Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1347/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 dekabr 2019cu il tarixli RBYF-4392_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4894,54 manat, faiz borcuna görə 2,94 manat, dəbbə borcuna görə 0 manat, cəmi 4897,48 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5086,54 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 dekabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh Cavabdeh2 arasında 25 dekabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 25 dekabr 2019-cu il tarixli, RBYF- 4392_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Çingiz Qabil oğlu kredi üzrə hesablanmış dəbbə pulunu ( cərimə,penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra ediləsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanılmış 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında hər ayın 25-indən gec olmayaraq hər ay 86,95 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Bildirir ki, maliyyə arayışına əsasən Cavabdeh1 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsi üzrə borcnun məbləği əsas borcuna görə 4894,54 manat faiz borcuna görə 2,94 manat dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 4897,48 manat təşkil edir. İş materiallarında olan 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5086,54 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan 25 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yasamal filialı ilə digər Cavabdeh2 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımi icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan AZE No 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki Cavabdeh2 xx.xx.1962-ci il tarixində Azərbyacan Respublikası, Əli-Bayramlı rayonunda anadan olmuşdur. Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE No ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki Cavabdeh1 xx.xx.1971-ci il tarixdə Azərbyacan Respublikası, Gədəbəy rayonunda anadan olmuşdur. Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatdadır. İş materiallarında olan 25.12.19-cu il tarixli ödəniş cədvəlindən görünür ki, hər ay üçün nəzərdə tutulmuş kredit məbləği ilk 12 ay üçün 4,20 AZN, növbəti 47 ay üçün 108,14 AZN, son bir ay üçün isə 108,36 AZN-dır. İş materiallarında olan 19.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.04.2021-ci il tarixinə 4894.54 əsas borc, 2.94 manat faiz borcu vardır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılmasına dair ərizə göndərmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25.12.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən cavabdehə 5086.54 manat məbləğində kredit verilmişdir. Cavabdeh borcunun 4897.48 manatını ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 dekabr 2019-cu il tarixli, RBYF- 4392_KMP saylı kredit müqaviləsi üzrə 4894,54 (dörd min səkkiz yüz doxsan dörd manat əlli dörd qəpik) manat əsas, 2,94 (iki manat doxsan dörd qəpik) manat faiz borcu, o (sıfır) manat dəbbə borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən ümumilikdə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 dekabr 2019-cu il tarixli, RBYF-4392_KMP saylı kredit müqaviləsi üzrə 4894,54 (dörd min səkkiz yüz doxsan dörd manat əlli dörd qəpik) manat əsas, 2,94 (iki manat doxsan dörd qəpik) manat faiz borcu, o (sıfır) manat dəbbə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1347/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1347/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver