Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-129/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.E.Nəcəfovanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh və "xxxx" İKB ilə xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X3 1-ə əsasən "xxxx" İKB-dən illik 29 faizlə 60 ay müddətinə 11.664,54 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 2023-cü ilin sentyabrın 22-dək Cavabdeh banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X3 1 üzrə 11.298,59 manat əsas borc, 2399,11 manat faiz borcu və 30,78 manat cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 348,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 14.077,03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X31 qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanlara nəzərə alaraq kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli X3 1 üzrə 11.298,59 manat əsas borc, 2.399,11 manat faiz borcu, 7,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 348,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.053,95 manat borcun və 132,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh əsas borcu üzrə 10.798,59 manat, faiz borcu üzrə 2.713,64 manat, cərimə borcu üzrə 106,74 manat və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 402,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.041,27 manat borcu vardır. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə X3 1 üzrə 10.798,59 manat, faiz borcu üzrə 2.713,64 manat, cərimə borcu üzrə 106,74 manat və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 402,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.041,27 manat borcun və 132,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində "xxxx" KB ASC-nin 1 saylı filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış 06 oktyabr 2015-ci il tarixli 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 27,9% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə «Kreditor» qismində "xxxx" KB ASC-nin 3 saylı filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişinə əsasən tərəflər müqavilənin 1.2,1.5,1.6,1.8,1.10,1.11 və 1.13-cü bəndlərinin aşadığakı redaksiyada dəyişdirilməsi (bənd 1.1.), müqavilənin predmeti – 6861,49 ABŞ dolları qalıq məbləği kapitallaşdırılmqla və konvertasiya edilməklə 11664,53 manat ilə ifadə edilən pul öhdəliyidir (bənd 1.2.), kreditin qalıq məbləği kapitallaşdırılmaqla və konvertasiya edilməklə 11.664,53 manat təşkil etməsi (bənd 1.5), kreditin müddəti - 60 ay (bənd 1.6), kreditin bağlanma tarixi – xx.xx.2023-cü il tarixi (bənd 1.8), kreditin valyutası – manat (bənd 1.10), kreditin illik faiz dərəcəsi – 29%, FİFD-29% (bənd 1.11), kreditin ödənilmə qaydası – annuitet ödəniş qrafiki əsasında (bənd 1.13), müqavilənin 5.2-ci bəndi ləğv olunması və növbəti bəndin sıralanması müvafiq ardıcıllıqla dəyişdirilməsi (bənd 1.2) barədə razılığa gəlmişlər. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli, 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə əsasən borc alana 11.664,54 manatı məbləğində illik 29% olmaqla 60 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilməsinin icra etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Cavabdeh borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində Banka tam ödəməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək Cavabdeh digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, 1-Y-1-0-847-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 11.298,59 manat əsas borcu, 3.028,7 manat faiz borcu, 0 manat cərimə, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 155,3 manat, cəmi 14.482,59 manat borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, 1-Y-1-0-847-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 11.298,59 manat əsas borcu, 2.950,22 manat faiz borcu, 61,56 manat cərimə, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 290,95 manat, cəmi 14.601,32 manat borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, 1-Y-1-0-847-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 11.298,59 manat əsas borcu, 2.399,11 manat faiz borcu, 30,78 manat cərimə, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 348,55 manat, cəmi 14.077,03 manat borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 10.798,59 manat əsas borcu, 2.713,64 manat faiz borcu, 106,74 manat cərimə, əldən çıxmış fayda (5%) 402,5 manat, cəmi 14.021,47 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9150 saylı rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2018-ci il tarixli müqavilə şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu: - xx.xx.2023-cü il tarixə (müqavilənin bitmə tarixi) - əsas borcu üzrə 11.535,51 manat, faiz borcu üzrə 2.947,61 manat; - xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) – əsas borcu üzrə 11.535,51 manat, faiz borcu üzrə - 0,00 manat, faiz borcu (5%-lə) – 702,35 manat müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 27,9% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişinə əsasən tərəflər kreditin 6861,49 ABŞ dolları qalıq məbləği kapitallaşdırılmaqla və konvertasiya edilməklə 11.664,53 manat təşkil etməsi, illik 29% ödəmək şərti ilə kreditin müddəti 60 ay müddətinə – xx.xx.2023-cü il tarixidək ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən xx.xx.2015-ci il tarixli 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişi üzrə yaranmış əsas borcu üzrə 10.798,59 manat, faiz borcu üzrə 2.713,64 manat, cərimə borcu üzrə 106,74 manat və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 402,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14.041,27 manat borcun və 132,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra da banka müvafiq ödənişlər həyata keçirilmiş və bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 11.535,51 manat, faiz borcu üzrə 0,00 manat və faiz borcu (illik 5%-lə) 702,35 manat təşkil edir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas (10.798,59 manat), cərimə borcunun (106,74 manat) və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcunun (402,5 manat) tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun olmaması müəyyən edildiyindən, həmin ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 10.798,59 manat əsas, 106,74 manat cərimə və gecikdirilmiş vaxt üçün 402,5 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 132,16 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 1-Y-1-0-847-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 No-li Əlavə Sazişi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 10.798,59 manat əsas borc, 106,74 manat cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 402,5 manat faiz borcu - əldən çıxmış fayda, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,16 manat, cəmi 11.439,99 (on bir min dörd yüz otuz doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-129/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-129/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver