Məhkəmə qərarları › İş №2(009)-1285/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1285/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1285/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlunun iştirakı ilə, İddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlunun – cavabdeh Rzayeva Ruhı̇yyə Xubı̇yar qızına qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlu – cavabdeh Rzayeva Ruhı̇yyə Xubı̇yar qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 7440 (yeddi min dörd yüz qırx) manatın, o cümlədən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul olmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlu iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı borc müqaviləsinə istinad etməklə borc tələbi irəli sürsə də, iddia ərizəsinə məhkəməyə qədər pretenziya qaydasına əməl edilməsinə dair hər hansı bir sübut əlavə etməmişdir. Bununla da mübahisənin məhkəməyədək nizama salınması (pretenziya) qaydasına riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlu pul tələbi ilə bağlı cavabdeh Rzayeva Ruhı̇yyə Xubı̇yar qızına müraciət etməsi müəyyən edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən, iddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlunun – cavabdeh Rzayeva Ruhı̇yyə Xubı̇yar qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tanrıverdı̇yev Səyyar Cəlal oğlunun – cavabdeh Rzayeva Ruhı̇yyə Xubı̇yar qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra (zərurət yarandığı halda) onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar