Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1393/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh İddiaçı xeyrinə 1423,99 manat məbləğində xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla cəmi 1443,99 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəni onunla əsaslandırmışdır ki, kreditor "İddiaçı" MMC ilə borclu Cavabdeh arasında imzalanmış xx xxxxxxx 2016-cı il tarixli "Telekommunikasiya xidmətləri" müqaviləsinə əsasən "İddiaçı" MMC abunəçini mobil nömrə ilə təmin etməklə müvafiq telekommunikasiya xidmətləri göstərir, abunəçi isə (Cin, Klass və ya Gold abunəçisi olduğundan asılı olaraq) bu müqaviləyə və onun tərkib hissəsi olan əlavələrə uyğun olaraq göstərilən xidmətlərə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 3.2.5-ci maddəsinə əsasən abunəçi müqavilənin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında telekommunikasiya xidmətlərinə dair ödənişləri həyata keçirməlidir. Bundan əlavə tərəflər arasında imzalanmış xx xxxxxxx 2016-cı il tarixli Telekommunikasiya xidmətləri müqaviləsinə 055 *** ** ** kombinasiyalı nömrə üçün müvafiq tarif plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair A Əlavəsinə əsasən "İddiaçı" MMC abunəçiyə “İphone 6s” markalı mobil telefon cihazı verməyi, abunəçi isə həmin cihazın pulunu 1 saylı cədvəldə müəyyən edilmiş tarif üzrə, aylıq müəyyən edilmiş məbləğdə ödəmək öhdəliyini öz üzərinə götürmüşlər. Əlavənin 1.2-ci bəndinə görə tarif plan paketli mobil telefon cihazına görə, hissə-hissə ödəniş yalnız balansa yüklənmiş məbləğ vasitəsilə mümkün olacaq və ödənişlər yüklənmiş məbləğdən çıxılacaqdır. Əlavənin 4-cü bəndinə görə isə mobil telefon cihazı şirkət tətəfindən abunəçi arasında bağlanmış əlavə və bu əlavədə müvafiq qaydada edilmiş mobil telefon cihazının təhviltəslim qeydinə əsasən abunəçiyə təhvil verilir. Kreditor "İddiaçı" MMC müqavilə və müqaviləyə əlavə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, borclu üzərinə düşən öhdəlikləri pozmuş, bügünkü günə kimi mobil telefon cihazının məbləğini ödəməmişdir. xx.xx.2017-ci il tarixinə borclu Cavabdeh "İddiaçı" MMC-yə 1423,99 manat (min dörd yüz iyirmi üç manat doxsan doqquz qəpik) ödənilməmiş borcu qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-806/2018 saylı məhkəmə əmri ilə Cavabdeh İddiaçı xeyrinə 1423,99 manat məbləğində xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla cəmi 1443,99 (min dörd yüz qırx üç manat doxsan doqquz qəpik) manat məbləğində pulun tutulması əmr edilmişdir. Cavabdeh etiraz ərizəsini məhkəməyə ünvanlayaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-806/2018 saylı əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-806/2018 saylı qərardadı ilə tələbkar İddiaçı – borclu Cavabdeh qarşı «pul tələbi» barədə Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-806/2018 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 1156,99 (min yüz əlli altı manat doxsan doqquz qəpik) manat pul vəsaitinin, 110 (yüz on) manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsinə əsasən iddiaçı cavabdehə 055 *** ** ** nömrəsini təqdim edir, abunəçi isə həmin nömrədən istifadəyə görə abunə haqqı və danışıq xərclərini ödəməlidir. Bundan əlavə, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan A saylı əlavəyə görə "İddiaçı" MMC abunəçiyə "İphone 6S" markalı mobil telefon təqdim edir, mobil telefonun ilkin satış qiyməti 1464 manat müəyyən edilir və aylqı məbləği balansa yükləmək yolu ilə ödənilər həyata keçirilməli idi. Hal-hazırda cavabdehin iddiaçıya olan borcu 1156,99 (min yüz əlli altı manat doxsan doqquz qəpik) manat təşkil edir. Bundan başqa, iddiaçı "İddiaçı" MMC hüquqlarını məhkəmədə müdafiə etmək üçün 21 saylı Vəkil bürosuna müraciət edərək vəkil kimi onunla xx xxxx 2020-ci il tarixli 207 saylı müqavilə bağlamış və xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 110 (yüz on) manat pul ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 2014-2015-ci illərdə işi ilə əlaqədar xarici dövlət şirkətləri ilə çox əlaqə saxladığından hər ay yüksək məbləğdə İddiaçı fakturalı danışıq kartından istifadə etmişdir. Buna görə “xxxxxx” MMC-nin əməkdaşları onu yığaraq “danışıq kartından çox istifadəyə görə ona “İphone 6S” markalı mobil telefon qazandığını, “zəhmət olmasa baş ofisə yaxınlaşaraq uduşu götürməsini” bildirmişlər. O, da İddiaçı MMC-yə yaxınlaşmış və orada ona müqavilə imzalatmışdır. Müqavilənin danışıq kartından çoxlu istifadə müqabilində “İphone 6S” mobil telefonunun təqdimatı ilə bağlı olduğunu bildirmişlər. O, mobil telefonu götürüb evə gəlmiş və telefonu normal şəkildə uzun müddət istifadə etmişdir. O, daha sonra yeni işə girmiş və yeni işi ilə əlaqədar artıq İddiaçı nömrəsini istifadə etməmişdir. 2019-cu ildə “xxxxxxxxxxxxxxxxxxx” MMC-də işə daxil olmuş, bir müddət işlədikdən sonra iş yerinə Səbail rayon İcra və Probasiya Şöbəsindən “əmək haqqından tutulma” ilə bağlı məktub gəlmişdir. Bu vaxta qədər onun məhkəmə və bu işdən xəbəri olmamışdır. Bu məktubu əldə etdikdən sonra ona İddiaçı MMC ***-***-**-** nömrə üçün müvafiq tarif paketi hesablandığı, bunun əsasında ona “İphone 6S” mobil telefonu verildiyi və həmin mobil telefonun qiymətinin ***-***-**-** nömrəsinə onun hər ay ödədiyi danışıq kartı əvəzi kimi çıxılacağı məlum olmuşdur. O, da yeni işi ilə əlaqədar İddiaçı nömrəsindən istifadə etmədiyi və ona danışıq kartı yükləmədiyi üçün borc hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan "İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, PC ******* nömrəli "Telekommunikasiya xidmətləri" müqaviləsindən görünür ki, "İddiaçı" MMC abunəçini mobil nömrə ilə təmin etməklə müvafiq telekommunikasiya xidmətləri göstərir, abunəçi isə (Cin, Klass və ya Gold abunəçisi olduğundan asılı olaraq) bu müqaviləyə və onun tərkib hissəsi olan əlavələrə uyğun olaraq göstərilən xidmətlərə görə müvafiq ödənişləri həyata keçirir. Həmin müqavilənin 3.2.5-ci maddəsinə əsasən abunəçi müqavilənin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında telekommunikasiya xidmətlərinə dair ödənişləri həyata keçirməlidir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, "İddiaçı" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan A saylı əlavəyə görə 1156,99 (min yüz əlli altı manat 99 qəpik) borcu vardır. Həmin borcun 976 (doqquz yüz yetmiş altı) manat mobil telefona görə ödənilməli məbləğ, 95,59 (doxsan beş manat 59 qəpik) manatı aylıq abunə haqqıya görə yaranmış borc, 85,40 (səksən beş manat qırx qəpik) manatı ödənişləri gecikdirməsinə görə cərimə məbləğidir. Belə ki, abunəçi Cavabdeh aylıq 167 manat ödəniş etməli, həmin məbləğin 122 manatı telefona görə, 45 manatı isə aylıq abunə haqqı olmalı idi. Göründüyü kimi abunəçi telefona görə ödənilməli olan aylıq 122 manatın 4 ayını ödəmiş buna görə də telefona görə borcu 976 manat (1464-488=976) manat təşkil edir. Bundan əlavə aylıq abunə haqqıya görə yaranmış borc 95,59 (doxsan beş manat əlli doqquz qəpik) və tərəflər arasında imzalanmış müqavilənin 5.2-ci bəndinə görə cərimə borcu 85,40 (səksən beş manat qırx qəpik) təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci ödəniş tapşırığından görünür ki, "İddiaçı" MMC Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 110 manat məbləğində ödəniş etmişdir. İş materialları ilə müəyyən olunur ki,"İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, PC ******* nömrəli "Telekommunikasiya xidmətləri" müqaviləsinə əsasən "İddiaçı" MMC abunəçini mobil nömrə ilə təmin etməklə müvafiq telekommunikasiya xidmətləri göstərir, abunəçi isə (Cin, Klass və ya Gold abunəçisi olduğundan asılı olaraq) bu müqaviləyə və onun tərkib hissəsi olan əlavələrə uyğun olaraq göstərilən xidmətlərə görə müvafiq ödənişləri həyata keçirir, "İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli “Telekommunikasiya xidmətləri” müqaviləsinə 055 *** ** ** kombinasiyalı nömrə üçün müvafiq tarif plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair A saylı əlavəyə əsasən "İddiaçı" MMC abunəçi Cavabdeh “İphone 6s” markalı mobil telefon cihazı vermək, abunəçi isə həmin cihazın pulunu 1 saylı cədvəldə müəyyən edilmiş tarif üzrə, aylıq müəyyən edilmiş məbləğdə ödəmək öhdəliyini öz üzərlərinə götürmüşlər, xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən "İddiaçı" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan A saylı əlavəyə görə 1156,99 (min yüz əlli altı manat 99 qəpik) borcu vardır. Bundan əlavə aylıq abunə haqqıya görə yaranmış borc 95,59 (doxsan beş manat əlli doqquz qəpik) və tərəflər arasında imzalanmış müqavilənin 5.2-ci bəndinə görə cərimə borcu 85,40 (səksən beş manat qırx qəpik) təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.2.4-cü maddəsinə əsasən, operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçinin vəzifəsidir. İş materiallarında olan "İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli “Telekommunikasiya xidmətləri” müqaviləsinə 055 *** ** ** kombinasiyalı nömrə üçün müvafiq tarif plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair A saylı əlavədən görünür ki, "İddiaçı" MMC abunəçi Cavabdeh “İphone 6s” markalı mobil telefon cihazı vermək, abunəçi isə həmin cihazın pulunu 1 saylı cədvəldə müəyyən edilmiş tarif üzrə, aylıq müəyyən edilmiş məbləğdə ödəmək öhdəliyini öz üzərlərinə götürmüşlər. Həmin əlavənin 1.2-ci bəndinə görə tarif plan paketli mobil telefon cihazına görə, hissə-hissə ödəniş yalnız balansa yüklənmiş məbləğ vasitəsilə mümkün olacaq və ödənişlər yüklənmiş məbləğdən çıxılacaqdır. Həmin əlavənin 4-cü bəndinə görə isə mobil telefon cihazı şirkət tətəfindən abunəçi arasında bağlanmış əlavə və bu əlavədə müvafiq qaydada edilmiş mobil telefon cihazının təhvil-təslim qeydinə əsasən abunəçiyə təhvil verilir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış telekomunikasiya xidməti müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh 976 (doqquz yüz yetmiş altı) manat mobil telefona görə ödənilməli məbləğ, 95,59 (doxsan beş manat əlli doqquz qəpik) manatı aylıq abunə haqqına görə yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilə üzrə tələb edilən 85,40 (səksən beş manat qırx qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilədən irəli gələn 976 (doqquz yüz yetmiş altı) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilə üzrə “85,40 (səksən beş manat qırx qəpik) manat cərimə pulunun azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. (MPM-121.1) Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının məhkəmədə hüquqlarının müdafiəsi üçün iddiaçı tərəfindən ödənilmiş 110 manat hüquqi xidmət haqqının 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 40 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 976 (doqquz yüz yetmiş altı) manat mobil telefona görə ödənilməli borc, 95,59 (doxsan beş manat əlli doqquz qəpik) manatı aylıq abunə haqqıya görə yaranmış borc, 10 (on) manat cərimə borcu, ümumilikdə 1081,59 (bir min səksən bir manat əlli doqquz qəpik), ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi və hüquqi xidmət haqqının 70 (yetmiş) manat hissəsi olmaqla cəmi 1166,59 (bir min yüz altmış altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 976 (doqquz yüz yetmiş altı) manat mobil telefona görə ödənilməli borc, 95,59 (doxsan beş manat əlli doqquz qəpik) manat aylıq abunə haqqına görə yaranmış borc, 10 (on) manat cərimə borcu, ümumilikdə 1081,59 (bir min səksən bir manat əlli doqquz qəpik), ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi və hüquqi xidmət haqqının 70 (yetmiş) manat hissəsi olmaqla cəmi 1166,59 (bir min yüz altmış altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1393/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1393/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver