx 2012-ci il tarixdən ödənilməli olan alimentin cavabdehdən tutularaq ona verilməsi üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi və cavabdehin alimenti verməkdən boyun qaçırması nəticəsində alimentin ala bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 77.1-cimaddəsinəəsasən, hərbirtərəföztələblərininvəetirazınınəsasıkimiistinadetdiyihallarısübutetməlidir. ŞərholunanlaraəsaslanaraqvəAzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 216-220-cimaddələrini rəhbərtutaraqməhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-4479/12 saylı, xx.xx.2012-cı il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 90 manat alimentin həcmi artırılaraq, hər uşağa görə 170 manat ( iki uşağa görə hər ay 340 manat) sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.-- ---- SƏDRLİK EDƏN: İ̇LKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar