Məhkəmə qərarları › İş №2(009)-1298/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1298/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1298/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili A.A.Quliyevin iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla X5 arasında xx.xx.2018-ci il tarixdə 9500 manat, xx.xx.2018-ci il tarixdə isə 5000 manat məbləğində borc müqavilələri bağlanmışdır. Müqavilələrin şərtlərinə görə onun tərəfindən xx.xx.2019-cu il tarixinə qədər borc pul vəsaiti qaytarılmalı idi. A.Lebedev icra qeydinin aparılacağı barədə ona bildiriş göndərmiş və onun tərəfindən hələ xx.xx.2019-cu il tarixdə cavabdehə, yəni notariat orqanına müraciət edilərək, X2 tələbləri üzrə icra qeydi aparılmaması xahiş olunmuşdur. Lakin, xx.xx.2019cu il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin məktublarından və icraata başlama haqqında qərarlarından məlum olmuşdur ki, tərəfindən edilmiş müraciətlərə və mübahisənin mövcud olmasına baxmayaraq cavabdeh 8İ-8359 saylı, xx.xx.2019-cu il tarixli və 8İ-8360 saylı, xx.xx.2019-cu il tarixli icra qeydləri vermişdir. O, müqavilələrdə göstərilən pul vəsaitini tələbkar X3 artıq qaytarmışdır. Münasibətləri yaxşı olduğundan bunu nə notarial qaydada, nə də adi qaydada rəsmiləşdirməmişdir. O, hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənardadır. Məhz bu səbəbdən cavabdehə müraciət edərək, icra qeydlərinin verilməməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ-8359 saylı, xx.xx.2019-cu il tarixli və 8İ-8360 saylı, xx.xx.2019-cu il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X4 idda tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. iddiaçı həmçinin göstərmişdir ki, artıq kredit müqavilələri üzrə yaranmış borcla bağlı müqavilə tərəfi A.Lebedev məhkəməyə müraciət etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri onun iddiası üzrə qətnamələr qəbul etmişlər. Kredit müqavilələri üzrə yaranmış borc A.Lebedevin özü tərəfindən mübahisələndirildiyindən və həmin mübahisələr üzrə məhkəmə aktları qəbul edildiyindən, qaldırdıqları iddia əsaslı hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi və 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə “Borc verən” qismində X5 ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X5 İddiaçı 9.500 manat məbləğində borc pul vermiş, İddiaçı krediti xx.xx.2019-cu il tarixədək A.Lebedevə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə “Borc verən” qismində X5 ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X5 İddiaçı 5.000 manat məbləğində borc pul vermiş, İddiaçı krediti xx.xx.2019-cu il tarixədək A.Lebedevə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı tərəfindən Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X1 adına yazılmış xx.xx.2019-cu il tarixli, **********769 saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, onunla X5 arasında xx.xx.2018-ci il tarixdə 9500 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə onun tərəfindən xx.xx.2019-cu il tarixə qədər 9500 manat məbləğində borc pul vəsaiti qaytarılmalı idi. Hal-hazırda tələbkar A.Lebedev icra qeydinin aparılacağı barədə ona bildiriş göndərmişdir. Qeyd edir ki, o, müqavilədən göstərilən pul vəsaitini tələbkar X3 artıq qaytarmışdır. Münasibətləri yaxşı olduğundan bunu nə notarial qaydada, nə də adi qaydada rəsmiləşdirməmişdir. A.Lebedev hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənardadır. Qeyd olunanları və qanunvericiliyin tələblərini əsas tutaraq X2 9500 manat tələbi üzrə icra qeydi aparmamasını xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariausu X1 adına yazılmış xx.xx.2019-cu il tarixli, **********770 saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, onunla X5 arasında xx.xx.2018-ci il tarixdə 5000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə onun tərəfindən xx.xx.2019-cu il tarixə qədər 5000 manat məbləğində borc pul vəsaiti qaytarılmalı idi. Hal-hazırda tələbkar A.Lebedev icra qeydinin aparılacağı barədə ona bildiriş göndərmişdir. Qeyd edir ki, o, müqavilədən göstərilən pul vəsaitini tələbkar X3 artıq qaytarmışdır. Münasibətləri yaxşı olduğundan bunu nə notarial qaydada, nə də adi qaydada rəsmiləşdirməmişdir. A.Lebedev hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənardadır. Qeyd olunanları və qanunvericiliyin tələblərini əsas tutaraq X2 5000 manat tələbi üzrə icra qeydi aparmamasını xahiş etmişdir. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisinin 8İ-8360 reyestrli, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən X2 xeyrinə İddiaçı xx.xx.2019-cu il müddət üçün vaxtında ödənilməmiş 9500 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9520 manat pul tutulmalıdır. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisinin 8İ-8359 reyestrli, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən X2 xeyrinə İddiaçı xx.xx.2019-cu il müddət üçün vaxtında ödənilməmiş 5000 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5020 manat pul tutulmalıdır. İş üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin qaytarılması haqqında qərarlarından görünür ki, icra sənədləri üzrə borclu İddiaçı 5000 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu, 9500 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə tələbkar X2 etibarnamə üzrə rəsmi nümayəndəsi şöbəyə ərizə ilə müraciət edərək icra qeydinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İş üzrə Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-6623/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 9500 manat əsas borc., 356,24 manat faiz borcu olmaqla, cəmi 9856,24 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas, 187,50 manat faiz borcu olmaqla, cəmi 5187,5 manat, habelə 30,40 manat dövlət rüsumu, cəmi 15074,14 manat pulun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4344/2020 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-6623/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə X5 arasında xx.xx.2019-ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən A.Lebedev tərəfindən iddiaçıya 9500 manat məbləğində pul verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Anatoliy Lebedev arasında xx.xx.2019-ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən A.Lebedev tərəfindən iddiaçıya 5000 manat məbləğində pul verilmişdir. İddiaçı götürülən pul məbləğini müqavilələrdə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Bakı şəhəri 1 saylı notarial ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən İddiaçı X2 xeyrinə müddət üçün vaxtında ödənilməmiş 9500 manat məbləğində pul tutulmasını göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 1 saylı notarial ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən İddiaçı X2 xeyrinə müddət üçün vaxtında ödənilməmiş 5000 manat məbləğində pul tutulmasını göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. İcra sənədləri üzrə tələbkar X2 nümayəndəsi Nəsimi rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra qeydlərinin məhkəməyə qaytarılmasını xahiş etmiş və Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədləri geri qaytarılmışlar. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, mübahisəli icra qeydləri verilmiş kredit müqavilələri üzrə yaranmış borcun tutulması ilə bağlı Nəsimi rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, müqavilələrdə göstərilən pul vəsaitini X3 artıq qaytarmışdır, münasibətləri yaxşı olduğundan bunu nə notarial qaydada, nə də adi qaydada rəsmiləşdirməmişdir. Bu səbəbdən iddiaçı həmin icra qeydlərinin ləğv edilməsini xahiş etmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın» 161-ci maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Təlimatın 162-ci maddəsinin 1-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə, notarius tərəfindən icra qeydi verilir. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydilərnə əsasən tutulmalı olan pulu mübahisələndirdiyindən, o həmin icra qeydlərin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Digər tərəfdən kredit müqavilələri üzrə borc verən(icra qeydi üzrə tələbkar) X2 etibarnamə üzrə rəsmi nümayəndəsi icra şöbəsinə ərizə ilə müraciət edərək icra qeydinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Eyni zamanda X2 iddiası üzrə Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə qətnaməsi ilə kredit müqavilələri üzrə yaranmış borcun hazırki iş üzrə iddiaçıdan tutulması qət edilmişdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Beləliklə məhkəmə hesab edir ki, notarius tərəfindən verilmiş icra qeydləri üzrə tələb olunan borc icra qeydləri üzrə borclu tərəfindən mübahisələndirildiyindən, eyni zamanda icra qeydlərinin verilməsinə əsas olmuş kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə məhkəmə qətnamələri qəbul edildiyindən, iddia tələbi təmin edilməli və verilmiş icra qeydləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-8359 nömrəli, xx xxxx 2019-cu il tarixli və 8İ-8360 nömrəli, xx xxxx 2019-cu il tarixli icra qeydləri ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar