Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1355/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Maraqlı şəxs kimi qeyd edilən) qarşı “əmlakın bazar qiymətinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Maraqlı şəxs kimi qeyd edilən) qarşı “əmlakın bazar qiymətinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 2014-cü il tarixli PB/0xx/xx/0422895 saylı kredit və girov müqaviləsi üzrə qızıl və zinət əşyalarının real bazar qiymətinin müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi 25 yanvar 2021-ci il tarixli, 9/5077 saylı ekspert rəyi girov predmeti olan qızı-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədilə Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)-5/2020 saylı qərardadı əsasında ekspert Elvin Qəhrəmanov tərəfindən tərtib edilmişdir. Qeyd edir ki, ekspert rəyi MPM-nin 76.2-ci maddəsində əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.3-cü maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Bu baxımdan hesab edir ki, ekspert rəyi baxılan iş üzrə mübahisə və araşdırma predmeti ola bilər. Belə ki, tərəf bir sübut növü kimi rəylə razılaşmadıqda əlavə və ya təkrar ekspertiza təyin olunmasını, yaxud rəyin sübutlar siyahısından çıxarılmasını tələb etməklə onu mübahisələndirmək hüququna malikdir. Eyni zamanda məhkəmə, zəruri olduqda öz təşəbbüsü ilə, yaxud tərəfin müraciəti əsasında sübut növü kimi ekspertiza rəyinə sübutların qiymətləndirilməsi çərçivəsində hüquqi qiymət verir. Bu qayda Mülki Prosessual Məcəllənin tələblərindən və qanunvericiliyin ümumi sistemindən irəli gəlir. Ekspert rəyi məhz təqdim edildiyi mülki iş üzrə mübahisələndirilməli olduğundan, ayrıca məhkəmə icraatının predmeti ola bilməz. Bu qənaətə gələrkən onu da nəzərə alır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də iddia ərizəsinin qəbul edilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Bu məhdudiyyətlər qanunda nəzərdə tutulduğu, eləcə də legitim məqsəd daşıdığı (məhkəmənin təyinatından artıq işlərlə yüklənməsinin qarşısının alınması) üçün məhkəməyə müraciət hüququnun pozulması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Maraqlı şəxs kimi qeyd edilən) qarşı “əmlakın bazar qiymətinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, ekspert rəyini aid olduğu iş üzrə mübahisələndirmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1355/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1355/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver