Məhkəmə qərarları › İş №2(009)-1342/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1342/2022

03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1342/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması», Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində 03 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2007-ci il təvəllüdlü X4, 25 may 2010-cu il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1213/2018 saylı qətnaməsi ilə 25 sentyabr 2007-ci il təvəllüdlü X4, 25 may 2010-cu il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Bu səbəbdən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay tutulan alimentin həcminin azaldılaraq hər uşağa görə 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə nikahı pozulduqdan sonra 2018-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur və nikahdan 18 iyun 2019-cu il təvəllüdlü Zəhra adlı övladları anadan olmuşdur. AR Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etdiyi zaman miqren və “B” virus hepatiti daşıyıcısı, hissəsi adentiya xəstəliklərinə düçar olmuşdur. O və həyat yoldaşı hər ikisi işsizdir, heç bir yerdən əlavə gəlirləri yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddiasının təmin olunması, Cavabdeh iddiasının isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı müdafiə edərək iddiasının təmin olunması, İddiaçı iddiasının isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından aydın olur ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2018 saylı qətnaməsinə əsasən 25 sentyabr 2007-ci il təvəllüdlü X4, 25 may 2010-cu il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı 154 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladları İddiaçı himayəsindədir, o qeyd edir ki, cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Cavabdeh isə qeyd edir ki, hazırda maddi imkanı aşağı olduğundan məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəmək iqtidarında deyildir, bu səbəbdən alimentin məbləğinin azaldılmasını xahiş edir. Az. Resp. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. Məhkəmə eyni zamanda hesab edir ki, əmək qabiliyyətli Cavabdeh işləməməsi onun uşaqların minimum yaşayış həddindən aşağı məbləğdə alimentin ödənilməsi üçün əsas ola bilməz Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» xx.xx.2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2022-ci il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-1213/18 saylı qətnaməsi əsasında cavabdehdən 25 sentyabr 2007ci il təvəllüdlü X4, 25 may 2010-cu il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin həcmi artırılaraq, hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilsin. 25 sentyabr 2007-ci il təvəllüdlü X4, 25 may 2010-cu il təvəllüdlü X3 və 29 iyul 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-1213/18 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin həcmi artırılaraq, hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar