Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1392/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment və uşaqların xəstəliyi ilə bağlı əlavə xərc kimi hər uşağa görə 100 manat tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 26 aprel 2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, bu nikahdan iki uşaqları olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)-2572/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat və X13 3 yaşına çatanadək ona qulluğa görə 20 manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 manat olmaqla, 40 manat məbləğində aliment, cəmi 380 manat aliment onun xeyrinə tutulması qət edilmişdir. Lakin iqtisadi vəziyyəti nəzərə alaraq o, 28 mart 2023-cü il tarixdə alimentin artırılması ilə bağlı mediasiya müraciət etdi və cavabdehlə razılaşaq uşaqların saxlanılması üçün cəmi hər ay 480 manat məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq uşaqların saxlanılması üçün təyin edilən 480 manat kifayət deyil, eləcə də normal qidalanması üçün müəyyən məbləğdə vəsait tələb olunur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləği 235 manat müəyyən edildiyindən, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment və eləcə də uşaqların xəstəliyinə görə cəmi 200 manat tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş emiş, eləcə də bildirmişdir ki, onun övladlarının ikisi də xəstədir və uşaqların xəstəlikləri daim müayinə və müalicə tələb etdiyindən o,bununla bağlı əlavə xərclərə cəlb edilməlidir. Övladı xx.xx.2015-ci il təvəllüdlü X11 nevroloji pozuntu keçirib və ona görə də, özündən asılı olmayaraq altını bulayır, xx.xx.2019-cu il təvəllüdlü X13 isə autizm xəstəsidir. Hər iki uşaq onun himayəsindədir və buna görə də, özü işləyə bilmir. Uşaqların daim müalicə müayinəyə ehtiyacı vardır və bu xərcləri təkbaşına ödəmək imkanı yoxdur. Cavabdeh isə kifayət qədər imkanı olduğuna baxmayaraq, uşaqların müalicə və müayinə xərclərinin ödənilməsində, uşaqlara lazımi qayğı göstərilməsində iştirak etmək istəmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun əmək haqqısı qeyri rəsmi olaraq 800 manat təşkil edir və o, hər uşağa görə 235 manat aliment tutulmasına etiraz etmir, lakin uşaqların xəstəliyi ilə bağlı xərcin ödənilməsi hissəsində iddianı qismən qəbul edir və hər uşağa görə 50 manat xəstəlik xərcini ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bkı şəhəri Nizami rayon Məhkəməsinin 2(009)-2572/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 26 aprel 2014-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat Şöbəsində bağlanmış və 563 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 anaları X4 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat və X10 3 yaşına çatanadək ona qulluğa görə 20 manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 manat olmaqla, 40 manat məbləğində aliment, cəmi 380 manat alimentin X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli AZ-İV seriyalı 457550 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 mart 2015-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X6r. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli AZ-İV seriyalı 457549 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 07 yanvar 2019-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X6r. İş materiallarında olan AA seriyalı, 215669 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 11.07. 1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 348523 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020 ilin 03 ayının 17 günündə 89 nömrə ilə qeyd edilmişdir. Təqdim olunmuş Bakı şəhəri, “Medical Plazadan” verilmiş 02 avqust 2021-ci il tarixli, arayışından görünür ki, 07 yanvar 2019-cu il təvəllüdlü X13 həmin xəstəxanada müalicə olunmuşdur. Təqdim olunmuş Bakı şəhəri, “Medical Plazadan” verilmiş 02 avqust 2021-ci il tarixli, arayışından görünür ki, 07 yanvar 2019-cu il təvəllüdlü X13 həmin xəstəxanada ultrosonoqrafiya müayinəsindən keçirilmişdir. Bakı şəhəri, “Medical Plazadan” verilmiş 02 avqust 2021-ci il tarixli, arayışından görünür ki, 07 yanvar 2019-cu il təvəllüdlü X13 həmin xəstəxanada müayinə olunmuşdur. Təqdim olunmuş AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 3869 nömrəli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X12 “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu qoyulmuşdur. Təqdim olunmuş müalicə müəssisələrinin sənədlərdən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X13 müxtəlif vaxtlarda “X17”, Bakı 2 nömrəli X3, “X9” MMC, X7 N.P.Bexterev adına İnsan beyni institunda və başqa müalicə müəssisələrində müayinə və müalicə almışlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X13 və X11 iddiaçının himayəsindədir və uşaqların saxlanılması üçün artan tələbat Bakı şəhəri Səbaill Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X13 və X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2572/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1392/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1392/2024
17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver