Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1384/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2024-cü il 21 sentyabrında Cavabdeh idarə etdiyi avtomobillə saat 08.00 radələrində, yol kənarında basdırılmış 2 ədəd qaz dirəklərinə dəyərək onun evinin darvazasının üzərinə aşırtmışdır. Bunun nəticəsində yalüz darvazası ciddi zərər görmüş və yararsız hala düşmüşdür. Hadisə olduqdan sonra cavabdeh özü evinə gəlib üzrxahlıq etmiş və tezliklə vurduğu ziyanı ödəyəcəyini bildirmişdir. Lakin 1 ay cavabdehdən xəbər çıxmamışdır. Bundan sonra o, məcbur olub Səbail rayonu 8-ci polis bölməsinə yazılı müraciət etmişdir. Cavabdeh 2 nəfər tanışı ilə darvazanın təmiri üçün material göndərmişdir. O, da ümumiyyətlə darvaza üçün yararlı keyfiyyətdə deyil. Ondan sonra da özündən bu günə kimi xəbər çıxmamışdır. 8-ci Polis Bölməsi də məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Darvazanı 2021-ci ildə 400 manata hazırlatmışdır. Hazırda ustalar ilə qiymətini maraqlanmışdır eyni ölçüdə jalüz darvazanın qiymətini 650 manatdır. Yəni o, yeni jalüz darvaza qoydurmaq üçün 650 manat xərc çəkəcək. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona vurduğu maddi zərər olan 650 manatın tam ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehdən zərər vurduğu darvazasının düzəldilməsini tələb edir. Əgər cavabdeh darvazanı əvvəlki vəziyyətinə gətirə bilməyəcəksə, 650 manat pul istəyir, çünki həmin darvazanın qiyməti hazırda 650 manatdır. Cavabdeh yalnız dəmir başlıq gətirmiş, o, isə çox hissənin zədələnməsini cavabdehə dəmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, həqiqətən xx.xx.2024-cü il tarixdə saat 07 radələrində işçisini iddiaçının evinin yerləşdiyi ərazidən götürərkən ehtiyatsızlıqdan, yəni qarşısına pişik çıxdığı üçün və onu vurmamaq üçün iddiaçının daş hasarına avtomaşın dəymişdir. Dəmir darvazanın üst hissəsi zədələnmişdir. Həmin ərazidə kamera olmadığı halda belə o, ev sahibinin qapısını döymüş, zərər yetirməsi barədə məlumat vermiş və zərərin aradan qaldırılmasını bildirmişdir. Qeyd edir ki, iddiaçının quraşdırdığı darvaza işlənmiş olmaqla 150 manat qiymətindədir. O, isə zavoddan yeni detal sifariş edərək iddiaçının evinə göndərmiş və ustanın gələrək darvazanın hissəsinin bərpa ediləcəyini, həmçinin daş hasarın yenidən bərpa ediləcəyini bildirmişdir. Lakin iddiaçı ondan tamamilə yeni darvazanın ora quraşdırılmasını tələb etmişdir. Halbuki darvazanın yalnız üst başlıq hissəsi zədələnmişdir. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassızdır və məhkəmədən onu təmin edilməməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən qonşusu Cavabdeh ilə İddiaçı arasında yaranmış mübahisəli məsələnin məişət xarakterli olmasını həmçinin qarajına dəymiş maddi ziyanla bağlı isə mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı idarə etdiyi avtomobillə qaz dirəklərinə dəyərək iddiaçının evinin jalüz darvazasına aşırtmış, bunun nəticəsində jalüz darvazası yararsız hala düşmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edilmiş, həmin orqan tərəfindən isə İddiaçı müraciətində qeyd edilən xüsusiyyət mülki xarakterli olduğu üçün ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, hadisə olduqdan sonra cavabdeh özü onun evinə gəlib üzrxahlıq etmiş və tezliklə vurduğu ziyanı ödəyəcəyini bildirmişdir. Lakin 1 ay cavabdehdən xəbər çıxmamışdır. Bundan sonra o, məcbur olub Səbail rayonu 8-ci polis bölməsinə yazılı müraciət etmişdir. Cavabdeh 2 nəfər tanışı ilə darvazanın təmiri üçün material göndərmişdir. O, da ümumiyyətlə darvaza üçün yararlı keyfiyyətdə deyil. Darvazanı 2021-ci ildə 400 manata hazırlatmışdır. Hazırda ustalar ilə qiymətini maraqlanmışdır eyni ölçüdə jalüz darvazanın qiymətini 650 manatdır. Yəni o, yeni jalüz darvaza qoydurmaq üçün 650 manat xərc çəkəcək. Bu səbəbdən iddiaçı Cavabdeh ona vurduğu maddi zərər olan 650 manatın tam ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı jalüz darvazanın təmiri üçün 650 manat məbləğində pulun tutulmasını iddia etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək və iddiaçı tərəfindən irəli sürülmüş tələblə bağlı sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, həmin tələb təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona vurduğu maddi zərər olan 650 manatın tam ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1384/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1384/2025
03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver