Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1333/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 14.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 120 ay müddətinə 150.000 manat məbləğində kredit limiti ayrılmışdır. 14.05.2019-cu il tarixli kredit müqavilsinə əsasən borcluya istehlak məqsədləri üçün 15 ay müddətinə 23% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanine öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14.04.2021-ci il tarixə “xxxx” KB ASC-yə 1460,68 manat əsas, 4,86 manat faiz, cəmi 1465,54 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlərdən mühtərək qaydada “xxxx” KB ASC-nin xeyrinə 1460,68 manat əsas, 4,86 manat faiz, cəmi 1465,54 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.05.2019-cu il tarixli əsas kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 150000 manat məbləğində kredit limiti ayrılmışdır. İş üzrə “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.05.2019-cu il tarixli əlavə kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 23% dərəcəsi olmaq şərti ilə, 15 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş üzrə “Kreditor” qismində «xxxx» ASC ilə “Borclu” Cavabdeh1 və “Zamin qismində Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 14.05.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər bankla Cavabdeh1 arasında bağlanılmış 14.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə “xxxx” KB ASC tərəfindən verilmiş 14.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 14.04.2021-ci il tarixə banka 1460,68 manat əsas, 4,86 manat faiz, cəmi 1465,54 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 14.05.2019-cu il tarixdə “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti ayrılmışdır. 14.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 15 ay müddətinə, illik 23% dərəcəsi olmaq şərti ilə 5000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər cavabdehlərlə müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka cəmi 1465,54 manat borcu yaranmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 14.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşlar və müqavilə üzrə öhdəliklərin icra edilmədiyi təqdirdə borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımasına üzərinə götürmüşdür. AR Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada müqavilə üzrə ödənilməmiş qalmış 1460,68 manat əsas borc, 4,86 manat faiz borcu, cəmi 1465,54 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalıdır. ARMPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” KB ASC-nin xeyrinə 14.05.2019-cu il tarixli, 264micNFT/19 saylı kredit müqaviləsi üzrə 14.04.2021-ci il tarixə yaranmış 1460,68 manat əsas borc, 4,86 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1495,54 (bir min dörd yüz doxsan beş manat əlli dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1333/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1333/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver