Məhkəmə qərarları › İş №2(009)-1373/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1373/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1373/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçının,qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili T.X.Abdiyevin iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh 2010-cu ildən tanıyır. Cavabdeh özünü ona vəkil kimi təqdim etmiş, xoş münasibətlər yaratmış və onun etibarını qazanmağa nail ola bilmişdir. Vilayət bayramlarda telefonla zəng edib onun bayramlarını şirin dillə “Ana” deyərək təbriklər etmiş, doğum günlərində də onu təbrik etmiş və bir neçə dəfə hədiyyə də verərək özünü ailə üzvü kimi göstərmiş və iddiaçının etibarını qazanmışdır. İlk əvvəl Cavabdeh Rusiya Federasiyasında cinayət işinə görə ona 10.000 manat pul lazım olduğunu bildirərək, İddiaçı borc istəmiş, İddiaçı ona 10.000 manat pul vermiş və Vilayət etibarını itirməmək üçün həmin pulun 8.000 manatını qaytarmışdır. Bundan sonra Cavabdeh ağciyərində olan fibrozla əlaqədar Rusiya Respublikasına müalicəyə getməli olduğunu və müalicə üçün ona pul lazım olduğunu bildirərək, İddiaçı bu məqsədlə əvvəlcə 7.000 manat, daha sonra yenə 8.000 manat borc pul almışdır. Bundan başqa, Cavabdeh 2017-ci il tarixdə İddiaçı onun mənzil mübahisəsi ilə bağlı məhkəmə işlərində köməklik edə biləcəyini bildirərək Bakıdan vəkillər gətirəcəyini və bu işi uğurla həll edəcəyinə İddiaçı inandıraraq ondan 10.000 manat pul almışdır. Məhkəmə işlərinin gedişində hər şeyin onun xeyrinə bitəcəyini, mənzil mübahisəsini onun xeyrinə həll edəcəyi vədini verərək, İddiaçı bildirmişdir ki, o, həmçinin taxta-şalban biznesinə qoşulmaq istəyir, bunun üçün ona 50.000 manat pul lazımdır və əgər pul taparsa, həmin işlərdən böyük xeyir qazanacağını və həmin borc pulu da uzağı 1 il müddətinə artıqlaması qaytaracağını bildirərək, İddiaçı inandırmış və 20.04.2018-ci il tarixdə İddiaçı yazılı öhdəlik götürərək 50.000 manat borc pul götürmüş və həmin pulu 20.04.2019-cu il tarixdə (1 il müddətinə) qaytaracağına söz vermişdir. Lakin vaxt keçdikcə Cavabdeh yalanları üzə çıxmış, nə əvvəl müalicəsi ilə əlaqədar aldığı pulları nə də məhkəmə işləri adı altında aldığı pulları tam qaytarmamış və eləcə də sonuncu dəfə yazlı qəbz verərək borc adı altında aldığı 50.000 manat pulu da qaytarmamışdır. Bu barədə onun tərəfindən cavabdehə pulu qaytarması barədə edilən dəfələrlə xəbərdarlıqlar, xahişlər bir neticə verməmişlər. Cavabdeh hər dəfə pulu qaytaracağı barədə yalan vədlər verərək, iddiaçını aldatmış və bu minvalla cavabdeh vaxt qazanmağa nail olmuşdur. Sonradan o, öyrənmişdir ki, Cavabdeh əvvəllər də insanları dələduzluq yolu ilə aldatmış və 2003-cü ildə Şirvan şəhərində dələduzluq maddəsi ilə ittiham edilərək, məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh aldığı 50.000 manat məbləğində borc pulu 20.04.2019-cu il tarixdə qaytarması barədə öhdəlik götürməsinə baxmayaraq artıq 2 ildir ki, borc götürdüyü pulu qaytarmaqdan yayınmaqla ona ziyan vurmuşdur. Mülki qanunvericiliyə əsasən, vaxtında qaytarılmayan borc məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında faiz hesablanması nəzərdə tutulur. Cavabdeh borc götürdüyü pulu vaxtında qaytarmadığına görə onun pul vəsaitini qanunsuz olaraq 2 il ərzində özündə saxlayıb ondan faydalandığına görə ildə 5 faiz miqdarında olmaqla, 50.000 manat borc üçün (2 il üçün) 10% miqdarında, yəni əlavə olaraq 5.000 manat məbləğində faiz borcu ödəməlidir. İş üzrə Cavabdeh ona olan borcunu könüllü qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 50.000 manat pulun, 5.000 manat faiz borcunun və dövlət rüsumu kimi köçürülmüş 30 manat pulun, cəmi 55030 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2010-cu ildən 2017-ci il tarixədək İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda verdiyi pul məbləğlərini ilk iddia tələbində ona görə qeyd etməmişlər ki, həmin pulların verilməsi ilə bağlı əllərində tutarlı sübutlar yox idi. Lakin Cavabdeh həm Şirvan şəhər polis şöbəsində verdiyi izahatında, həm də 20.02.2021ci il tarixli “cinayət işinin rədd edilməsi barədə qərar”dan verdiyi şikayətdə, həm də qarşılıqlı iddia ərizəsində özü etiraf etmişdir ki, o, 2015-ci ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək İddiaçı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə cəmi 27.500 manat pul almış və həmin pulu guya artıqlaması ilə qaytarmışdır. Cavabdehin pulu almasını özü etiraf etmiş, lakin pulu qaytarması barədə işə sübut təqdim etmir. Hesab edir ki, iddia tələbinin həcmini artıraraq, Cavabdeh özünü etiraf etdiyi məbləğdə, yəni 27.500 manat pulun 55.030 manatdan əlavə olaraq iddiaçıya ödənilməsi barədə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə iddiaçının nümayəndəsi 50.000 manat borc vermiş pulun, borcun vaxtında qaytarılmamasına görə 5.000 manat faiz borcunun və dövlət rüsumu kimi köçürülmüş 30 manat pulun cəmi 55030 manat pulun və eləcə də 2015-2016-cı illər ərzində cavabdehin özünün etiraf etdiyi məbləğdə 27.500 manat alınmış borcun ümumilikdə 82.530 (55.030+27.500=82530) manat Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2010-cu ilin yay ayında Şirvan şəhər, Nizami küçəsi, ev 22-də yaşayan qonşusu Şəhlanın həyətində ucadan səs gəldiyini eşitmişdir. Qonşunun həyətinə keçərkən ona bəlli olmuşdur ki, qonşusu Şəhla hazırki iddiaçıdan sələminə pul götürmüşdür və qaytara bilmədiyindən sələmə pul verən hazırki iddiaçı qonşusunun evinə gələrək pul tələb etmişdir. O, orada söhbət əsasında İddiaçı ilə tanış olmuşdur. Həmin illərdə onun ağ ciyərində şiş olduğundan Rusiya Federasiyasının Moskva şəhərində yerləşən X22 və X2 müalicə almaq üçün gedib gəlirdi. 2015-ci ilin iyun ayında ağ ciyərində qan axma baş verdiyindən təcili Moskva şəhərinə müalicəyə getmək üçün pul lazım olmuşdur. O, iddiaçıya müraciət etmişdir. İddiaçı borc pulun verilməsi müqabilində girov əmlak qoyarsa, istədiyi pulu verə biləcəyini bildirmişdir. O, İddiaçı ilə razılaşmış və çəkisi 550 qr qızıl zinət əşyalarını iddiaçıya girov qoyaraq müxtəlif vaxtlarda 2016-cı ilin yanvar ayınadək 3000 manat bir neçə ay sonra 2500 manat, sonra 5000 manat bundan iki ay sonra 3000 manat və sonda 8000 manat, ümumilikdə 27500 manat sələminə pul götürmüşdür. İddiaçı müxtəlif vaxtlarda müalicəyə Bakı şəhərinə gələrkən Bakı Klinik Xəstəxanasının qarşısında 1000 manat, “Kral” Şadlıq Sarayının qarşısında 800 manat, “Cənnət” restoranında 5 dəfə 500 manat, Azneft meydanında 1500 manat, Park Bulvarda 4 dəfə 300 manat, Şirvan şəhərində 8 dəfə 250 manat pul məbləğlərini kürəkəni Əmənov Elman, Məmmədov Əli, Məmmədov Ramil, Xankişiyev Nadir, Mehdiyev Qoçəli və Budaqov Rahibin iştirakı ilə ödəmişdir. Bundan başqa, 2018ci ilin sentyabr ayından dekabr ayınadək Şirvan şəhərində kürəkəni Elmanın yanında 10.000 ABŞ dolları, 9.000 manat, 6.000 manat, ümumilikdə 32.000 manat iddiaçıya pul ödəmişdir. Həmçinin 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına kimi iddiaçının özünə 1.500 evro (3.000 manat), 3.000 manat, 2.000 manat, 6.000 ABŞ dolları (10.000 manat), 6.000 manat, 2 dəfə 1000 ABŞ dolları (3.400 manat) və 2000 manat ümumilikdə 57.500 manat pul İddiaçı ödəmiş və ona heç bir borcu qalmamış və aldığı məbləğdən artıq 30.000 manat ödəmişdir. Pul ödədikdən sonra iddiaçıdan dəyəri 85 manat olan 550 qram qızıl zinət əşyalarını istəyəndə İddiaçı qızıl zinət əşyalarını girov qoymadığını bildirməklə ondan əlavə sələm pul tələb etməyə başlamışdır. Qızıl zinət əşyalarını verməkdən imtina etmişdir. İddiaçı ona 27.500 manat pul verməsi və oqdan 57.500 manat pul alması faktını təsdiq edən 02 ədəd CD disk vardır. Həmin telefon danışıqlarında İddiaçı onun ona verdiyi qızıl zinət əşyalarını və ondan götürdüyü sələminə pulun məbləğini və ona verdiyi pulları etiraf etmişdir. O, dəfələrlə ona aid olan qızıl-zinət əşyalarını İddiaçı tələb etsə də, sonuncu qaytarmaqdan imtina etmişdir. Ona aid olan qızıl-zinət əşyalarını İddiaçı məhkəmə qaydasında alınıb ona qaytarılmalıdır. Ona aid olan qızıl-zinət əşyaları:

1. 1 ədəd 1989-cu ildə alınmış Rusiya istehsalı reket sep saat 583 əyar 110 qr – 11.600 manat;

2. 2 ədəd 1990-cı ildə alınan Rusiya istehsalı qızıl sep 583 əyar, hər biri 30 qram, ümumi 60 qram – 5000 manat;

3. 1 ədəd 1991-ci ildə alınan Rusiya istehsalı olan Luç istehsal kişi qızıl saat qolbağı ilə birlikdə 583 əyar 50 qram – 4500 manat;

4. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan kimi qızıl saatı qolbağı ilə 750 əyar 50 qram – 8500 manat;

5. 1 ədəd 1990-cı ildə alınmış İtaliya istehsalı olan Bismark qızıl kişi boyunbağı 750 əyar 49,9 qram – 6500 manat;

6. 1 ədəd 1990-cı ildə alınmış İtaliya istehsalı olan Qızıl Birsmark qadın qolbağı 750 əyar 23,9 qram – 5500 manat;

7. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan qızıl qadın boyunbağı 750 əyar 6.2 qram – 2200 manat;

8. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan 8 ədəd brilyant qaşlı qadın üzüyü qızılı 750 əyar brilyant 1,2 karat 3,9 qram – 4500 manat;

9. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan qızıl Tissot kişi saatı 750 əyar 5 qram – 1.000 manat;

10. 1 ədəd 1991-ci ildə alınmış Rusiya İstehsalı olan 16 qaşlı (hər qaşı 2 sot) brilyant qadın qolbağı 750 əyar 19,9 qram qızılı 3,2 karat brilyantı – 11.000 manat;

11. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan nişan üçüyü 6 qaşlı brilyantı (hər qaşı 0,5 sot) 750 əyar 3 qram qızılı 30 sot brilyantı 800 manat;

12. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan nişan üzüyü 6 qram 750 əyar – 500 manat;

13. 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan kulon 3 qaşlı brilyant (hər bir qaşı 2,5 sot) 750 əyar 6 qram qızılı 7,5 sot brilyantı – 1000 manat;

14. 1 ədəd 1991-ci ildə alınmış Rusiya istehsalı olan brilyant və sapfir qaşlı sırğa dəsti 12 qaş brilyant 2 ədəd sapfir qaş 585 əyar brilyantı 2 sot, qızılı 12 qram – 2500 manat;

15. 1 ədəd 1991-ci ildə alınmış Rusiyada istehsal olunan qızıl yaqut qaşlı sırğa dəsti 583 əyar 4 qram – 5.00 manat;

16. 3 ədəd 1991-ci ildə alınmış Rusiyada istehsal olunan traktor qadın sepi hər biri 50 qram, ümumi 150 qram 583 əyar – 16.500 manat; Qızıl zinət əşyalarının və ya pul ekvivalentində dəyəri cəmi 82.100 manat məbləğində pul tutulub ona verilməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ona aid olan: 1 ədəd 1989-cu ildə alınmış Rusiya istehsalı reket sep saat 583 əyar 110 qr – 11.600 manat; 2 ədəd 1990-cı ildə alınan Rusiya istehsalı qızıl sep 583 əyar, hər biri 30 qram, ümumi 60 qram – 5000 manat; 1 ədəd 1991-ci ildə alınan Rusiya istehsalı olan Luç istehsal kişi qızıl saat qolbağı ilə birlikdə 583 əyar 50 qram – 4500 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan kimi qızıl saatı qolbağı ilə 750 əyar 50 qram – 8500 manat; 1 ədəd 1990-cı ildə alınmış İtaliya istehsalı olan Bismark qızıl kişi boyunbağı 750 əyar 49,9 qram – 6500 manat; 1 ədəd 1990-cı ildə alınmış İtaliya istehsalı olan Qızıl Birsmark qadın qolbağı 750 əyar 23,9 qram – 5500 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan qızıl qadın boyunbağı 750 əyar 6.2 qram – 2200 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan 8 ədəd brilyant qaşlı qadın üzüyü qızılı 750 əyar brilyant 1,2 karat 3,9 qram – 4500 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan qızıl Tissot kişi saatı 750 əyar 5 qram – 1.000 manat; 1 ədəd 1991-ci ildə alınmış Rusiya İstehsalı olan 16 qaşlı (hər qaşı 2 sot) brilyant qadın qolbağı 750 əyar 19,9 qram qızılı 3,2 karat brilyantı – 11.000 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan nişan üçüyü 6 qaşlı brilyantı (hər qaşı 0,5 sot) 750 əyar 3 qram qızılı 30 sot brilyantı 800 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan nişan üzüyü 6 qram 750 əyar – 500 manat; 1 ədəd 1991-ci ildə alınmış İtaliya istehsalı olan kulon 3 qaşlı brilyant (hər bir qaşı 2,5 sot) 750 əyar 6 qram qızılı 7,5 sot brilyantı – 1000 manat; 1 ədəd 1991-ci ildə alınmış Rusiya istehsalı olan brilyant və sapfir qaşlı sırğa dəsti 12 qaş brilyant 2 ədəd sapfir qaş 585 əyar brilyantı 2 sot, qızılı 12 qram – 2500 manat; 1 ədəd 1991-ci ildə alınmış Rusiyada istehsal olunan qızıl yaqut qaşlı sırğa dəsti 583 əyar 4 qram – 5.00 manat; 3 ədəd 1991-ci ildə alınmış Rusiyada istehsal olunan traktor qadın sepi hər biri 50 qram, ümumi 150 qram 583 əyar – 16.500 manat qızıl zinət əşyalarının və ya pul ekvivalentində dəyəri cəmi 82.100 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini, İddiaçı Nəsir qızı barəsində xüsusi qərardad çıxarıb Səbail rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini,qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində tələb olunan qızıl-zinət əşyalarının İddiaçı verilməsi hər hansı sübutla təsdiq olunmur. Bu hal istintaqda da araşdırılmış, cavabdeh tərəfindən guya İddiaçı tərəfindən qəbul edilməsinə dair sənəd ekspertizadan keçirilmiş və müəyyən edilmişdir ki, həmin sənəd saxtadır. Qızıl-zinət əşyalarının ortalığa atılması və bununla bağlı tələb irəli sürülməsi cavabdehin iddiaçıya olan borcunu ödəməklə əlaqədardır. Qarşılıqlı iddia ərizəsində 3-cü şəxs kimi göstərilən şəxslər iş üzrə maraqlı şəxslərdir və qərəzlidirlər. Onların izahatları hesab edir ki, sübut kimi qəbul edilə bilməz. 2018-ci ildə cavabdehə bir dəfəyə 50000 manat borc pul verilmiş, həmin vaxtadək 2014-2015-ci illərdə də iddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, həmin borc təxminən 35-40 min manat olmuşdur. Həmin məbləğdən yalnız 8000 manat qaytarılmışdır. İlkin iddia tələbində həmin illər ərzində verilən borcun qaytarılmayan hissəsinə dair tələb ona görə irəli sürülməmişdir ki, bununla bağlı yazılı sübut mövcud olmamışdır. Lakin cavabdeh şəxsən özü 27500 manat borcun həmin illər ərzində iddiaçıdan almasını etiraf etdiyindən, tələbin həcmini artırmışdır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh həmçinin izahatında göstərmişdir ki, iddiaçı iddia edir ki ,guya 2018-ci ildə şalban biznesinə qoşulmaq üçün ona 50000 manat pul vermişdir. Lakin 2018-ci ildə o hər hansı məbləğdə pulu borc kimi iddiaçıdan almamışdır. İddiaçı faizə pul verən şəxs olmuşdur və o da dəfələrlə iddiaçıdan faizə pul götürmüşdür. 2015- 2016-cı illər ərzində müxtəlif vaxtlarda həqiqətən iddiaçıdan faizə borc pul götürmüşdür və götürdüyü pulun ümumi məbləği 27500 manat təşkil etmişdir. Götürdüyü həmin pul müqabilində iddiaçıya 550 qram qızıl-zinət əşyaları vermişdir. 2018-ci ilin yazında Sultan xanım ağır xəstə olmuşdur, həmin vaxtı əsas borc kimi onun Sultan xanıma 27500 manat borcu qalmışdır. Həmin vaxtadək faizləri qaytarmışdır, Sultan xanım təkid etmişdir ki, ona olan borcu yazılı surətdə tərtib edib ona təqdim etsin və bildirmişdir ki, 27500 manat əsas borc və faiz borcu ilə birlikdə onun ödəməli olduğu pul 50000 manat təşkil edir. Həmin tarixdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzi tərtib edib imzalamışdır. 2019-cu ilin mart ayına qədər isə bütün borcları qaytarmışdır. Qaytardığı pul məbləği 57500 manat təşkil etmişdir. Yəni götürdüyü 27500 manat borca görə 57500 manat ödəniş etmişdir, bununla da onun iddiaçı qarşısında hər hansı borcu qalmamışdır. Lakin iddiaçı borca görə ondan aldığı qızılları bu günədək qaytarmamışdır. Ona görə də ilkin iddia tam əsassızdır. Qarşılıqlı iddiası isə əsaslıdır. Məhkəmə iclasında qarşılıqlı iddiada 3-cü şəxs kimi göstərilmiş X3 izahatında göstərmişdir ki, Vilayət onun dayısı oğludur. İddiaçı ilə Vilayətgilə gedib-gələrkən tanış olmuşdur. 2015-ci ildə ona 10000 manat pul lazım olmuş, bu məqsədlə sələmə pul verən İddiaçı borc istəmiş, o bunun əvəzində qızıl-zinət əşyalarının girov qoyulmasını tələb etmiş, cəmi çəkisi 280 qram qızıl-zinət əşyaları vermiş, həmin əşyalar Vilayətə məxsus olmuşdur. O borcu qaytarsa da, Sultan qızılları ona qaytarmamışdır. İddiaçı Vilayətə də borc pul vermişdir və Vilayət həmin borcu qaytarmışdır. Məhkəmə iclasında qarşılıqlı iddiada 3-cü şəxs kimi göstərilmiş X4 izahatında göstərmişdir ki, o Vilayətlə qonşuluqda yaşayır. İddiaçı sələmçi kimi tanıyır. O da İddiaçı sələmə pul götürmüşdür. Eşitmişdir ki, Vilayətin Sultanda qızılı var, bu qızılı ondan sələmə götürdüyü pul əvəzinə girov qoymuşdur və qızılları qaytarmır. Məhkəmə iclasında qarşılıqlı iddiada 3-cü şəxs kimi göstərilmiş X9 izahatında göstərmişdir ki, o Vilayətin bacısıdır. İddiaçı 80-ci illərdən uşaq baxçasında işlədiyi vaxtdan tanıyır. Evlərə gedib gəlmişlər. X7 evində tanış olmuşdur. Vilayətə pul lazım olduğu üçün qızıl əşyaları qoyub Sultandan borc pul götürmüşdü. Götürdüyü borc 50000 manat olmuş və həmin borc hissə-hissə Vilayətə verilmişdir. Vilayət götürdüyü borcu artıqlaması ilə qaytarmışdır, lakin Sultan qızılları verdikdən imtina edir. 2018-ci ildə Sultan Vilayətə pul verməyib. Məhkəmə iclasında qarşılıqlı iddiada 3-cü şəxs kimi göstərilmiş X17 izahatında göstərmişdir ki, o İddiaçı keçmiş kürəkənidir. 2011-ci ildə onun qızı ilə ailə qurmuş və 2020-ci ildə boşanmışlar. Keçmiş qaynanası sələmə müxtəlif şəxslərə pul vermişdir, həqiqətən Cavabdeh də İddiaçı borc pul almış, O İddiaçı Vilayətə verilən borcun nə qədər olmasını soruşduqda ona demişdir ki, Vilayət ondan 27 min borc pul götürmüşdür və 50 min manat qaytaracaqdır. Şəxsən onun yanında 2018-ci ildə Vilaytə tərəfindən 10000 ABŞ dolları 9 min bir və 6 min, ümumilikdə isə 32000 manat pul ödənilmişdir. Sultanın faizə pul verdiyi şəxslərdən pulun tələb edilməsindən ondan istifadə etmişlər. Bundan başqa onun yanında Sultana 500 manat, 1500 manat və 1000 ABŞ dolları da pul qaytarılmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, Vilayət onun qonşusudur. Sultanı tanıyır. Bilir ki, Vilayət qızıl girov qoyub Sultandan pul götürmüşdür. Hazırda Vilayət borcu qaytarmış, Sultan isə qızılları qaytarmır. Pulun və qızılın verilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, Vilayət onun dostudur, Sultanı tanıyır. 2016-2017-ci illərdə Vilayətin yanına bir nəfər şəxsin gəlib pul tələb etməsini görmüş, həmin şəxs Sultanın kürəkəni Elman olmuşdur. Vilayət ona bildirmişdir ki, Sultandan borc pul götürmüşdür. Götürdüyü pula görə 530-540 qram qızılı girov qoymuşdur. Vilaytə demişdir ki, borcu qaytarsa da, Sultan qızılları ona qaytarmır. Aldığı borcdan qaytarılan pulun bir dəfə verilməsinin şahidi olmuşdur. İddiaçı tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə yazılı vəsatət verilmişdir. İş üzrə Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, X5 20.04.2018-ci il tarixdə 50.000 (əlli min) manat borc almış, 20.04.2019-cu il tarixdə qaytaracaqdır. İş üzrə Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin 01.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı əməlində cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, istintaq zamanı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 50.000 manat məbləğində borc pul götürmüş, həmin borc 2010-2015-ci illəri əks etdirmişdir. Bundan başqa, Cavabdeh izahatında İddiaçı götürdüyü 27.500 manat pulun müqabilində sonuncuya 280 qram çəkidə qızıl-zinət əşyalarını girov qoymasını bildirmiş və İddiaçı ondan qızıl-zinət əşyalarını təhvil alarkən yazdığı qızıl əşyalarının siyahısını təqdim etmişdir. Lakin məhkəmə-xətşünaslıq ekspertizasının 12.04.2021-ci il tarixli 4/280 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, qeyd kitabçası vərəqinin üzərində olan “peket cep 49,9 peket qollbaq 23,0 cep- 6,2 yzuk 9-qaş-3,9 caat -5 q qolbaq 19,4 hbylçaln yzuk tək qaş 6 q-3m klon – 6 q 3 m cırqa j 6 q – m cırpqa- 4 q-4 m” yazılar ehtimal ki, İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə materialara əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh 20.04.2018-ci il tarixdə İddiaçı 50.000 manat pulu borc almasını həmin borcu isə 20.04.2019-cu il tarixdə qaytaracağını göstərmişdir. Həmin qəbzdən və İddiaçı da izahatından görünür ki, Cavabdeh ondan 20.04.2018-ci il tarixdə 50.000 manat pulu borc almış və 20.04.2019-cu il tarixdə tam qaytaracağına söz vermişdir. Cavabdeh həmin qəbzi İddiaçı xahişi ilə yazması inandırıcı deyil. Beləliklə araşdırma ilə İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını ələ keçirməsi sübuta yetirilməmişdir. Lakin 25.02.2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı 01 ədəd “Tissot” markalı qızıl saatı, 03 ədəd qızıl üzüyü, 02 cüt qızıl sırğanı, 01 ədəd klonu, 03 ədəd boyunbağını, 01 ədəd qolbağı istisntaq orqanına baxış üçün təqdim etmişdir. O, həmin əşyaların Rəhimova Zemfiraya məxsus olmasını etiraf etmiş, qızılzinət əşyalarını Zemfira ilə aralarında olan sövdələşməyə əsasən girov götürməsini bildirmişdir. Hazırki iş materiallarından görünür ki, İddiaçı X1 girov kimi aldığı ümumilikdə 270 qram qızıl zinət əşyalarının müqabilində 8000 manat pul 2000 ABŞ dolları vermişdir. Aralarında olan razılaşmaya əsasən pul ödənildikdən sonra qızıl-zinət əşyaları geri qaytarılacaqdı. İddiaçı özü də PŞ-nə ünvanlandığı ərizəsində göstərmişdir ki, X3 onun borcunu qaytarmır, nə də özünə məxsus qızılzinət əşyalarını təhvil almır. Yəni burada hər iki şəxs arasında razılaşma olmuşdur. Hal-hazırda Zemfira Rəhimovanın onu 6000 manat və 2000 ABŞ dolları borcu var. İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər sakini Cavabdeh 2010-cu il tarixdən 2015-ci il tarixə olan müddət ərzində Şirvan şəhər sakini İddiaçı əvvəllər hissə-hissə 50000 manat borc pul götürmüş, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı 32.500 manat pul ödəmişdir. Hazırda onun həmin borcdan 17.500 manat borcu vardır. Bundan başqa, o, 20.04.2018-ci il tarixdə İddiaçı 50.000 manat pulu 20.04.2019-cu il tarixə qədər olan müddət ərzində tam şəkildə ödəmək şərti ilə borc almış, həmin borcdan heç bir ödəniş etməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı, Cavabdeh və qeyrilərinə aralarında yaranmış məsələ mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır.,Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, X6 2015-ci il tarixdə qohumu Cavabdeh 45000 manat dəyərində 270 qram çəkidə qızıl zinət əşyalarını (1 ədəd “Tissot” markalı qızıl saatı, 03 ədəd qızıl üzüyü, 02 cüt qızıl sırğanı ,01 ədəd klonu, 03 ədəd boyunbağını, 01 ədəd qolbağı) sonuncudan alaraq İddiaçı verməklə ondan ümumilikdə 8000 manat pul 2000 ABŞ dolları pul götürmüqş, həmin puldan cəmi 2000 manat ödəmiş, hazırda İddiaçı 6000 manat və 2000 ABŞ dolları borcu var. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh verilmiş borc pulun əvəzi kimi cəmi 77500 manat və borcun vaxtında qaytarılmamasına görə 5000 manat pulun tutulmasını xahiş edir. 50000 manat borcu iddiaçı cavabdeh tərəfindən verilmiş yazılı iltizama istinad edərək, 27500 manat borcu isə cavabdehin özünün etirafına əsasən tələb edir. Qarşılıqlı iddia tələbindən görünür ki, Cavabdeh İddiaçı cəmi dəyəri 82100 manat təşkil edən qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edir. Qızıl-zinət əşyalarının İddiaçı tərəfindən götürülməsi faktını Cavabdeh telefon danışıqlarına əsasən 2 ədəd CD diskə istinad edərək tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair müxtəlif vaxtlarda şifahi qaydada müqavilələr bağlanılmışdır. İlkin iddia tələbi üzrə Cavabdeh götürdüyü borc pulların qaytarılmasını, İddiaçı isə həmin pulların tam qaytarılmamasını iddia edir. İş materiallarından olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, tərəflər arasında hazırki mübahisə predmeti olan borcun verilməsi ilə bağlı yaranmış mübahisə dəfələrlə istintaq orqanı tərəfindən araşdırılmışdır. Cavabdeh İddiaçı əməlində cinayət tərkibinin olması ilə bağlı polis orqanlarına ona məxsus qızıl-zinət əşyalarının İddiaçı tərəfindən ələ keçirilməsini və hədə-qorxu yolu ilə alınan 30000 manat pulun geri qaytarılmaması barədə şikayətlər vermişdir. Şirvan şəhər polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi Əlihüseyn Tağızadə tərəfindən aparılmış araşdırma nəticəsində 01.06.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün yaranmış mübahisənin mülki xarakter daşıması bildirilmiş və şikayətçilərə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 01.06.2021-ci il tarixli qərardan görünür ki, istintaq orqanı tərəfindən həm İddiaçı, həm Cavabdeh dindirilmiş, onlar tərəfindən təqdim edilmiş sübutlar araşdırılmış, iş üzrə ekspertiza təyin edilmiş və təqdim edilmiş sübutlar əsasında İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını ələ keçirməsi faktı sübuta yetirilməmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 2010-cu ildən 2015-ci il tarixə olan müddət ərzində İddiaçı əvvəllər hissə-hissə 50000 manat borc pul götürmüş və müxtəlif vaxtlarda İddiaçı 32500 manat pul qaytarmışdır. Hazırda onun İddiaçı həmin borcdan 17500 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh tərəfindən yazılmış və sübut növü kimi məhkəməyə təqdim edilmiş iltizamın Cavabdeh tərəfindən İddiaçı xahişinə əsasən yazması inandırıcı hesab edilməmişdir. Eyni zamanda həmin qərardan görünür ki, istintaqa təqdim olunan 3 ədəd CD diskə baxış keçirilmiş, baxışın keçirilməsi nəticəsində 02.03.2021-ci il tarixli protokol tərtib edilmiş və səs yazıları ilə Cavabdeh tərəfindən İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pulun alınması və qaytarılması barədə məlumatlar əksini tapmışdır. Beləliklə istintaq orqanı tərəfindən aparılmış apaşdırma nəticəsində müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə İddiaçı tərəfindən Cavabdeh 50000 manat məbləğində borc pul verilmiş və həmin borcun yalnız 32500 manat hissəsi qaytarılmışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən müəyyən olunan bu hallar preyudisial əhəmiyyətə malik olmasa da, məhkəmə iclasında da İddiaçı iddia tələblərinin tam şəkildə əsaslı olmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən Cavabdeh götürülmüş borcun yalnız 27500 manat təşkil etməsini iddia etməsi, işin faktiki halları ilə uzlaşmamışdır. Belə ki, cavabdehin özünün etiraf etdiyi kimi onun tərəfindən iddiaçıya 50 min manatdan çox pul qaytarılmış və həmin pula həm əsas borc, həm də faizlər daxildir. Məhkəmə cavabdehin bu izahatını inandırıcı qəbul etmir və hesab edir ki, Cavabdeh tərəfindən götürülmüş 27500 manat əvəzinə İddiaçı 50 mindən çox pul qaytarması ağlabatan deyil. Digər tərəfdən cavabdeh 2018-ci ildə Sultan Nəsbovaya yazılı iltizam verərək ondan 50 min borc götürməsini və həmin borcun 2019-cu ildə qaytarılması barədə öhdəlik götürməsi onu təsdiq edir ki, İddiaçı tərəfindən Cavabdeh verilən borcun ümumi məbləği məhz 50 min təşkil etmişdir. Həmin qəbzlə bağlı məhkəmə hesab edir ki, bu qəbz əlavə olaraq 50 min borcun verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında yaranmış mübahisə göründüyü kimi 2019-cu ildən sonra başlamışdır. Bu mübahisənin də başlanılmasına səbəb məhz Cavabdeh verdiyi yazılı iltizam üzrə öhdəliklərin tam yerinə yetirilməməsi olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh verilən ümumi borcun məbləği 50 min manat olmuşdur və həmin borcun yalnız 32500 manat hissəsi cavabdeh tərəfindən qaytarılmışdır. Nə iddiaçı qaytarılmayan borcun 77500 manat təşkil etməsini, nə cavabdeh iddiaçıdan götürülən 50 min manat borcun tam qaytarılmasını sübuta yetirə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh ödənilməyən qalan borcu istintaq orqanının aparıdığı araşdırma zamanı da müəyyən etdiyi məbləğ həddində, yəni 17500 manat (50000 – 32500 = 17500) olması qəbul edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi əsas borcun tutulması hissəsində qismən əsaslı hesab edilməli və yalnız 17500 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə faiz borcu kimi 5000 manat pulun Cavabdeh tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilə bilməz. AR Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin faizlərlə qaytarılması şərtləndirilsə də, faiz dərəcəsinin hansı miqdarda, hansı qaydada və şərtlərlə qaytarılmalı olması ilə bağlı hər hansı sübutlar təqdim olunmamışdır. Bu səbəbdən 50000 manat faiz borcunun tutulması barədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi ilə bağlı qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan başlanılır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2018-ci ildə cavabdeh iddiaçıya yazılı qəbz verməklə ondan götürülmüş borcun 50 min manat olmasını təsdiq etmiş və həmin borcu 2019-cu ildə qaytarılması barədə öhdəlik götürməklə faktiki olaraq müqavilə üzrə icranın vaxtını müəyyən etmişdir. 2019-cu ildə cavabdehin götürdüyü öhdəliyi tam yerinə yetirilməməsi, iddiaçının hüququnun pozulması və iddia müddətinin başlanğıcı anı hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı 2019-cu ildə başlanılmışdır və bu səbəbdən iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı iddia müddətini ötürməmişdir. AR Mülki Məcəllənin 377.1-ci maddəsinə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini qanuni və əsasıl hesab etmir. Beləliklə ilk iddia tələbi yalnız 17500 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələb təmin edilməməlidir. Qarşılıqlı iddia tələbindən görünür ki, Cavabdeh İddiaçı 82100 manat dəyərində qızıl-zinət əşyalarının və ya onun dəyərinin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının İddiaçı verilməsini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən Cavabdeh şikayəti əsasında istintaq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində və məhkəmə iclasında da təsdiq olunmuşdur ki, onun tərəfindən qarşılıqlı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının İddiaçı verilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə eyni zamanda qeyd edir ki, qarşılıqlı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən İddiaçı verilməsi eyni zamanda istintaq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da görünür ki, araşdırma nəticəsində İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını ələ keçirməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı da Cavabdeh İddiaçı götürülən pulun təminatı kimi ona qızıl-zinət əşyalarının verilməsini iddia etsə də, bu halları məhkəmə iclasında öz təsdiqini tapmamışdır . Beləliklə qarşılıqlı iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından və Cavabdeh irəli sürdüyü iddianın əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin ediməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə İddiaçı barəsində xüsusi qərardad çıxarılaraq Səbail rayon Prokurorluğuna məlumat verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ:

İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 17500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 17530 (on yeddi min beş yüz) manat məbləğində pul tutulsun. İlk iddia tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı qızıl zinət əşyalarının və ya pul ekvivalentində həmin əşyaların dəyəri olan 82.100 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar