Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1309/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı LPO "xxxx" ASC-nin - Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC - Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1160.56 (bir min yüz altmış manat əlli altı qəpik) manat borc olmaqla – bundan 513.93 (beş yüz on üç manat doxsan üç qəpik) manat əsas, 465.34 (dörd yüz altmış beş manat otuz dörd qəpik) manat faiz, 107.65 (yüz yeddi manat altmış beş qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.64 (yetmiş üç manat altmış dörd qəpik) manat faiz borcu və 31.61 (otuz bir manat altmış bir qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 627/1-i nömrəli xx.xx.2013-cü il tarixli Kredit kartı müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit kartı müqaviləsinə xx.xx.2016-cı il tarixdə 02 saylı Əlavə Saziş bağlanmışdır. Müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” kimi oxunur. Müqaviləyə əsasən borcalanın Kreditor qarşısında kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 995.49 (doqquz yüz doxsan beş manat 45 qəpik) manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 18 (on səkkiz) ay təşkil edir. Borcalan kreditdən istifadəyə görə kreditora illik 27 (iyirmi yeddi) faiz ödəyir. Daha sonra həmin kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısınıda kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1095 (bir min doxsan beş ) manat təşkil edir. Restrukturizasiya edilmiş müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1160.56 manat təşkil edir. Bundan 513.93 manat əsas, 465.34 manat faiz, 107.65 manat cərimə, kredit müqaviləsi bitəndək sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.64 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 12-5/2-S-41-5552/2025 saylı xx.xx.2025-ci il tarixli bldiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 627/1-i nömrəli xx.xx.2013-cü il tarixli Kredit kartı müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit kartı müqaviləsinə xx.xx.2016-cı il tarixdə 02 saylı Əlavə Saziş bağlanmışdır. Müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” kimi oxunur. Müqaviləyə əsasən borcalanın Kreditor qarşısında kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 995.49 (doqquz yüz doxsan beş manat 45 qəpik) manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 18 (on səkkiz) ay təşkil edir. Borcalan kreditdən istifadəyə görə kreditora illik 27 (iyirmi yeddi) faiz ödəyir. Daha sonra həmin kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısınıda kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1095 (bir min doxsan beş ) manat təşkil edir. Restrukturizasiya edilmiş müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1160.56 manat təşkil edir. Bundan 513.93 manat əsas, 465.34 manat faiz, 107.65 manat cərimə, kredit müqaviləsi bitəndək sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.64 manat faiz borcu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM- 739.2.) Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 627/1-i nömrəli xx.xx.2013-cü il tarixli Kredit kartı müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit kartı müqaviləsinə xx.xx.2016-cı il tarixdə 02 saylı Əlavə Saziş bağlanmışdır. Restrukturizasiya edilmiş müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı LPO İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh 513.93 (beş yüz on üç manat doxsan üç qəpik) manat əsas, 465.34 (dörd yüz altmış beş manat otuz dörd qəpik) manat faiz, kredit müqaviləsi bitəndək sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.64 (yetmiş üç manat altmış dörd qəpik) manat faiz borcu ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin 107.65 (bir yüz yeddi manat altmış beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən 513.93 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 107.65 manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 513.93 (beş yüz on üç manat doxsan üç qəpik) manat əsas, 465.34 (dörd yüz altmış beş manat otuz dörd qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə, kredit müqaviləsi bitəndək sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.64 (yetmiş üç manat altmış dörd qəpik) manat faiz borcu, cəmi 1072,91 (bir min yetmiş iki manat doxsan bir qəpik) manat və dövlət rüsumunun 30,70 (otuz manat yetmiş qəpik) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 513.93 (beş yüz on üç manat doxsan üç qəpik) manat əsas, 465.34 (dörd yüz altmış beş manat otuz dörd qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə, kredit müqaviləsi bitəndək sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.64 (yetmiş üç manat altmış dörd qəpik) manat faiz borcu, cəmi 1072,91 (bir min yetmiş iki manat doxsan bir qəpik) manat və dövlət rüsumunun 30,70 (otuz manat yetmiş qəpik) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1309/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1309/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver