Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1298/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 47200 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ’’Kapital Bank” ASC-yə olan borcunu bağlamaq üçün cavabdehlərlə razılaşmaya görə 18.08.2010 tarixli alqı-satqı müqaviləsinə əsasən onların Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508 məhəllə, ev 12, mənzil 8 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.m olan mənzili 80000 manata satılmışdır. Həmin məbləği o, borcunun ödənilməsi üçün banka ödəmişdir. Mənzilin satışından sonra cavabdehlər və onların valideynləri onun mənzilində yaşayıblar. Valideynlərinin ölümündən 2-3 ay sonra isə cavabdehlər 2012-ci ildə onun mənzilindən çıxaraq mənzili boşaltmışlar. Razılaşmaya görə cavabdehlər onun ünvan 2 ünvandakı mənzilini 2012-ci ildən 2018-ci ilədək Ukrayna vətəndaşı Kuçmenko Alekseyə icarəyə vermişlər. 2012-ci ilin oktyabr ayından 2014-cü ilin avqust ayınadək dövrdə aylıq kirayə haqqı 700 manat, 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayınadək dövrdə aylıq kirayə haqqı 600 manat, 2015-ci ilin aprel ayından 2018-ci ilin iyun ayınadək dövrdə aylıq kirayə haqqı 500 manat olmuşdur. Beləliklə, cavabdehlər borcun əvəzi kimi ümumilikdə 39200 manat onun mənzilinin aylıq kirayə haqqlarını almışlar. Bu hal Bakı şəhəri Səbail RPİ-də X1 ərizəsinə əsasən aparılan araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, Abbasova İradə ondan Səbail RPİ-nə şikayət edərək dələduzluqla cinayət işinin qaldırılması və pul tələb etmişdir. Aparılan araşdırma nəticəsində həmçnin evdə kirayə qalan Ukrayna vətəndaşlarının izahatlarından sonra cinayət işinin başlanması barədə rədd qərar verilmişdir. 2020-ci ilin oktyabr ayında cinayət işinin rədd edilməsi qərarından Abbasova tərəfindən şikayət edilmiş, lakin sonra heç bir səbəb göstərmədən o, şikayətlərini geri götürmüşdür. Mənzildə kirayə qalan Ukrayna vətəndaşı Kuçmenko Aleksey aparılan həmin araşdırma zamanı polisdə verdiyi izahatında bildirmişdir ki, ondan mənzil kirayə haqlarını X3 almışdır. Bundan əlavə, cavabdehlərə borc məbləğini ödəmək üçün o öz adına depozit hesabı açmış və hər ay həmin hesaba min manat qoymuşdur. Cavabdeh1 Beybala qızı bankda hesab açandan sonra o öz hesabından onun bank hesabına 5000 manat köçürmüşdür. Bundan əlavə, Cavabdeh2 Beybala oğlunun xahişi ilə onun tanışı olan Nəzakət adlı xanımın əvəzinə onun banka olan 3000 manat borc məbləğini onun əvəzinə ödəmişdir. Göründüyü kimi, onun tərəfindən cavabdehlərə bu günədək ümumilikdə 47200 manat pul vəsaiti verilmişdir. Cavabdeh1 Beybala qızının ona qarşı Bakı şəhəri Səbaıl rayon Məhkəməsinə verdiyi pul tələbinə dair iddiası həmin məhkəmənin 2(009)- 2817/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Məhkəmənin verdiyi bu qərara görə İddiaçı Cavabdeh1 xeyrinə 80000 ABŞ dolları məbləğində pul tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmalı, İddiaçı Cavabdeh1 Beybala qızının xeyrinə 80000 ABS dolları məbləğində pul manat hesabı ilə tutulan anda həmin məbləğdən 44200 manat məbləğində pul çıxılmaqla yerdə qalan məbləğ Cavabdeh1 Beybala qızına ödənilməlidir. İ.Abbasovanın iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin birinci instansiya məhkəmə iclasında Cavabdeh1 kirayə haqqı kimi Kuçmenko Alekseydən ümumilikdə 39200 manat məbləği aldığını etiraf etmişdir və bu, məhkəmə iclas protokolunda əks olunmuşdur. Bu qətnamədən verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmə kollegiyasının 2(103)- 1241/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə Abbasovanın iddia ərizəsi qismən təmin edilərək, İddiaçı Cavabdeh1 xeyrinə 80000 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-613/2021 saylı, 22.02.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1241/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Beləliklə, göründüyü kimi onun cavabdehlərə olan borc öhdəliyinin məbləği məhkəmə qərarı ilə 80000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda cavabdehlərə bu günədək ödənilən pul vəsaiti öhdəlikdən kənar ödənilmiş pul məbləğidir və onlar 47200 manat məbləğində onun pul vəsaiti hesabına əsassız varlanmışlar. Birinci və yuxarı instansiya məhkəmələrindən borc öhdəliyi kimi üzərinə qoyulan 80000 puldan 47200 manatın çıxılmasını xahiş etdikdə, prosesə sədrlik edən hakimlər ona bu barədə iddia ilə Səbail rayon məhkəməsinə yenidən müraciət etməyi tövsiyyə etdilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbində qeyd olunanlara uyğun izahat verərək eləcə də bildirdi ki, cavabdehlərin mənzili satıldıqdan sonra cavabdehlər və onların valideynləri ona məxsus ünvan 2 ünvandakı mənzildə yaşayıblar. Valideynlərinin ölümündən 2-3 ay sonra isə cavabdehlər 2012-ci ildə onun mənzilindən çıxaraq mənzili boşaltmışlar. Cavabdehlər onun mənzilini kirayəyə vermək barədə onunla məsləhət edəndə, o bu şərtlə mənzilinin kirayəyə verilməsinə razı olmuşdur ki, onlar aldıqları kirayə haqqını onun həmin mənzili borca görə bankda girovda olduğu üçün banka köçürsünlər. Cavabdehlər bu şərtlə razılaşaraq onun ünvan 2 ünvandakı mənzilini 2012-ci ildən 2018-ci ilin iyun ayınadək kirayə vermiş və ümumilikdə 39200 manat kirayə haqqı almışlar. Lakin cavabdehlər onunla aralarında olan razılaşmaya əməl etməyərək, aldıqları kirayə haqqlarını onun banka olan borcunun ödənilməsinə görə banka köçürməmiş, əsassız varlanmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, İddiaçı onun qardaşı, iş üzrə Cavabdeh2 yaxın dostu, evlərinə gedib-gələn adam olmuşdur. 2010-cu ildə İddiaçı banka olan borclarını həll etməsinə kömək etmək üçün onların atası, professor X2 (Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü) mənzillərin dəyişdirilməsi təklifi ilə üz tutmuşdur ki, əks halda üç evinin hamısı borcu ödəmədiyinə görə tamamilə bankın əlinə keçəcəkdi. O və qardaşı, atası və anası uzun müddət razılaşmadılar, ona borcu ödəmək üçün bir çox variantların olduğunu izah etdilər. Ancaq İddiaçı müəyyən bir miqdarda məbləğin və vaxtın məhdudluğu olduğu üçün təklif olunan variantların mümkünsüzlüyünü onlara izah etdi. Yalnız iddiaçının onlara təklif etdiyi mənzilin sahəsi onların mənzilindən 20 kv.m. daha böyük olduğu üçün (lakin sonrakı əlavə ödənişlə olan) yaşadıqları yeganə özəlləşdirilmiş mənzillərini (A. Ələkbərov küçəsi 508 məhəllə, ev 12, m. 8) satmaq və borclarını ödəmək üçün iddiaçıya verdilər və onun evinə köçdülər, orada da pasport qeydiyyatından 07.07.2010 keçdilər. Onların yeganə mənzilini iddiaçı 85.000 ABŞ dollara sataraq banka olan borcunu ödədi. İddiaçının ailəsi ilə tanış idilər və həyat problemini onların hesabına həll edərək onları aldatmağa çalışacağını gözləmirdilər. İddiaçı fəallaşaraq bir mağaza açdı, sonra onu diş klinikasına çevirdi. Atası və onlar iddiaçıdan bir neçə dəfə xahiş etdilər ki, onlara evlərinin eyni qiymətinə malik bir mənzil qaytarsın. İddiaçı onlara deyirdi ki, “Sizə pul verim yaxud mənzil alım?” Və beləliklə icra uzadırdı. 2010-cu ilin oktyabr ayında anaları, 16.02.2012-ci ildə isə ataları rəhmətə getdi. Onun 4-cü Narimanov döngəsi, 35A ünvanında yerləşən onlara verilən evinin bir hissəsinin sənədini ondan almaq üçün onlar pul toplamağa başladılar. Onların mənzil məsələsinin həllindən iddiaçının boyun qaçırmasını gördükdə, Xruşov lahiyəli mənzillərinin dəyərinin onlara ödənilməsi ilə bağlı onlara borc qəbzi verməsi üçün iddiaçıya müraciət etdilər. İddiaçı öənişin 3 il uzadılmasını istədi və qəbzi imzaladı. 2016-2017-ci illərdə onlar borc haqqında iddiaçıya xatırlatdılar. İddiaçı bildirdi ki, narahat olmasınlar, onlara borc qəbzi vermişdir, öz evini satıb onlara mənzil alacaq və artıq bu işə maklerləri də cəlb etmişdir. Lakin iddiaçı onların xəbərləri və iştirakları olmadan evi satır, məhkəmə işlərinə başlayır, onun qardaşının xəbəri olmadan yerinə imza ataraq, onu apellyasiya şikayətindən məhrum edir və onlara xəbər vermədən 2018-ci ilin yanvar ayında onları pasport qeydiyyatindan çıxarır. Yalnız 2019-cu ilin mart ayında qardaşı sürücülük vəsiqəsini yeniləmək üçün Asan xidmətə müraciət edəndə bu barədə məlumatları olmuş və onlar polisə və prokurorluğa müraciət etmişlər. Onlara məhkəməyə müraciət etmələri tövsiyə olundu. Onlar 2019-cu ildə mənzillərinin satılması ilə bağlı sənədləri əldə etdikdə həmin sənədlərdə olan ziddiyyətləri görmüşlər. Belə ki, beh müqaviləsində 80000 ABŞ dolları (80,000 manata bərabər), Mənzil alqı-satqı müqaviləsində 55000 manat göstərilmişdir. İddiaçı açıq şəkildə bildirmişdir ki, ikinci sənəd dövlətə vergi ödəməkdən yayınmaq üçün tərtib edilmişdir. Bütün bu sənədlər 2019-cu ildə məhkəmə iclasında məhkəməyə təqdim edilmişdir. Ancaq məhkəmə İddiaçı tərəfini tutaraq onların hüquq və mənafelərini nəzərə almamışdır. Lakin İddiaçı məhkəmənin qərarından narazı qalaraq, Apellyasiya Məhkəməsinə müraciət etmiş və Apellyasiya Məhkəməsi onların mənzilləri üçün pul təzminatını 80.000 manata endirdi. Yenə narazı İddiaçı Ali Məhkəməyə müraciət edir. Lakin Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını dəyişməz olaraq saxladı. Onlar bacı-qardaş uzun müddətdir ki, mənzillsizdirlər. İddiaçı məhkəmə qərarı ilə onlara ödəniləcək məbləği ödəməmək üçün yenə bir bəhanə ilə hazırki iddianı irəli sürmüşdür. 2012-ci ildə onlar özgə mənzilində yaşamaq istəməyərək iddiaçının mənzilindən çıxaraq, mənzili iddiaçının razılığı ilə kirayəyə vermişlər, lakin onlar arasında həmin kirayə haqqının iddiaçının borcuna görə banka köçürmələri haqqında hər hansı bir razılaşma olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, Cavabdeh1 izahatında göstərilənlərlə razı olduğunu bildirdi və eləcə də, izah etdi ki, o, iddiaçıdan tanışı olan Nəzakət adlı xanımın əvəzinə banka 3000 manat ödəniş etməsinə dair müraciət etməmişdir. Məhkəmə işə baxb, tərəflərin və nümayəndənin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nikoil Bankın 01.10.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 hesabına 4999 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Səbail RPİ İŞ-nin baş müstəntiqi Raqif şərifovun 05 dekabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 Səbail rayon prokurorluğuna şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı borcun qaytarılması vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Cavabdeh1 xeyrinə 80.000 ABŞ dolları məbləğində pulun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması, İddiaçı Cavabdeh1 xeyrinə 80000 ABŞ dolları məbləğində pul manat hesabı ilə tutulan anda həmin məbləğdən 44200 manat məbləğində pul çıxılmaqla yerdə qalan məbləğin Cavabdeh1 qəzına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1241/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı apellyasiya şikayətləri qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1 xeyrinə 80000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-613/2021 saylı, 22.02.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1241/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı tərəfindən onun mənzillə bağlı olan borcunun əvəzinə Cavabdeh1 bank hesabına 4999 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin məhkəmə qərarları ilə ondan cavabdehin xeyrinə mənzillə bağlı borc məbləği tutularkən qeyd olunan məbləğ nəzərə alınmamış və həmin məbləğ cavabdeh tərəfindən ona qaytarılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, 5000 manat pul vəsaitinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 39200 manat kirayə haqqının iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 2012-ci ildə onun mənzilindən çıxaraq mənzili boşaltmış və onun mənzilini kirayəyə vermək barədə onunla məsləhət edəndə, o bu şərtlə mənzilinin kirayəyə verilməsinə razı olmuşdur ki, onlar aldıqları kirayə haqqını onun həmin mənzili borca görə bankda girovda olduğu üçün banka köçürsünlər. Lakin bu şərtlə razılaşan cavabdehlər onun mənzilini 2012-ci ildən 2018-ci ilin iyun ayınadək kirayə verərək, aldıqları ümumilikdə 39200 manat kirayə haqqını onun banka olan borcunun ödənilməsinə görə banka köçürməmiş, aralarındakı razılaşmaya əməl etməmişlər. Məhkəmə iclasında cavabdehlər mənzili kirayə verərəkən bu barədə iddiaçını məlumatlandırdıqlarını, lakin bu zaman aralarında kirayə pulu ilə bağlı hər hansı razılaşma olmadığını bildirmişlər. İddiaçı isə mənzilinin kirayə verilməsi ilə bağlı cavabdehlərlə aralarında razılaşma olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, iddia tələbi 3000 manat borc məbləğinin tutulması hissəsində əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Bununla əlaqadar olaraq, iddiaçı tərəfindən onun hüquqlarını həqiqətən pozan şəxsin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı 3000 manat borc məbləğinin onun xeyrinə tutulması hissəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 xahişi ilə onun tanışı olan Nəzakət adlı xanımın əvəzinə onun banka olan 3000 manat borc məbləğini banka ödəmişdir və beləliklə, iddiaçı onun hüquqlarının pozucusu kimi cavabdeh olaraq Cavabdeh2 göstərmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı tərəfindən əsl olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 3000 manat borc məbləğinin tutulması hissəsində əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1298/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1298/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver