Məhkəmə qərarları › İş №2(009)-130/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-130/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-130/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh5 iştirakları ilə, iddiaçı “xxxx” Bank QSC-nin cavabdehlər “X5 Co” Firmasına, Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Bank QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetlərinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli “Kredit sazişi”nə əsasən 1568393,01 ABŞ dolları məbləğində əsas borc, 657214,05 ABŞ dolları məbləğində faiz borcu və 247237,1 cərimə borcu üzrə borcu, ümumilikdə 2472844,16 ABŞ dolları məbləğində pulun, eləcə də 30 manat dövlət rüsumu və 20 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun, 40 manat xidmət haqqının müştərək qaydada cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (12 saylı mağaza) və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 48C saylı qeyri-yaşayış binasına cavabdehlərdən tutulmalı olan məbləğin yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdə və o satıldıqdan sonra əmlakların ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və cavabdehlər Barışıq Sazişini məhkəməyə təqdim edib, Azərbaycan Respublikası MPM-nın 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

1. Barışıq sazişinin predmeti Bir tərəfdən İddiaçı QSC-nin (VÖEN **********), nümayəndəsi X1 şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1, “X5 Co” Firmasının direktoru Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, (bundan sonra Cavabdеhlər) şəxsində, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-130/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Cavabdehlər bu barışıq sazişi bağlanan tarixə İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli 02R000032887 saylı Kredit Razılaşması üzrə 1564393.01 ABŞ Dolları məbləğində krеdit bоrcu, 657214.05 ABŞ Dolları məbləğində faiz bоrcu və 247237.1 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi ******* (iki milyon dörd yüz altmış səkkiz min səkkiz yüz qırx dörd) ABŞ Dolları 16 (on altı) sent məbləğində kredit borclarının olmasını etiraf edirlər.

2. Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (12 saylı mağaza) dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 959468 (doqquz yüz əlli doqquz min dörd yüz altmış səkkiz) manat 11 qəpik təşkil edir.

3. Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasının dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ******* (iki milyon yeddi yüz min) manat təşkil edir.

4. Cavabdeh1 mülkiyyətində olan və İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (12 saylı mağaza) və Cavabdeh5 mülkiyyətində olan və İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını ümumilikdə ******* (iki milyon yüz əlli iki min altı yüz iyirmi səkkiz) ABŞ Dolları 30 (otuz) sent (yəni kredit razılaşması üzrə 1564393.01 ABŞ Dolları əsas borc və 588235.29 ABŞ Dolları faiz borcu) məbləğində borcun əvəzində İddiaçı QSC-nin mülkiyyətinə verir, İddiaçı QSC öz növbəsində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (12 saylı mağaza) və Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını mülkiyyətinə qəbul edir.

5. Qeyd edilən əmlaklar Bankın mülkiyyətinə keçdiyi tarixdə (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakın razılaşdırılmış qiyməti müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Cavabdehlər tərəfindən Banka ödənilməlidir.

6. Həmin əmlaklar İddiaçı QSC-nin mülkiyyətinə qəbul olunduğu tarixdə (yəni həmin əmlakların bankın mülkiyyətində olması barədə DƏDRX-dən çıxarış alındığı tarixdə), Bank kredit razılaşması üzrə hesablanmış cəmi 68978 (altmış səkkiz min doqquz yüz yetmiş səkkiz) ABŞ Dolları 76 sent faiz və 247237 (iki yüz qırx yeddi min iki yüz otuz yeddi) ABŞ Dolları 10 sent məbləğində cərimə borcunu silməyi öhdəsinə götürür.

7. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (12 saylı mağaza) xx xxxxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) İddiaçı QSC-dən 659468 (altı yüz əlli doqquz min dörd yüz altmış səkkiz) manat 12 qəpik qiymətinə almaqda üstünlük hüququ var.

8. Cavabdeh1 bu barışıq sazişinin 7-ci bəndindəki hüququndan istifadə etdikdən sonra Bank xx xxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını İddiaçı QSC-dən ******* (iki milyon) manat qiymətinə almaqda üstünlük hüququnu tanıyır.

9. Bu barışıq sazişinin 8-ci bəndindəki üstünlük hüququ Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasına dair alqı satqı və ya 8 faizli aylıq ödənişin yuxarı həddi 50000 (əlli min) manatdan yüksək olmayan maliyyə lizinqi müqaviləsi bağlanılmaqla həyata keçirilə bilər.

10. Bu barışıq sazişinin 7-ci bəndində nəzərdə tutulan üstünlük hüququndan istifadə edilmədiyi təqdirdə, xx xxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (12 saylı mağaza) boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdəsinə götürür.

11. Bu barışıq sazişinin 8-ci bəndində nəzərdə tutulan üstünlük hüququndan istifadə edilmədiyi təqdirdə, xx xxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) Cavabdeh1 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdələrinə götürürlər.

12. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Bakı şəhərində tətbiq edilmiş karantin rejiminə görə fəaliyyəti dayandırılmış iri ticarət mərkəzlərinin və “Mall”arın açılması müddəti uzadılarsa həmin uzadılmış müddət bu barışıq sazişinin 7, 8, 10 və 11-ci bəndlərində tərəflər arasında razılaşdırılmış müddətlərin üzərinə əlavə edilir.

13. Qeyd edilən əmlakların İddiaçı QSC-yə təhvil verilənədək onun təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə cavabdehlər tam məsuliyyət daşıyırlar.

14. Cavabdeh1 bu sazişin şərtlərini pozmadığı müddət ərzində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (12 saylı mağaza) və Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binası ilə bağlı kommersiya fəaliyyətini həyata keçirmək və həmin əmlakları icarəyə vermək hüququnu özündə saxlayır.

15. Həmin əmlaklar Bankdan geri alındıqda qanunvericiliyə uyğun olaraq ödənilməli olan vergi məbləği Bank tərəfindən ödəniləcəkdir.

16. Bu barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün barışıq sazişində qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın alınması üçün əsasdır.

17. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.

18. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

19. Bu barışıq sazişi 7 (yeddi) əsl nüsxədə Bakı şəhərində, xx xxxxxx 2021-ci il tarixdə imzalanmışdır. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, Az. Resp. MPM-nın 191.1 maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2 261.0, 261.0.5, 262, 263-264.266-268 maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

I. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2, “X5 Co” Firmasının direktoru Cavabdeh3 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. Barışıq sazişinin predmeti Bir tərəfdən İddiaçı QSC-nin (VÖEN **********), nümayəndəsi X1 şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1, “X5 Co” Firmasının direktoru Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, (bundan sonra Cavabdеhlər) şəxsində, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-130/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Cavabdehlər bu barışıq sazişi bağlanan tarixə İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli 02R000032887 saylı Kredit Razılaşması üzrə 1564393.01 ABŞ Dolları məbləğində krеdit bоrcu, 657214.05 ABŞ Dolları məbləğində faiz bоrcu və 247237.1 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi ******* (iki milyon dörd yüz altmış səkkiz min səkkiz yüz qırx dörd) ABŞ Dolları 16 (on altı) sent məbləğində kredit borclarının olmasını etiraf edirlər.

2. Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (12 saylı mağaza) dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 959468 (doqquz yüz əlli doqquz min dörd yüz altmış səkkiz) manat 11 qəpik təşkil edir.

3. Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasının dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ******* (iki milyon yeddi yüz min) manat təşkil edir.

4. Cavabdeh1 mülkiyyətində olan və İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (12 saylı mağaza) və Cavabdeh5 mülkiyyətində olan və İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını ümumilikdə ******* (iki milyon yüz əlli iki min altı yüz iyirmi səkkiz) ABŞ Dolları 30 (otuz) sent (yəni kredit razılaşması üzrə 1564393.01 ABŞ Dolları əsas borc və 588235.29 ABŞ Dolları faiz borcu) məbləğində borcun əvəzində İddiaçı QSC-nin mülkiyyətinə verir, İddiaçı QSC öz növbəsində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (12 saylı mağaza) və Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını mülkiyyətinə qəbul edir.

5. Qeyd edilən əmlaklar Bankın mülkiyyətinə keçdiyi tarixdə (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakın razılaşdırılmış qiyməti müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Cavabdehlər tərəfindən Banka ödənilməlidir.

6. Həmin əmlaklar İddiaçı QSC-nin mülkiyyətinə qəbul olunduğu tarixdə (yəni həmin əmlakların bankın mülkiyyətində olması barədə DƏDRX-dən çıxarış alındığı tarixdə), Bank kredit razılaşması üzrə hesablanmış cəmi 68978 (altmış səkkiz min doqquz yüz yetmiş səkkiz) ABŞ Dolları 76 sent faiz və 247237 (iki yüz qırx yeddi min iki yüz otuz yeddi) ABŞ Dolları 10 sent məbləğində cərimə borcunu silməyi öhdəsinə götürür.

7. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (12 saylı mağaza) xx xxxxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) İddiaçı QSC-dən 659468 (altı yüz əlli doqquz min dörd yüz altmış səkkiz) manat 12 qəpik qiymətinə almaqda üstünlük hüququ var.

8. Cavabdeh1 bu barışıq sazişinin 7-ci bəndindəki hüququndan istifadə etdikdən sonra Bank xx xxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını İddiaçı QSC-dən ******* (iki milyon) manat qiymətinə almaqda üstünlük hüququnu tanıyır.

9. Bu barışıq sazişinin 8-ci bəndindəki üstünlük hüququ Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasına dair alqı satqı və ya 8 faizli aylıq ödənişin yuxarı həddi 50000 (əlli min) manatdan yüksək olmayan maliyyə lizinqi müqaviləsi bağlanılmaqla həyata keçirilə bilər.

10. Bu barışıq sazişinin 7-ci bəndində nəzərdə tutulan üstünlük hüququndan istifadə edilmədiyi təqdirdə, xx xxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (12 saylı mağaza) boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdəsinə götürür.

11. Bu barışıq sazişinin 8-ci bəndində nəzərdə tutulan üstünlük hüququndan istifadə edilmədiyi təqdirdə, xx xxx 2022-ci il tarixədək (bu müddət barışıq sazişinin 12-ci bəndində müəyyən edilmiş şərtlər daxilində dəyişə bilər) Cavabdeh1 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyri-yaşayış binasını boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdələrinə götürürlər.

12. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Bakı şəhərində tətbiq edilmiş karantin rejiminə görə fəaliyyəti dayandırılmış iri ticarət mərkəzlərinin və “Mall”arın açılması müddəti uzadılarsa həmin uzadılmış müddət bu barışıq sazişinin 7, 8, 10 və 11-ci bəndlərində tərəflər arasında razılaşdırılmış müddətlərin üzərinə əlavə edilir.

13. Qeyd edilən əmlakların İddiaçı QSC-yə təhvil verilənədək onun təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə cavabdehlər tam məsuliyyət daşıyırlar.

14. Cavabdeh1 bu sazişin şərtlərini pozmadığı müddət ərzində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 38 saylı binanın 1-ci mərtəbəsində yerləşən 177.5 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsi (12 saylı mağaza) və Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 48 C saylı qeyriyaşayış binası ilə bağlı kommersiya fəaliyyətini həyata keçirmək və həmin əmlakları icarəyə vermək hüququnu özündə saxlayır.

15. Həmin əmlaklar Bankdan geri alındıqda qanunvericiliyə uyğun olaraq ödənilməli olan vergi məbləği Bank tərəfindən ödəniləcəkdir.

16. Bu barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün barışıq sazişində qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın alınması üçün əsasdır.

17. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.

18. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

19. Bu barışıq sazişi 7 (yeddi) əsl nüsxədə Bakı şəhərində, xx xxxxxx 2021-ci il tarixdə imzalanmışdır.

II. İddiaçı “xxxx” Bank QSC-nin cavabdehlər “X5 Co” Firmasına, Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” barədə iddia ərizəsi üzrə 2(009)-130/2021 saylı mülki işin icraatına xitam verilsin. III. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar