Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1275/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin ("xxxx" İKB ASC) Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ("xxxx" İKB ASC) cavabdeh X2 qarşı “kredit borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4013.5 AZN əsas borc, 439.91 AZN faiz borcu, 1252.93 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5706.34 AZN borcu borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 24 faizlə 24 ay müddətinə 5500 manat kredit götürmüşdür. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış X6 18 mart2020-ci il tarixli müqaviləyə l№li Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevralın 26-dək Cavabdehnın banka 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4013.5 AZN əsas borc, 439.91 AZN faiz borcu, 1252.93 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5706.34 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, Cavabdeh 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 5500 manat kredit götürmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevralın 26-dək Cavabdehnın banka 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4013.5 AZN əsas borc, 439.91 AZN faiz borcu, 1252.93 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5706.34 AZN borcu vardır. Eyni zamanda ekspert rəyi ilə razılaşmadığını, ekspertin ödənişləri cərimə borcundan deyil, əsas və faiz borcundan sildiyini bildirmişdir. Bu səbəbdən, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini, ödənişlərdə gecikmə olduğunu bildirmişdir. Qrafik üzrə 300 manat ödənilməli olduğu halda o, 350-400 manat ödəniş edirdi. Ödədiyi 2850 manatın yalnızca 500 manatı əsas borcdan çıxılıb. 2350 manat isə faiz borcundan çıxılıb. Bu səbəbdən də iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil Cavabdeh 19.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən ("xxxx" İKB ASC) illik 24 faizlə 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bank ilə bağlanmış 19.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4013.5 manat əsas borc, 439.91 manat faiz borcu və 1252.93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5706.34 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli, 9/3978 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nə 3110.03 manat əsas borc, 45.61 manat faiz borcu müəyyən edilir. Cavabdeh tərəfindən 26.02.2021-ci il tarixdən sonra 600 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmişdir. (aparılmış tədqiqatın dəyəri 145 manat) Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, gecikdirilmiş 4013.5 manat borca görə 1252.93 manat cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 200 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın nəticələri və cavabdeh tərəfindən sonradan 600 manat ödənilməsi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə 19.09.2019-cu il tarixli müqavilə üzrə 2510.03 (iki min beş yüz on manat üç qəpik) manat əsas, 45.61 (qırx beş manat altmış bir qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə borcu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehə aid edilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 145 manat məbləğində pulun 72.50 (yetmiş iki manat əlli qəpik) manatı İddiaçı ASC ("xxxx" İKB ASC)-dən, 72.50 (yetmiş iki manat əlli qəpik) Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə 19.09.2019-cu il tarixli müqavilə üzrə 2510.03 (iki min beş yüz on manat üç qəpik) manat əsas, 45.61 (qırx beş manat altmış bir qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutulsun. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 145 manat məbləğində pulun 72.50 (yetmiş iki manat əlli qəpik) manatı İddiaçı ASC ("xxxx" İKB ASC)-dən, 72.50 (yetmiş iki manat əlli qəpik) Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1275/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1275/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver