Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1285/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 9007.36 manat əsas, 8723.53 manat faiz, 183.95 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1210.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19125.79 manat borcun və 147.38 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxtinskaya küçəsində yerləşən, 1 otaqlı, 26.4 kv.m ümumi, 18.0 kv.m yaşayış, 8.4 kv.m yardımçı sahədən ibarət 202 nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Buxtinskaya küçəsində yerləşən, 1 otaqlı, 26.4 kv.m ümumi, 18.0 kv.m yaşayış, 8.4 kv.m yardımçı sahədən ibarət 202 nömrəli evin 7 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxtinskaya küçəsində yerləşən, 1 otaqlı, 26.4 kv.m ümumi, 18.0 kv.m yaşayış, 8.4 kv.m yardımçı sahədən ibarət 202 nömrəli evin 7 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Buxtinskaya küçəsində yerləşən, 1 otaqlı, 26.4 kv.m ümumi, 18.0 kv.m yaşayış, 8.4 kv.m yardımçı sahədən ibarət 202 nömrəli evin 7 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İddia ərizəsi baxılmamış saxlanıldığından, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Ödənilmiş 207.38 (iki yüz yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 207.38 (iki yüz yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASCyə qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1285/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1285/2022
16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver