Məhkəmə qərarları › İş №2(009)-1296/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1296/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1296/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı icra məmuru Hüseynov Qılıcın və Cavabdeh iştirakları ilə, İddiaçı icra məmuru Hüseynov Qılıcın - Cavabdeh qarşı “vurulmuş ziyana görə əvəzin ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı icra məmuru Hüseynov Qılıcı - Cavabdeh qarşı “vurulmuş ziyana görə əvəzin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun itirilməsi nəticəsində vurulan maddi zərərə görə 1346,03 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsi belə əsaslandırılmışdır ki,cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx xxxxxx 2020-ci il tarixli protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd USB və başlıq hazırki iş üzrə cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Lakin cavabdeh bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə işini bitirib işdən çıxdığı zaman mobil qurğunun cibində olmadığını və itdiyini görmüşdür. Bundan sonra məhkuma dəymiş ziyanın tam şəkildə ödənilməsi ilə bağlı bildiriş verilmişdir. Lakin cavabdeh həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli İcra vərəqəsinin surətindən görünür ki, Cavabdeh barəsində 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, həmin tarixdə cavabdehə bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd USB və başlıq quraşdırılaraq təhvil verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə işlədiyi zavoddan işdən çıxan zaman elektron nəzarət vasitələri komplektinə daxil olan mobil qurğunun itdiyini görmüşdür. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, cavabdeh izahatında mobil qurğunun dəyərini təşkil edən 1346,03 manat pul vəsaitini ödəmək iqtidarında olmadığını bildirmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin xx.xx.2018-ci il tarixli məktubunda mobil nəzarət qurğusunun dəyərinin 1346,03 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu itirdiyindən onun tərəfindən 1346,03 manat məbləğində ziyan dəymişdir və bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəməqeyd edirki, iddiaçıcavabdehtərəfindənziyanvurulmasınıtəsdiqedənmötəbər sübutlarıməhkəməyətəqdimedəbilmişdir. MülkiMəcəllənin 21.1-cimaddəsinəəsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. HəminMəcəllənin 21.2-cimaddəsinəəsasənzərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi ziyanın ödənilməsində cavabdehliyi həmin ziyanı vurmuş şəxs daşıyır. Digər tərəfdən ziyanın vurulmasına səbəb olan hərəkətlə əmələ gəlmiş ziyan arasında səbəbli əlaqə olmalıdır. Yəni şəxs etdiyi qanunsuz hərəkətlə başqa şəxsə ziyan vurduqda, həmin ziyanın ödənilməsində cavabdehlik daşıya bilər. Məhkəmə tərəfindən isə cavabdehin təqsiri ucbatından dəymiş zərər müəyyən edildiyindən, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı kifayət qədər sübutlar təqdim edildiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Elektron nəzarət qurğusunun dəyərini təşkil edən 1346,03 manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İ̇LKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar