Məhkəmə qərarları › İş №2(009)-1382/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1382/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1382/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi R.R.Cabbarlının iştirakları ilə , İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin X1rşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin X1rşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı 2019-cu ilin dekabr ayında ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin X2 Fondundan məlumat verilmişdir ki, onun xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi ilə banka 9100 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi banka yaxınlaşdıqda ona bildirilmişdir ki, guya İddiaçı xx.xx.2014-cü il tarixli 28 nömrəli kredit xətti müqaviləsi ilə 10.000 manat məbləğində kredit xətti açılmışdır; bankdan nümayəndəyə verilən məlumata əsasən 10.000 manat məbləğindəki əsas borcdan müəyyən ödəmələr həyata keçirilmiş, onların da əksər hissəsi faiz borcuna silinmişdir. Həyata keçirilmiş ödəmələrlə bağlı qəbzlərin və həmin kredit xətti müqaviləsinin təqdim olunması nümayəndə tərəfindən tələb olunsa da, həmin sənədlər təqdim olunmamışdır. Kredit xətti müqaviləsindən iddiaçının xəbərinin olmaması ilə yanaşı ona 2019-cu il dekabr ayın qədər bu borcun qaytarılması ilə bağlı heç bir müraciət olunmamışdır və iddiaçı bankın fəaliyyətdə olduğu müddət ərzində həmin bankdan plastik kartın əldə edilməsi əməliyyatından başqa heç bir əməliyyat həyata keçirməmişdir. Cavabdehin bağlanmasını iddia etdiyi kredit müqaviləsindən iddiaçının xəbəri olmadığından, yəni həmin əqdin bağlanmasında onun iradə ifadəsi olmadığından, iddiaçı və cavabdeh arasında münasibətlər hər hansı kredit münasibətləri deyil, yalnız plastik kartdan istifadə ilə bağlı mülki münasibətlər olmuşdur. İddiaçının iradə ifadəsi cavabdeh bankdan hər hansı borc (kredit) yaranmasını ehtiva etməyən plastik kart alınması olsa da, bank tərəfindən aldadılaraq, ona kredit kart müqaviləsi verildiyi iddia edilir. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə “xxxxxxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi X4 məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə ərizəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X5 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, müqavilə qanuni əsaslarla bağlanılmışdır. Onun etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Müqavilə iddiaçı tərəfindən şəxsən imzalanmışdır, ekspert rəyi ilə bu sübut olunur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə «xxxxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanılmış 28 saylı xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 25%-lə, 12 ay müddətinə 10.000 manat məbləğində kredit xətti açılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/645 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 30-cu vərəqində olan “xxxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış olan xx xxxxxxxx 2014-cü il tarixli, 28 saylı kredit xətti müqaviləsinin “Borcalan” qrafalarının qarşısındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit xətti müqaviləsi bağlanılmış və həmin kredit xətti müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 12 ay müddətinə, illik 25%-lə 10.000 məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən iddiaçı krediti hesablanmış bütün faizlərlə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun kredit xətti müqaviləsindən xəbəri olmamışdır. O, bankın fəaliyyətdə olduğu müddət ərzində həmin bankdan plastik kartın əldə edilməsi əməliyyatından başqa heç bir əməliyyat həyata keçirməmişdir. Onun iradə ifadəsi cavabdeh bankdan hər hansı borc yaranmasını ehtiva etməyən plastik kart alınması olsa da, bank tərəfindən aldadılaraq, ona kredit kart müqaviləsi verildiyi iddia edilir. Bu səbəbdən iddiaçı həmin kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2020-ci il tarixli 4/645 saylı ekspert rəyi ilə “xxxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 28 saylı kredit xətti müqaviləsinin “Borcalan” qrafalarındakı imzaların İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Yəni əqd o halda etibarsız hesab edilə bilər ki, onun bağlanmasında iştirak edən subyektlərin tərkibi qanuna uyğun olmasın, əqdin qanunla tələb olunan bağlanma formasına riayət olunmasın, əqdin bağlanmasında iradə ifadəsi olması müəyyən edilməsin və əqdin məzmunu qanunun tələblərinə zidd olsun. Mülki Məcəllənin 6-cı maddəsində müəyyənləşdirilmiş mülki qanunvericiliyin prinsipləri sırasında birbaşa nəzərdə tutulub ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Göründüyü kimi mülki hüquqların əldə edilməsi şəxsin iradəsinə və mənafeyinə uyğun olmalıdır. AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır(maddə 329.2). Qanunvericiliyin tələblərinə əsasən əqdlər yazılı və şifahi olur. Əqdin etibarlı hesab edilməsi əsaslarından biri həmin əqdi bağlayanın buna iradə ifadəsi olmasıdır. Hazırki iddia üzrə iddiaçı məhz bu əsasla çıxış edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəli predmeti olan əqd yazılı formada bağlanan kredit xətti müqaviləsidir və həmin müqavilədə iradə ifadənin olması onu bağlayan şəxs tərəfindən imzalanması ilə müəyyən edilir. AR Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsindən xəbəri olmadığını, həmin müqaviləni imzalamadığını və bununla da əqdin bağlanmasında onun iradə ifadəsinin olmamasını iddia etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli kredit müqaviləsindəki imza iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsindəki imza iddiaçıya aiddirsə, iddiaçının həmin müqavilədən xəbəri və müqavilənin bağlanmasında iradə ifadəsi olmuşdur. Beləliklə məhkəmə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaçının gətirdiyi dəlillərin təsdiq olunmaması və bununla da irəli sürülmüş tələbin əsassız olması müəyyən edildiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd olunduğu üçün iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ İddiaçı cavabdeh ləğv prosesində olan «xxxxxxxx» KB ASC-nin X1rşı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertiza xərci - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar