Məhkəmə qərarları › İş №2(009)-1368/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1368/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1368/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə 08 iyul 2022-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 3000 manat əsas borc, 426,24 manat faiz borcu, 181,98 manat cərimə borcu, iddianın qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın cavabdehə məxsus 750 əyarı, çəkisi 15,1 qram olan komplekti və 750 əyarı və 16,4 qram çəkisi olan sepə yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına iddiaçıa olan borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc verən borcluya illik 40 faiz ödəmək şərtilə 24 ay müddətinə 3,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 750 əyarı, çəkisi 15,1 qram olan komplekti və 750 əyarı və 16,4 qram çəkisi olan sep girov qoyulmuşdur. Lakin cavabdeh kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MMC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən illik 40 faizlə 24 ay müddətinə borc alana 3,000 manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC (girov saxlayan) ilə Cavabdeh (girov qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Saxlanc girovu haqqında müqaviləsinə və akta əsasən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi cavabdehə məxsus 750 əyarı, çəkisi 15,1 qram olan komplekti və 750 əyarı və 16,4 qram çəkisi olan sep girov ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3000 manat əsas borc, 426,24 manat faiz borcu, 181,98 manat cərimə borcu vardır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcuna görə hesablanmış 426,24 manat faiz borcunun tutulması hissəsi təmin edilərək cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə kredit müqaviləsindən irəli gələn əsas kredit borcunun borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 181,98 manat cərimə (dəbbə) məbləğini əsas borc məbləğinə tənasüblü surətdə uyğun məbləğ hesab edir və həmin dəbbə pulununun tərəflərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış girov müqaviləsinə uyğun olaraq girov predmeti olan 750 əyarı, çəkisi 15,1 qram olan komplekti və 750 əyarı və 16,4 qram çəkisi olan sepə yönəldilməli, həmin qızıl-zinət əşyaları hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin rəyi əsasında 2173,5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Saxlanc girovu haqqında Müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən 2173,5 AZN təşkil edir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumundan ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il Kredit Müqaviləsi üzrə yaranmış 3,000 manat əsas borc, 426,24 manat faiz borcu, 181,98 manat dəbbə pulu məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-nin hesabına köçürülsün. Ödəmə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli Girov Müqaviləsinə əsasən girov ilə yüklü edilmiş 750 əyarı, çəkisi 15,1 qram olan komplekti və 750 əyarı və 16,4 qram çəkisi olan sepə yönəldilsin, həmin əşyanın ilkin satış qiyməti 2173,5 manat müəyyən edilsin, həmin əşya ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" MMC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh verilsin, satışdan əldə olunan vəsait iddiaçıya olan borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləği cavabdehdən tutulsun. İddianın qaldırılması ilə bağlı ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar