Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-131/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X12, Cavabdeh nümayəndəsi X6 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evdə aparılmış təmir-tikinti işlərinə və həmin evə alınmış əşyalara görə ödəmiş olduğu 25000 manat vəsaitin və məhkəmə xərci olaraq ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh qardaşı X6 arvadıdır. Onunla qardaşı Y.Məmmədov arasında olan razılığa əsasən Y.Məmmədovun və onun arvadı iş üzrə cavabdeh olan Cavabdeh banklar qarşısında kredit müqavilələri üzrə yaranmış öhdəlikləri icra etməyi, cavabdeh isə bunun əvəzində Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evi onun adına rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. Cavabdehin əri 2011-2013-cü ildə CM-nin 137.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həbs edilmişdir. Həbsdə olduğu müddət ərzində o, onun xahişi ilə onun və arvadının banklara olan borclarını ödəmişdir. Buna baxmayaraq, iş üzrə cavabdeh və onun əri öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməmiş, əksinə adına rəsmiləşdirilməli olan evə onun və övladlarının qeydiyyatlarının etibarsız hesab edilməsinə dair məhkəmədə 2017-ci ildə iddia qaldırmışdır. Belə olduğu halda, o cavabdeh və onun əri tərəfindən üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, o Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı ev uzun müddət məhkəmə mübahisələrindən sonra onun bilavasitə iştirakı ilə əldə edilmiş və o zaman həmin evdə yaşayış üçün normal şərait yaratmaq üçün əsaslı təmir-tikinti işləri onun tərəfindən görülmüş və həmin evə avadanlıq və əşyalar alınmışdır. Hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, 1-Qəsr döngəsi, 14 saylı evdə aparılan təmir işlərinin, ora alınan əşyaların və avadanlıqların pulu evin mülkiyyətçisi, yəni iş üzrə cavabdeh tərəfindən 25000 manat məbləğində ödənilməlidir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında İddiaçı nümayəndəsi və vəkili X17 iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evdə aparılmış təmir-tikinti işlərinə görə ödəmiş olduğu 23000 manat vəsaitin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş və onunla əsaslandırmışdır ki, cavabdehin əri Yalçın Məmmədov 1990-cı ildə “Lider” şirkətini yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Onlar üç qardaşdırlar, Yalçın Məmmədov İddiaçı böyük qardaşıdır və Dadaşdan səkkiz yaş böyükdür. Onların ataları 2004-cü ildə vəfat etdikdən sonra ailənin bütün yükü Yalçın Məmmədovun üzərinə düşmüş, Yalçın Məmmədov özünün qurduğu müvafiq biznes sahəsinə kiçik qardaşı İddiaçı da gətirmiş, sahibkarlıq fəaliyyətinə cəlb etmişdir. 2006-cı ildə 6 şirkət, o cümlədən “Örz ənd Kantri”, “Kar ənd Trivel Kantri”, “Kantri” şirkəti yaradılmış və həmin şirkətlərin hərəsi bir qardaş və onların arvadlarının adına təsis edilmişdir. İddiaçı da adına xx.xx.2006-cı il tarixdə “xxxx” şirkəti təsis edilmiş və onun direktoru olmuş, lakin bütün şirkətlər, o cümlədən “xxxx” şirkəti Yalçın Məmmədov tərəfindən əlaqələndirilmiş və faktiki rəhbər Yalçın Məmmədov olmuşdur. Ailə rusdilli olduğundan, qohumlar arasında İddiaçı “Dodik”, Yalçın Məmmədova isə “Yaşa” deyirlər, Yalçın Məmmədov kiçik qardaşları müəyyən yaş həddinə çatdıqca onları da, o cümlədən İddiaçı da sahibkarlıq fəaliyyətinə cəlb etmiş, onlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sahibkarlıq fəaliyyəti ilə bağlı ailə üzvlərinin adına qarşılıqlı olaraq etibarnamələr verilmiş, firmalar açılmış, birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları dövrdə banklardan götürülmüş kredit vəsaitləri hesabına ayda olaraq “Pikap”, “Land Gruiser” və “H1” tipli avtonəqliyyat vasitələri, cəmi 17 nəqliyyat vasitəsi əldə edilmiş, hazırkı iddianın predmeti olan pul vəsaitləri də həmin avtomobillərin bir hissəsinin əldə edilməsi üçün ödənilmiş kredit vəsaitləri olmuş, həmin avtonəqliyyat vasitələri ipoteka ilə yüklü edilmiş, Yalçın Məmmədovun özü və arvadı Cavabdeh rəsmi olaraq “xxxx” MMC-nin işçisi olmuş, həmin avtonəqliyyat vasitələri alındığı gündən üçüncü şəxslərə icarəyə verilmiş, icarədən əldə edilmiş vəsait hesabına kredit ödənişləri tam təmin edilmiş, 2013-cü ilin aprel ayında qardaşlar birgə sahibkarlıq fəaliyyətini dayandırmaq, ayrı-ayrılıqda fəaliyyət göstərmək qərarına gəlmiş, bu səbəbdən İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli cədvəl tərtib edilərək (cədvəl işə əlavə edilir), qardaşların hər birinə çatacaq əmlakların siyahısı müəyyən edilmiş, həmin cədvəldə İddiaçı “Dodik”, Yalçın Məmmədov isə “Yaşa” kimi göstərilmiş, həmin siyahıda ** AL *** dövlət nömrə nişanlı Toyota Hilux markalı minik avtomobilin “Yaşa”ya, yəni Yalçının Məmmədova aid olduğu göstərilmişdir. Həmçinin həmin avtomobilin kredit ödənişləri Cavabdeh şəxsi vəsaiti və avtomobilin üçüncü şəxslərə icarəyə verilməsindən əldə edilmiş vəsait hesabına tam təmin edilmiş və etibarnamə əsasında əri Yalçın Məmmədovun istifadəsində olmuşdur. 2013-cü ilin may ayında tərəflər arasında mübahisə yaranmış və elə bundan sonra tərəflər arasında bütün birgə münasibətlər tam qurtarmışdır. İddiaçı özü tərəfindən Yalçın Məmmədova verdiyi etibarnaməni xx.xx.2013-cü il tarixdə ləğv etdirdikdən 7 gün sonra, xx.xx.2013-cü il tarixdə Cavabdeh da İddiaçı verilmiş etibarnamələri ləğv etdirmiş və bu barədə tərəflər bir-birinə bildirmişdir. Birgə sahibkarlıq fəaliyyəti dövründə banklardan götürülmüş kredit vəsaitləri hesabına əldə edilmiş 17 avtonəqliyyat vasitəsindən 16-sını Yalçın Məmmədov və sonuncunun arvadı Cavabdeh etibarından sui-istifadə edərək, İddiaçı öz adına keçirmiş və ya özgəninkiləşdirilərək, pulu mənimsənilmişdir. İddiaçı istifadəsində olan avtonəqliyyat vasitələrinin bir qismi bu gün də onun istifadəsində olmaqla, sonuncu ondan gəlir əldə edir. Belə ki, DİN-in Baş Dövlət X20 xx.xx.2018-ci il tarixli məktubuna əsasən, “xxxx” MMC-nin (təsisçi və direktor İddiaçı) adında nəqliyyat vasitələri qeydiyyatdan keçmir, həmin məktuba əlavə edilmiş nəqliyyat vasitələrinin hərəkəti barədə kompüter çıxarışından göründüyü kimi, İddiaçı təsisçisi və direktoru olduğu “xxxx” MMC-nin adında olmuş bütün (6 ədəd) nəqliyyat vasitələrinin hamısını 2014-2016-cı illərdə öz adına keçirmişdir, bu fakt da, təsdiq edir ki, İddiaçı 2013-cü ildə tərəflər arasında mübahisə yarandıqdan sonra, yəni 2014-2016-cı illərdə təsisçisi və direktoru olduğu “xxxx” MMC-nin adında olmuş nəqliyyat vasitələrinin hamısını öz adına keçirmişdir. İşdən göründüyü kimi, “xxxx” MMC-nin direktoru İddiaçı “Toyota Hilux” markalı ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin girov qoyularaq alınmasına görə banka ödənilmiş vəsaiti, həmin nəqliyyat vasitəsinin alğı-satqısından əldə edilmiş vəsaiti, bunlara görə ödənilməli olan faizləri, həmin nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə edilmiş vəsaiti tələb edir. Belə ki, əvvəla bir daha bildiririk ki, həmin nəqliyyat vasitəsi İddiaçı qardaşı Yalçın Məmmədovun arvadı Cavabdeh tərəfindən “Nikoyl” İKB-dan götürülmüş və sonuncunun özü tərəfindən banka qaytarılmış vəsait hesabına alınmışdır. Bu hallar tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir. Həmin dövrdə İddiaçı istəsə də belə, qardaşı Yalçın Məmmədov və sonuncunun arvadı Cavabdeh tərəfindən banklara olan borcunu ödəyə bilməzdi. Çünki İddiaçı həmin dövrdə özü məhkumluq həyatı yaşayırdı. Belə ki, İddiaçı həmin dövrdə məhkum olmuş və Səbail rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1-250/2007 saylı hökmü ilə CM-315.1-ci maddəsi ilə (polisə müqavimət) təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın müddəti isə azadlığın məhdudlaşdırılması üzrə Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə qeydiyyata alındığı tarixdən, yəni ən yaxşı halda hökm qüvvəyə mindiyi xx.xx.2007-ci il tarixdən hesablanmış və həmin müddətdə İddiaçı məhkumluq həyatı yaşamışdır. Hesab edirik ki, İddiaçı məhkum olunduğu həmin cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı, həmçinin hökmün qanuni qüvvəyə minməsi və icra müddəti ərzində banklara ödəniş edib-etməməsi, əgər ödəniş etmişdirsə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmənin icrası mərhələsində ödənişləri necə və hansı mənbədən əldə edərək təmin etməsi də araşdırma predmetidir. Bu hallar da tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir. Bu faktı da bildirək ki, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(009)- 2020 saylı hökmü ilə İddiaçı CM-in 128ci maddəsi ilə təqsirli bilinib, 1 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bildiririk ki, tərəflər arasında bu ana qədər olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları-Bakı şəhəri Səbail rayon Məhkəməsindəiİddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı, onun azyaşlı uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X7 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə” ilk iddia qaldırılmışdır. Eyni zamanda həmin proses zamanı qarşılıqlı İddiaçı tərəfindən cavabdehlər Yalçın Məmmədov və Cavabdeh qarşı «mülkiyyət hüququnun tanınması və “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evə dair :з' şin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia qaldırılmışdır. Səbail rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 2(009)-436/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş ilk iddia təmin edilmiş; eyni zamanda Səbail rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 2(009)-436/18 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə qarşılıqlı İddiaçı tərəfindən verilmiş qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi hakim Sənan Hacıyev, İş N 2(103)-5910/2018) xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh- İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1.2.2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova, iş №2(004)-6639/18) icraatında olan iş üzrə iddiaçı “xxxx” MMC (direktor İddiaçı) tərəfindən cavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ-nə, Muradov Rövşən Sövdəyar oğluna, X3 və X8 qarşı «xxxx” MMC-yə məxsus “Toyota Hilux” markalı, 90-AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “xxxx” MMC-nin adından çıxarılaraq xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobilin “xxxx” MMC-yə qaytarılması və həmin avtomobili qanunsuz yollarla özgəninkiləşdirən müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılması» tələbinə dair iddia qaldırılmışdır. Yasamal rayon məhkəməsinin (hakim Xuraman Məhərrəmova, iş № 2(004)-6639/18) xx xxxxxxx 2018-ci il tarxili qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ-nə, Muradov Rövşən Sövdəyar oğluna, X3 və X8 qarşı həmin iddiası rədd olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi hakim İsmayıl Xəlilov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarxili qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Əhməd Nurməmmədov) xx xxxx 2019-cu il tarixli 2(102)-4514/2019 saylı qərarı ilə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1.2.3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Şahin Abdullayev, iş N 2(009)-695/18) icraatında olan iş üzrə İddiaçı tərəfindən cavabdehlər X10 və Cavabdeh qarşı “borcun qaytarılması və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia qaldırılmış, İddiaçı cavabdeh X4 75.434 ABŞ dolları və 23.402 manat, Cavabdeh 54.405 ABŞ dolları və 3.410 manat məbləğində vəsaitin, borc öhdəliyinin vaxtında yerinə yetirilmədiyinə görə cavabdeh X4 75.434 ABŞ dollarının 15 faizi olan 11.315 ABŞ dolları və 23.402 manatın 15 faizi olan 3.510 manat məbləğində vəsaitin və Cavabdeh 54.405 ABŞ dollarının 15 faizi olan 8.160 ABŞ dolları və 3.410 manatın 15 faizi olan 170 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi və hüquqi xidmətlərə görə ödənilmiş 5.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-695/18) İddiaçı cavabdehlər Yalçın Məmmədova və Cavabdeh qarşı “borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair həmin iddiası rədd olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim X.Mərdanova, iş № 2(103)-8926/18) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh X4 34.390 -ABŞ dolları və 14.453,6 manat, Cavabdeh 52.771 ABŞ dolları və 3.410 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun müştərək qaydada İddiaçı xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdehlər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.Allahverdiyev, iş № 2(102)-90/19) cavabdehlərin kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Zaur Əliyev, iş № 2 (103)-3676/19) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Akif İsgəndərov) xx xxxxxx 2020-ci il tarixli 2(102)-1081/20 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1.2.4. Səbail rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) icraatında olan 2(009)-1074/2020 saylı iş üzrə iddiaçı “xxxx” MMC (direktor İddiaçı) tərəfindən cavabdehlər X13 və X9 qarşı «pul» tələbinə dair iddia qaldırılmış, həmin iş üzrə də iddianı təmin tədbiri kimi, “Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evin üzərinə həbs qoyulması” xahiş mişdir. Həmin iş üzrə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianı təmin tədbiri Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evin üzərinə həbs qoyulması” barədə ərizə rədd edilmişdir. Hazırda işə mahiyyəti üzrə baxılır. Məhz həmin işə baxılarkən xx.xx.2020-ci il tarixdə İddiaçı bir qrup şəxslə Yalçın Məmmədovu döyərək, ona sınıqla müşayiət olunan çoxsaylı xəsarətlər yetirmiş, hazırda həmin fakt üzrə Səbail RPİ İŞ-də istintaq aparılır. Belə ki, məhz həmin iş üzrə məhkəmənin müvafiq qərardadı ilə iddianı təmin tədbiri kimi, “Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evin üzərinə həbs qoyulması” barədə İddiaçı ərizəsinin rədd edilməsindən sonra, onlar Yalçın Məmmədovu əvvəlcə məhkəmə zalında döyməyə cəhd etmiş, daha sonra isə məhkəmənin qarşısında amansızcasına döymüşlər. Beləliklə, göründüyü kimi, bir tərəfdən İddiaçı hazırkı iş üzrə cavabdehi və onun ərini əsassız məhkəmə çəkişmələrinə cəlb edir və həmin məhkəmə proseslərini uduzduqca daha da aqressivləşir, digər tərəfdən isə öz əsassız məqsədinə, yəni hazırkı iş üzrə cavabdehin və onun ərinin əmlakını ələ keçirməyə nail olmaq üçün onlara fiziki güc tətbiq etməkdən belə çəkinmir. Onu da qeyd edək ki, məhz həmin iş üzrə məhkəmənin müvafiq qərardadı ilə iddianı təmin tədbiri kimi, “Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evin üzərinə həbs qoyulması” barədə İddiaçı ərizəsinin rədd edilməsindən sonra, sonuncu bu dəfə daha bir formal iddia, yəni hazırkı iş üzrə iddianı qaldırmışdır. Bələ ki, hazırkı iş üzrə iddianın qaldırılmasından da İddiaçı əsl məqsədi Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evin üzərinə həbs qoyulmasından ibarətdir. Bu hal isə, hesab edirik ki, yolverilməzdir və mülkiyyətçinin mülkiyyət hüquqlarını əsassız vasitələrlə məhdudlaşdırmağa hesablanmışdır. Xatırladaq ki, eyni tərəflər arasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)- 1081/20 saylı :qərarı ilə müəyyən edilmişdir ki: işdən göründüyü kimi, İddiaçı, cavabdehlər X14 Qasımovadan tələbdə qeyd olunan vəsaitin tutularaq ona ödənilməsi iddiasını irəli sürərkən tələblərinin faktiki əsası kimi cavabdehlərin banklara olan borclarını ödəməsini, bunun müqabilində cavabdehlərin əslində böyük bir hissəsinin onun vəsaiti hesabına əldə etdikləri ev üzərində onun mülkiyyət hüququnun tanınmasına razı olduqlarını, lakin sonradan cavabdehlərin bu vədi yerinə yetirməyərək evi ona verməməklə yanaşı, ödədiyi pul vəsaitlərinin də qaytarılmadığını, hüquqi əsası qismində isə Mülki Məcəllənin 739.1-ci maddəsini göstərmişdir (Diqqət: mahiyyət hazırkı iddia üzrə eynidir! - iddiaçı); Cavabdehlər Yalçın Məmmədov və Cavabdeh isə İddiaçı tələbi üzrə iddia müddətinin keçdiyini və bu səbəbdən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddianın rədd olunmasını xahiş etmişlər; iddiaçı isə, iddia müddətinin tətbiqinə etiraz edərək, apelyasiya şikayətində Mülki Məcəəllənin 384.0.4-cü maddəsi baxımından hazırkı iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçı isə, iddia müddətinin tətbiqinə etiraz edərək, apelyasiya şikayətində Mülki Məcəllənin 384.0.4-cü maddəsi baxımından hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinin mümkün olmadığını, tətbiq olunsa belə iddia müddətinin keçmədiyini bildirmişdir. Göründüyü kimi, iş üzrə tərəflərin mübahisələndirdiyi əsas hallardan biri sözügedən tələblər üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi iddia müddəti institutunun təyinatını, məqsədini, eləcə də MM-nin 375.2-ci maddəsinin göstərişini və prosessual qənaət prinsipini nəzərə alaraq, cavabdehlərin hüquqi müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Baxılan işin müəyyən edilmiş faktiki hallarından aydın olur ki, tərəflər qohumdurlar (Dadaş və Yalçın Məmmədovlar qardaşdırlar, Cavabdeh isə sonuncunun arvadıdır). Onlar arasında əvvəlcə normal münasibətlər olsa da, sonradan bu münasibətlər pozulmuşdur. Belə ki, İddiaçı tərəfindən Yalçın Məmmədova xx.xx.2009-cu il tarixdə verilmiş etibarnaməyə xx.xx.2013-cü il tarixdə, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2011-ci il tarixdə verilmiş etibarnaməyə xx.xx.2013-cü il tarixdə, xx.xx.2011-ci il tarixdə verilmiş etibarnaməyə isə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi, tərəflərin bir birilərini təmsil etmək üçün verdikləri etibarnamələri ardıcıl ləğv etmələri onların münasibətlərinin pozulmasına dəlalət edir. Bunu tərəflər də izahatlarında və etirazlarında təsdiqləmişlər. Belə ki, İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “cavabdehlərlə belə razılıq əldə olunmuşdur ki, bank qarşısında olancavabdehlərin öhdəliyi onun tərəfindən icra olunsun və bunun müqabilində Cavabdeh mülkiyyətində olan Bakı səhəri, Səbail rayonu, 1-ci Qəsr küçəsi, 14 saylı ev iddiaçının mülkiyyətinə verilsin. Lakin cavabdehlər bu öhdəliyi icra etmədikəri üçün o, onlara görə banka ödədiyi pulu cavabdehlərdən tələb edir. Qeyd etdiyi evlə bağlı hələ 2009-cu ildə məhkəmə mübahisəsi olmuş, həmin mübahisə digər şəxslə olmuşdur, həmin mübahisəni udmuşlar. 2013-cü ildə demək olar ki, digər şəxslərlə həmin ev barəsində olan mübahisələrə son qoyulmusdur. Həmin vaxtdan cavabdehlərlə onun arasında olan münasibət pozulmuş, aralarında müəyyən narazılıq yaranmışdır”. Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli –qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2011-ci il tarixdə verdiyi etibarnaməyə xx.xx.2013-cü il tarixdə Cavabdeh ərizəsi əsasında xitam verildikdən (dərhal) sonra sonuncunun razılığı olmadan İddiaçı xx.xx.2013-cü ildə, övladları Nazim Məmmədli 12.01,2014-cü ildə, Sürəyya Məmmədova isə 15.01,2014-cü ildə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 14 saylı mənzilinə qeydiyyata alınmışlar. Bu hal Cavabdeh 2017-ci ilin yanvar ayında məlum olduqdan sonra əvvəlcə notariusa, sonra isə adları çəkilən şəxslərin mənzildən istifadə hüquqlarının olmaması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia təmin olunmuşdur. Məhkəmə baxışında İddiaçı etiraf etmişdir ki, qeydiyyata düşdüyü mübahisəli evdə təxminən 2010-cu ildən etibarən yaşamamışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı, sözügedən evdə faktiki yaşamadığından və Cavabdeh, onun və uşaqlarının evə qeydiyyatını bilmədiyi üçün iddianı 2017-ci ilədək qaldırmamışdır. Odur ki, Cavabdeh tərəfindən həmin iddianın 2017ci ildə irəli sürülməsi tərəflərin münasibətlərinin məhz həmin ildən pozulması qənaətinə gəlmək üçün əsas deyil. Bu hallar da onu göstərir ki, tərəflər arasındakı münasibətlər əslində ən azı 2013-cü ilin may ayından etibarən pozulmuşdur. Hətta tərəflərin münasibətlərinin pozulmasının ən son tarixi kimi Cavabdeh İddiaçı xx.xx.2011-ci il tarixdə verdiyi etibarnamənin xx.xx.2014-cü ildə ləğv edilməsi əsas götürülsə belə, İddiaçı 2012-ci ilədək apardığını iddia etdiyi ödənişlərlə bağlı hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu (iddia müddətinin axımın başlandığı) an ən uzağı 2014-cü ilin fevral ayının 21-dən hesablanmalıdır. İddiaçı isə iddia ərizəsini həmin tarixdən 3 il 10 ay keçdikdən sonra, yəni xx xxxxxx 2017-ci ildə məhkəməyə təqdim etməklə, pul tələbinə dair qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisə hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı verilmiş xx.xx.2011-ci il tarixli 7E/6492 nömrə ilə reyestrdə qeyd edilmiş etibarnamə xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. İddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Ona görə də, hesab edirik ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı pul tələbinə dair qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bundan başqa, hazırkı iş üzrə iddia tələbi ilə qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-695/18) rədd olunmuş eyni tərəflər asında «borcun qaytarılması və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi ilə eynidir, yalnız tələb olunan məbləğ formal olaraq dəyişdirilmişdir. Həmin işlər üzrə də, hazırkı iş üzrə də iddianın əsasları da eynidir. Belə olan halda, hesab edirik ki, əslində MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM- 82.3 bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o həmin mənzilə 2013-cü il tarixdə qeydiyyata düşüb, 2018-ci il tarixdə məhkəmə qətnaməsi əsasında çıxarılmışdır. Uzun müddət ərzində orada yaşamışdır, əsaslı təmir işlərini o etmişdir, bütün xərcləri özü qarşılamışdır. Təmir üçün müraciət etmişdir, lakin cavabdeh iddia edirdi ki , təmirlə bağlı müraciət olmayıb. xx.xx.2009-cu il tarixdə isə ərizəsinə cavab verilib, lakin həmin vaxt o, öz adından ərizə yaza bilməzdi. Təmir zamanı zibilin atılması üçün Cavabdeh adından xx.xx.2009-cu ildə müqavilə bağlayıb, birdəfəlik ödəniş etmişdir. 2008, 2009 və 2010-cu illərin bələdiyyə ödənişlərini də o etmişdir. Mənzil kommunal və təmir xidməti ödənişlərini də o etmişdir. Təmirlə bağlı fotoşəkilləri və smetanı da məhkəməyə təqdim edir, fotoşəkillərdən aydın olur ki, həmin evdə ilkin təmir işləri görülüb. Cavabdeh ona xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərdə iki dəfə 50 illik etibarnamə verib. O bütün məhkəmə proseslərində onun nümayəndəsi kimi çıxış etmişdir. O zaman da cavabdehin vəkili olan Vəkil o maliyyələşdirmişdir. Bununla bağlı olan qətnamələri məhkəməyə təqdim etmişdir. Qoruq olduğu üçün əsaslı deyil, ilkin təmir işləri görərək o, o evdə yaşamışdır. Cavabdehin nümayəndəsi həmin vaxtı məhkum olduğu üçün təmir edə də bilməzdi. Təmiri də o etmişdir, borcları da o ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X17 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Keçən məhkəmə iclaslarında elə bir evin olmadığını deyirdilər, lakin yerli baxış iclasında evin mövcud olduğu aydın oldu. Təmir olmadığını deyirdilər, lakin təmir də olunub. Onlarda bununla bağlı bütün sənədlər var, eyni zamanda şahidləri də vardır. İlkin təmir işləri olmasa idi, yaşamaq da olmazdı. Faktiki iddiaçı təmir etdirib və orada yaşayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı onun həbsdə olmağından sui istifadə edərək yoldaşını, yəni hazırkı iş üzrə cavabdehi aldadıb. Onu həbsdən çıxaracağını bildirərək etibarnamə alıb, sonra həmin etibarnamədən sui-istifadə edib. O həbsdən çıxdıqdan sonra həmin etibarnaməni ləğv etdirmişdir. İşlə bağlı qarşılıqlı etibarnamə olduğu üçün onun bütün əmlakını öz adına keçirib, indi də yoldaşının adına olan mənzili istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, etiraz ərizəsində göstərilənləri müdafiə edirlər. Onlar evin mövcud olmaması barədə hər hansı fikir səsləndirməmişlər, bu evlə bağlı 5 məhkəmə qərarı var, mövcud olmadığını deyə bilməzlər. İddiaçı ona verilmiş etibarnamədən sui istifadə edərək 2013-cü ildə qeydiyyata düşüb, sonradan məhkəmə qətnaməsi əsasında 2017-ci il tarixdə qeydiyyatdan çıxarılıb. Həmin ev cavabdehə atasından qalıb. Heç birgə nikah dövründə əldə olunmuş əmlak deyil. Sahibkarlıqla məşğul olduqları üçün bütün ailə üzvləri arasında etibarnamə olub, əvvəlcədən verilmiş etibarnamədi, o zaman heç mənzillər yox idi. Ümumiyyətlə isə iddiaçı iddia müddətini ötürmüşdür. Sorğuya gələn cavab məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə cari təmirə razılıq verilmişdir. Tərəflər arasında isə 2013-cü ilin əvvəlindən, təxmini aprel ayından münasibətlər korlanmışdır. İddiaçının 2008-2009-cu illərdə təmir işi aparması təsdiqini tapmır, 2013-cü ildə isə təmiri onlar etmişlər. Onlar ev yoxdur, təmir yoxdur deməmişlər, əsaslı təmir olmadığını bildirmişlər. Məmmədov Yalçın həmin vaxtı məhkum deyildi, 2013-cü ilin fevral ayında azadlığa çıxmışdı. O vaxtı iddiaçının Cavabdeh tərəfindən verilmiş etibarnaməsi var idi. Etibarnamə olduğu halda təmir üçün öz adından müraciət edə bilərdi, lakin cavab Məmmədov Yalçına verilmişdir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin izahatını dinləyib, irəli sürülən tələbin dəlillərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İçərişəhər Azərbaycanın tarix-memarlıq qoruğu olduğundan İçərişəhər ərazisindəki abidələr və bütövlükdə memarlıq-şəhərsalma kompleksi İçərişəhər X5 tərəfindən lazımi səviyyədə qorunub saxlanılır. İş materiallarında olan İçərişəhər Dövlət X1 Mənzil-kommunal və Təmir Xidmətinin V- 01/05/04 saylı, xx xxxxxx 2021-ci il tarixli mətubundan görünür ki, Bakı şəhəri, 1-ci Qəsr 14 ünvanının mülkiyyətçisi tərəfindən xx xxxxxx 2013-cü il il 373 saylı cari təmirə razılıq sənədinə uyğun olaraq möhkəmləndirmə məqsədilə şveller quraşdırılmış, 3 ədəd qapı dəyişdirilmiş və döşəməyə laminat vurulmuşdur. İş materiallarında olan İçərişəhər Dövlət X1 Mənzil-kommunal və Təmir Xidmətinin təmir işlərinin aparılmasına dair 373 saylı, xx xxxxxx 2013-cü il tarixli razılıqdan görünür ki, Cavabdeh Bakı şəhəri, 1-ci Qəsr 14 ünvanında aparılacaq təmir işlərin siyahısı müəyyən edilərək icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar, yəni həqiqətən cavabdehə məxsus mənzildə təmir işlərinin onun tərəfindən aparıldığını təsdiq edən sübutlara malik olmalıdır. Cavabdeh tərəfin mövqeyinə görə təmir işləri cavabdeh tərəfindən aparılmışdır. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə nəticə olaraq qeyd edir ki, iddiaçı cavabdehə məxsus mənzildə təmir işlərinin aparılmasını təsdiq edən sübutlara malik deyildir. Bu halda məhkəmənin qənaətinə görə iddiaçı subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürülməsi ilə bağlı hüquq ixtiyara malik deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə məxsus mənzildə təmir-tikinti işlərinin onun tərəfindən aparıldığını sübut edə bilməmişdir. İşin hər hansı bir araşdırılmış halı ilə iddiaçının dəlilləri təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, mənzilin təmirinin iddiaçı tərəfindən həyata keçirilməsinə dair hər hansı sübut mövcud deyildir. İddiaçının həmin tələbi irəli sürməsinə dair subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, MM-nin 373-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia müddəti ötürümüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-131/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-131/2021
28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver