Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-14/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə, Cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 X5 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X4 – cavabdehlər Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin, ipoteka müqavilələrin etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, yüklülüyə dair çıxarışın ləğvi və mülkiyyət hüquqlarının bərpası” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu – cavabdehlər Cavabdeh1 X5 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.09.2014-cü il tarixli, 30 nömrəli kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas borc, 236111,17 (iki yüz otuz altı min yüz on bir min manat on yeddi qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu, 178333,33 (yüz yetmiş səkkiz min üç yüz otuz üç manat, otuz üç qəpik) manat kredit üzrə müddət bitdikdən X2 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 13.11.2014-cü il tarixli, 46 nömrəli kredit müqaviləsi üzrə 2 000.000 (iki milyon) manat əsas borc, 254000,07 (iki yüz əlli dörd min manat, yeddi qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 267500 (iki yüz altmış yeddi min beş yüz) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə 4935944,57 (dörd milyon doqquz yüz otuz beş min doqquz yüz qırx dörd manat, əlli yeddi qəpik) manat borcun, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində xidmət haqqı və 10 (on) manat rüsumun cavabdehlərdən tutularaq ləğv prosesində olan "xxxx" KB ASCyə ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 22 ünvanında yerləşən 20 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh1 X4 ləğv prosesində olan "xxxx" KB ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakın boşaldılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli, 30 nömrəli Kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 12 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, 13.11.2014-cü il tarixli, 46 nömrəli Kredit müqaviləsinə əsasən, cavabdehə 24 (iyimri dörd) ay müddətinə, illik 12% dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 22 ünvanında yerləşən 20 nömrəli mənzil "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzilin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında 30.09.2014-cü il tarixli ipoteka müqaviləsi və 13.11.2014-cü il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələri üzrə borc alan Cavabdeh1 X7 hər ay Banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Hazırda 11.07.2019-cu il tarixə Cavabdeh1 X4 30.09.2014-cü il tarixli, 30 nömrəli kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas borc, 236111,17 (iki yüz otuz altı min yüz on bir min manat on yeddi qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu, 178333,33 (yüz yetmiş səkkiz min üç yüz otuz üç manat, otuz üç qəpik) manat kredit üzrə müddət bitdikdən X2 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 13.11.2014-cü il tarixli, 46 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 (iki milyon) manat əsas borc, 254000,07 (iki yüz əlli dörd min manat, yeddi qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 267500 (iki yüz altmış yeddi min beş yüz) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə 4935944,57 (dörd milyon doqquz yüz otuz beş min doqquz yüz qırx dörd manat, əlli yeddi qəpik) manat məbləğində borcu vardır. Eyni zamanda Cavabdeh1 X7 və onun direktoru Cavabdeh2 Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “kredit, ipoteka müqavilələrinin ləğv edilməsi, mənzilin ipotekadan azad edilməsi, yüklülüyə dair çıxarışın ləğvi və mülkiyyət hüqüqlarının bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi, 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi və Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin ipotekaya qoyulmasına dair eyni tarixli ipoteka müqavilələrinin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin üzərindən ipoteka yüklülüyü götürülərək (ləğv edilərək) bu barədə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 12.04.2011-ci il tarixdə qeydiyyata alınmış ******* saylı çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar tərəfindən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən nə 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi üzrə ******* (iki milyon) manat, nə də 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi üzrə ******* (iki milyon) manat pul götürülməmiş, bu müqavilələr həmin bankın rəhbərliyi tərəfindən görünüş üçün, özlərinə lazım olduğu qaydada formal olaraq bağlanmış müqavilələrdir. Bu fakt məhkəməyə təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2, 313-cü maddələri ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2ci maddələri ilə təqsirləndirilmələrinə dair 05.07.2018-ci il tarixli 1(101)-233/2018 saylı hökmü ilə də təsdiq edilir. Həmin hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Niyazi Vəliyevin 17.11.2008-ci ildən 23.05.2016-cı il tarixədək "xxxx" ASC-nin İdarə heyətinin sədri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etməsi məqsədi ilə ... hökmdə sadalanan müəyyən məqsədlər üçün öz qulluq səlahiyyətlərinə, qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib X17 Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozaraq bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün sair şəxsi niyyətlə bilə-bilə rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi ilə bankın fəaliyyəti üçün tələb olunan vəsaitin 28782000 manatının kapital qoyuluşu kimi formal olaraq kassaya Bankın səhmdarlarının adından, ... o cümlədən Cavabdeh1 X4 direktoru Cavabdeh2 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi üzrə ******* manat, nə də 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi üzrə ******* manat məbləğində kreditlərin qanunsuz rəsmiləşdirilməsi ilə saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından gələcəkdə müştərilə qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, həmin dövr üçün 28 fiziki və hüquqi şəxsə 36 depozit müqavilələrinə görə ümumilikdə 868097 manat, Sahibkarlığa Kömək Milli Fonduna əsas borc üzrə 25.508.080 manat, faiz borcu üzrə 181.070 manat olmaqla cəmi 26.557.247 manat zərərin yaranması və "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə o cümlədən dövlətin bank sisteminin dayanıqlığı və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində apardığı təlbirləri kölgə altına alan qeyd olunan hərəkətləri ilə onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olması və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətməsi tam sübut olunur. Hökmdən görünür ki, 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi, həmin tarixli ipoteka müqaviləsi, 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi və həmin tarixli sonrakı ipoteka müqaviləsi cinayət işinin materiallarında saxlanılmışdır. Göründüyü kimi, onlara qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur və iddiada qeyd edilən müqavilələrin saxta olmasına dair məhkəmənin hökmü mövcuddur. Belə olan halda isə 30.09.2014-cü il tarixli 30 nömrəli və 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqavilələri, eyni zamanda həmin tarixli ipoteka müqavilələri saxta olduqları üçün ləğv edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 12.04.2011-ci il tarixdə qeydiyyata alınmış ******* saylı çıxarışından görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzili "xxxx" KB ASC ilə bağlanmış 29.03.2011-ci il tarixli kredit müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə üzrə öhdəlikləri çoxdan yerinə yetirsə də, hazırki vaxta kimi Bankın həmin əmlakının yüklülükdən azad edilməsi üçün müvafiq tədbirlər görməməsinin səbəbləri ona məlum deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-46/2021 nömrəli, 26.10.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi, 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi və Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin ipotekaya qoyulmasına dair eyni tarixli ipoteka müqavilələrinin ləğv edilməsi” hissəsi icraata qəbul edilmiş, qarşılıqlı iddia ərizəsinin “Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin üzərindən ipoteka yüklülüyü götürülərək (ləğv edilərək) bu barədə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 12.04.2011-ci il tarixdə qeydiyyata alınmış ******* saylı çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Daha sonra Cavabdeh1 X7 və onun direktoru Cavabdeh2 Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-11/2021 saylı, 26.02.2021-ci il tarixli hökmü ilə saxta olmaları təsdiq edilmiş "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi, 13.11.2014-cü il tarixli 46 №li kredit müqaviləsi və Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi 22 saylı evin, 20 saylı mənzilinin ipotekaya qoyulmasına dair eyni tarixli ipoteka müqavilələrinin əhəmiyyətsiz əqdlər olduqları üçün etibarsız sayılmaları, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinin üzərində ipoteka yüklülüyü götürülərək (ləğv edilərək) onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, tərəflərindən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən nə 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi üzrə ******* manat, nə də 13.11.2014-cü il tarixli 46 №li kredit müqaviləsi üzrə ******* manat pul götürülməmiş, bu müqavilələr həmin bankın rəhbərliyi tərəfindən görünüş üçün, özlərinə lazım olduğu qaydada formal olaraq bağlanmış müqavilələr olması faktı həm məhkəməyə təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2, 313-cü maddələri ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair 05.07.2018-ci il tarixli, 1(101)-233/2018 saylı hökmü, həm də həmin hökmdən verilmiş apellyasiya şikayətləri üzrə qəbul edilmiş, hazırda qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 1(103)-11/2021 saylı hökmü ilə də təsdiq edilir. Həmin hökmlərlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Niyazi Vəliyevin 17.11.2008-ci ildən 23.05.2016-cı il tarixədək "xxxx" ASC-nin İdarə heyətinin sədri işləyərkən xidmət vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etməsi məqsədi ilə … hökmdə sadalanan müəyyən məqsədlər üçün öz qulluq səlahiyyətlərinə, qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib X17 Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozaraq bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün sair şəxsi niyyətlə bilə-bilə rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi ilə bankın fəaliyyəti üçün tələb olunan vəsaitin 28.782.000 manatının kapital qoyuluşu kimi formal olaraq kassaya Bankın səhmdarlarının adından, … o cümlədən Cavabdeh1 X4 direktoru Cavabdeh2 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi üzrə ******* manat, nə də 13.11.2014-cü il tarixli 46 №li kredit müqasiləsi üzrə ******* manat məbləğində kreditlərin qanunsuz rəsmiləşdirilməsi ilə saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından gələcəkdə müştərilər qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, həmin dövr üçün 28 fiziki və hüquqi şəxsə 36 depozit müqavilələrinə görə ümumilikdə 868097 manat, Sahibkarlığa Kömək Milli Fondun əsas borc üzrə 25.508.080 manat, faiz borcu üzrə 181.070 manat olmaqla cəmi 26.557.247 manat zərərin yaranması və "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə o cümlədən dövlətin bank sisteminin dayanıqlığı və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində apardığı təlbirləri kölgə altına alan qeyd olunan hərəkətləri ilə onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olması və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətməsi tam sübut olunur. Hökmlərdən həmçinin görünür ki, 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi, həmin tarixli ipoteka müqaviləsi, 13.11.2014-cü il tarixli 46 №li kredit müqaviləsi və həmin tarixli sonrakı ipoteka müqaviləsi cinayət işinin materiallarında saxlanılmışdır. Göründüyü kimi, onlara qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur və iddiada qeyd edilən müqavilələrin saxta olmasına dair məhkəmənin hökmləri mövcuddur. Hazırki iş məhkəmənin icraatında olan dövrdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə məhkəmələr bunu nəzərə almalıdır. Belə olan halda isə hesab edirlər ki, 30.09.2014-cü il tarixli 30 №li və 13.11.2014-cü il tarixli 46 №li kredit müqavilələri, eyni zamanda həmin tarixli ipoteka müqavilələri saxta olduqları üçün ləğv edilməsi deyil, onların etibarsızlığı tələbi irəli sürülməlidir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 1(103)-11/2021 saylı hökmü ilə təqsirləndirilən şəxs (artıq məhkum olunmuş) Niyazi Vəliyev tərəfindən Cavabdeh1 X4 direktoru kimi ona 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi üzrə ******* manat, 13.11.2014-cü il tarixli 46 №li kredit müqasiləsi üzrə ******* manat məbləğində kreditlərin qanunsuz rəsmiləşdirilməsi ilə saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratması öz təsdiqini tapmışdır. Belə olan halda tələblərində göstərilmiş kredit və ipoteka müqavilələrinin etibarsızlığı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qərarının qəbul tarixindən hesablanmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-46/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinə əlavənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə münasibətdə icraata qəbul olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, onun təmin olunması, qarşılıqlı iddia tələbinin əsassız olduğundan, həmçinin hazırki tələblə məhkəməyə müraciət edilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş müddət də ötürüldüyündən rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin və ona əlavənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onlara qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur və iddiada qeyd edilən müqavilələrin saxta olmasına dair məhkəmənin hökmü mövcuddur. Belə olan halda isə 30.09.2014-cü il tarixli 30 nömrəli və 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqavilələri, eyni zamanda həmin tarixli ipoteka müqavilələri saxta olduqları üçün etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndə və vəkilinin izahatlarını dinləyib belə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 30 nömrəli, 30.09.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya tütün məhsullarının alınması məqsədilə 36 ay müddətinə, illik 12 faiz hesablanmaqla 2.000.000 (iki milyon) manat məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini 30.09.2017-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. - Dekabank” KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 30.09.2014-cü il tarixli, 30 nömrəli İpoteka müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 30 nömrəli, 30.09.2014-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 200.000 (iki yüz min) manat qiymətləndirilmişdir. - "xxxx" KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 46 nömrəli, 13.11.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya tütün məhsullarının alınması məqsədilə 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla 2.000.000 (iki milyon) manat məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini 13.11.2016-cı il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. - Dekabank” KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 46 nömrəli sorakı İpoteka müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 46 nömrəli, 13.11.2014-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 200.000 (iki yüz min) manat qiymətləndirilmişdir. - "xxxx" KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 44 nömrəli, 05.11.2013-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya kommersiya məqsədilə 12 ay müddətinə, illik 25 faiz hesablanmaqla 470.000 (dörd yüz yetmiş) manat məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini 05.11.2014-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. - Dekabank” KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 05.11.2013-cü il tarixli, 44 nömrəli sorakı ipoteka müqaviləsindən görünür ki, "xxxx" KB ASC-nin İdarə heyətinin sədri X15 ilə Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 arasında bağlanmış 44 nömrəli, 05.11.2013-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 80.000 (səksən min) manat qiymətləndirilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzili Cavabdeh2 tərəfindən "xxxx" KB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. - Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 ünvanlanmış 17.07.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, Ləğv prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli, 30 nömrəli Kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 12 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, 13.11.2014-cü il tarixli, 46 nömrəli Kredit müqaviləsinə əsasən, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 12% dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 22 ünvanında yerləşən 20 nömrəli mənzil "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzilin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında 30.09.2014-cü il tarixli ipoteka müqaviləsi və 13.11.2014-cü il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələri üzrə borc alan Cavabdeh1 X7 hər ay Banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə o, öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 18.07.2019-cu il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, Cavadxan küçəsi, 22 saylı evin, 20 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. - Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 İKF-nin direktoru Cavabdeh2 ünvanlanmış 16.07.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 3 gün ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir. - Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 15.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 X4 30.09.2014-cü il tarixli, 30 nömrəli Kredit müqaviləsi üzrə 11.07.2019-cu il tarixə Banka ******* (iki milyon) manat əsas borc, 236111,17 (iki yüz otuz altı min yüz on bir min manat on yeddi qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu, 178333,33 (yüz yetmiş səkkiz min üç yüz otuz üç manat, otuz üç qəpik) manat kredit üzrə müddət bitdikdən X2 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2.414444,50 (iki milyon dörd yüz on dörd min dörd yüz qırx dörd manat əlli qəpik) manat məbləğində borcu vardır. - Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 18.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 X4 13.11.2014-cü il tarixli, 30 nömrəli Kredit müqaviləsi üzrə 11.07.2019-cu il tarixə Banka 2.000.000 (iki milyon) manat əsas borc, 254000,07 (iki yüz əlli dörd min manat, yeddi qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 267500 (iki yüz altmış yeddi min beş yüz) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2.521500,07 (iki milyon beş yüz iyirmi bir min beş yüz manat yeddi qəpik) manat məbləğində borcu vardır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-233/2018 nömrəli, 05 iyul 2018-ci il tarixli hökmündən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 178.2.2, 178.3.2, 178.2.4, 179.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 179.3.2-ci maddəsi 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq (müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma) hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3, 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq (müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma) hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki iş üzrə həbsdə olduğu 1 (bir) il 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq (müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma) hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə əsas cəza növü kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Ləgvetmə prosesində olan "xxxx" KB ASC tərəfindən verilmiş mülki iddia qismən, yəni iş üzrə törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyan hissəsində - 268.987 manat hissədə təmin edilmiş, X11 "xxxx" KB ASC-də əmanət hesabında olan 70.000 manat məbləğində pul vəsaiti iş üzrə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilmiş, cinayət işi üzrə vurulmuş maddi ziyandan 242.325 manat ödənilməsi nəzərə alınmaqla, 26.662 (iyirmi altı min altı yüz altmış iki) manat X8 alınaraq ləgvetmə prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. X1 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq (müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma) hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə əsas cəza növü kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-11/2021 nömrəli, 26.02.2021-ci il tarixli hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.3.2, 178.2.4, 179.3.2, 308.2, 313-cü maddələri, X9iunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü ləğv edilmiş, X15, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar X12 cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X15 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (alt) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki iş üzrə həbsdə olduğu 1 (bir) il 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X15 məhkəmə zalından həbs edilərək, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanması, X6 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X6 məhkəmə zalından həbs edilərək, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanması, Ləgvetmə prosesində olan "xxxx" KB ASC tərəfindən verilmiş mülki iddia qismən, yəni 1.018.987 manat məbləğində təmin edilmiş, həmin məbləğin X15 tərəfindən birinci instansiya məhkəməsində 172.325 manat və 690.000 manat apellyasiya baxışı zamanı, ümumilikdə 862.325 manat ödənilməsi nəzərə alınmaqla, X8 ödənilməmiş qalan 156.662 manat tutularaq ləgvetmə prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və 13.807 manat Qəhrəman Kərimovun xeyrinə ödənilməsi hökm edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 29.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanı 05.11.2013-cü il tarixdən "xxxx" KB ASC-nin adına ipoteka ilə yüklü edilmiş və hazırda yüklüdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış 30.09.2014-cü il tarixli, 30 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-i tərəfindən Cavabdeh1 X5 36 (otuz altı) ay müddətinə, illik 12 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat, 13.11.2014-cü il tarixli, 46 nömrəli Kredit müqaviləsinə əsasən isə cavabdehə 24 (iyimri dörd) ay müddətinə, illik 12% dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 22 ünvanında yerləşən 20 nömrəli mənzil "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzilin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında 30.09.2014-cü il tarixli ipoteka müqaviləsi və 13.11.2014-cü il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İlk iddia tələblərinə əsasən kredit müqavilələri üzrə borc alan Cavabdeh1 X7 hər ay Banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirməmiş və buna görə də iddiaçı hazırki iddia tələbləri ilə müraciət edərək cavabdeh tərəfin ümumilikdə 4935944,57 manat məbləğində borcu olmasını iddia edir. İlk iddia üzrə cavabdeh tərəf iddiaçı Bankdan qeyd edilən müqavilələrə əsasən göstərilən məbləğlərin alınmamasını, onlara qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası olmamasına və iddiada qeyd edilən müqavilələrin saxta olmasına dair məhkəmənin qanuni qüvvəsini almış hökmünün mövcudluğuna istinad etməklə ilk iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. İlk iddianın mahiyyətinə əsasən tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehlərdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsiə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrində isə göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İlk iddiaçı tərəfindən məhkəməyə iddiasının əsası kimi istinad edilən cavabdeh tərəfin imzaladığı sözügen kredit və ipoteka müqavilələrinin surətləri (əsilləri X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2, 313-cü maddələri ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında saxlanılır) təqdim edilsə də, məhkəmə araşdırması zamanı ilk iddiaçı müqavilənin şərtlərinə əsasən cavabdehə kredit müqavilələrində göstərilən pulları verməsini, bununla da öz üzərinə müqavilə üzrə düşən öhdəliyini yerinə yetirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. İşin bu halı iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-11/2021 nömrəli, 26.02.2021-ci il tarixli hökmünün məzmunu ilə təsdiq edilir. Belə ki, həmin hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Niyazi Vəliyevin 17.11.2008-ci ildən 23.05.2016-cı il tarixədək "xxxx" ASC-nin İdarə heyətinin sədri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etməsi məqsədi ilə ... hökmdə sadalanan müəyyən məqsədlər üçün öz qulluq səlahiyyətlərinə, qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib X17 Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozaraq bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün sair şəxsi niyyətlə bilə-bilə rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi ilə bankın fəaliyyəti üçün tələb olunan vəsaitin 28782000 manatının kapital qoyuluşu kimi formal olaraq kassaya Bankın səhmdarlarının adından, ... o cümlədən Cavabdeh1 X4 direktoru Cavabdeh2 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi üzrə ******* manat, nə də 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqasiləsi üzrə ******* manat məbləğində kreditlərin qanunsuz rəsmiləşdirilməsi ilə saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından gələcəkdə müştərilər qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, həmin dövr üçün 28 fiziki və hüquqi şəxsə 36 depozit müqavilələrinə görə ümumilikdə 868097 manat, Sahibkarlığa Kömək Milli Fonduna əsas borc üzrə 25.508.080 manat, faiz borcu üzrə 181.070 manat olmaqla cəmi 26.557.247 manat zərərin yaranması və "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə o cümlədən dövlətin bank sisteminin dayanıqlığı və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində apardığı tədbirləri kölgə altına alan qeyd olunan hərəkətləri ilə onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olması və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətməsi tam sübut olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” Göründüyü kimi, 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi üzrə 2.000.000 manat, 13.11.2014-cü il tarixli 46 №li kredit müqaviləsi üzrə 2.000.000 manat məbləğində kreditlərin qanunsuz rəsmiləşdirilməsi ilə saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratması məqsədi ilə bağlanması, başqa sözlə, ilk iddianın əsasını təşkil edən müqavilələrin saxta olması məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. İlk iddiaçı isə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi halda, başqa sözlə, saxta müqavilə əsasında cavabdeh tərəfindən bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə iddia tələbində göstərilən məbləğlərin ondan tutulmalı olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin həmin Məcəllənin 22-23-cü fəsillərində öhdəliklərin icra edilməməsi, öhdəliklərin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 560.1 və 560.2-cı maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanunvericiliyin mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməməli və hüquqdan suiistifadəyə yol verilməməlidir. Müqavilə öhdəlikləri üzrə tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməli, həmçinin əgər öhdəlik lazımınca icra edilmirsə, belə halda öhdəliyin icrası üçün məhkəmədə iddia qaldırıla bilər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmayan müqaviləni o zaman bağlaya bilərlər ki, qanuna zidd olmasın. Məhkəmə daha sonra qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, kredit müqavilələri ilə cavabdehə kreditin verilməsi şərtləndirildiyi halda, həmin məbləğləri məxaric etmədən cavabdehi müqavilə şərtlərini yerinə yetirməməkdə günahlandıraraq ondan ilk iddiada göstərilən məbləğləri tələb etmək hüququ sui-istifadə olmaqla, qeyri-qanuni hüquqların, eləcə də, müdafiə edilməli olan cavabdehin mənafeyinin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi) MM-in 337.3-ci maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə etibarsız əqd, onu bağlayan tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Yəni bir müqavilənin etibarsız olması demək, həmin müqavilənin tərəflər üçün hüquq və öhdəlik əmələ gətirməməsi deməkdir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı halı, tərəflərin bu etibarsızlıq halını irəli sürüb-sürməməsindən asılı olmayaraq məhkəmə tərəfindən nəzərə alınmalıdır. Çünki əqd etibarsız olduğu təqdirdə, həmin əqd üzrə iddia tələbinə əsas təşkil edən bir subyektiv hüquq da olmur. Mülki məhkəmə icraatında tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq məhkəmə subyektiv hüququn olmadığını həmişə nəzərə almaq məcburiyyətindədir. Təsadüfi deyildir ki, məhkəmə praktikasında qanunən nəzərdə tutulan məcburi formaya əməl edilməməsi səbəbilə etibarsız olan müqavilələr üzrə qaldırılan iddia tələbləri, tərəflərin buna istinad edib-etməməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən nəzərə alınır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. - Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. - Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. - Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.” Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə hesab edir ki, ləğv prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X7 arasında bağlanmış hazırda mübahisə predmeti olan müqavilələr etibarlı əqdlər kimi qiymətləndirilmir və yuxarıda sadalanan hüquqi əsaslara görə həmin əhəmiyyətsiz müqavilələr əsasında qaldırılmış ilk iddia tələbləri də əsaslı sayıla bilməz. 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsinin və 13.11.2014-cü il tarixli 46 №li kredit müqaviləsinin bağlanmasına baxmayaraq hökmdə göstərildiyi kimi bu müqavilələr hüquqi nəticə yaratmaq üçün deyil, görüntü yatarmaq məqsədi ilə bağlandığı halda, həmin - saxta kredit müqavilələrinin təminatı olaraq bağlanan 30.09.2014-cü il tarixli, 30 nömrəli ipoteka müqaviləsi, eləcə də, 13.11.2014-cü il tarixli, 46 nömrəli sonrakı ipoteka müqaviləsi də eyni əsaslar üzrə qanuni sayıla bilməz. Məhkəmə sözü gedən müqavilələrin etibarsız sayılması ilə bağlı qarşılıqlı iddia tələbinin dəlillərinə də məhz bu əsaslardan yanaşaraq hesab edir ki, həmin müqavilələr qanunvericiliyn tələblərinə uyğun hüquqi nəticə yaratmaq məqsədi ilə bağlanmadığı üçün etibarsız sayılmalıdırlar. Məhkəmə hesab edir ki, 30.09.2014-cü il tarixli 30 №li kredit müqaviləsi üzrə ******* manat, 13.11.2014-cü il tarixli 46 №li kredit müqasiləsi üzrə ******* manat məbləğində kreditlərin qanunsuz rəsmiləşdirilməsi ilə saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradılması, başqa sözlə kredit və ipoteka müqavilələrinin saxta sənədlər əsasında bağlanması, yəni əhəmiyyətsiz əqdlər olması nəzərə alınmaqla, qeyd edilən müqavilələrin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətə hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə eyni zamanda qarşılıqlı iddia üzrə cavabdehin bu iddianı qəbul edilməməsinə dair izahatında irəli sürdüyü dəlillərə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçının kəsici müddətə riayət etməməsi halında belə, sözü gedən müqavilələr əsasında qaldırılmış ilk iddia məhz əhəmiyyətsiz əqdlərlə bağlıdır ki, işin bu halları mübahisəsizdir. Belə olan halda qarşılıqlı iddianın sözügedən əqdlərin etibarsızlığı ilə bağlı hissəsi üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin etirazının dəlilləri həm əsaslı sayıla bilməz, həm də artıq bu etiraz əhəmiyyət kəsb etmir. Lakin bununla yanaşı məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin bu iddianı qəbul edilməməsinə dair izahatında irəli sürdüyü digər dəlillər ilə razılaşır və hesab edir ki, qarşılıqlı iddia Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr. Cavadxan küç. 22. m. 20-nin üzərində ipoteka yüklülüyü götürülərək (ləğv edilərək) Cavabdeh2 mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində təmin edilə bilməz. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hazırda mübahisə predmeti olan kredit və ipoteka müqavilələrindən əvvəl də digər kredit məbləğləri ilə bağlı aşağıdakı mülki münasibətləri olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 12.04.2011-ci il tarixdə qeydiyyata alınmış ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr Cavadxan küç. 22. m.20-nin üzərindən ipoteka yüklülüyü qeydə alınmış, daha sonra tərəflər arasında 44 nömrəli, 05.11.2013-cü il tarixli Kredit, 05.11.2013-cü il tarixli, 44 nömrəli sorakı ipoteka müqavilələri bağlanmış və sözügedən mənzil Cavabdeh2 tərəfindən "xxxx" KB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, ünvan 2 ünvanın Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ******* nömrəli çıxarışa əsasən 05.11.2013-cü il tarixdən "xxxx" KB ASC-nin adına ipoteka ilə yüklülüyü hazırki vaxta kimi qüvvədədir və məhkəmə hesab edir ki, bu yüklülüyün mübahisə predmeti olan 2014-cü ildə bağlanmış müqavilələrlə heç bir hüquqi bağlılığı yoxdur. Odur ki, qarşılıqlı iddianın “mənzilin ipoteka yüklülüyündən azad edilməsi, yüklülüyə dair çıxarışın ləğvi və mülkiyyət hüquqlarının bərpası” hissəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 X5 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması və s.” tələbinə dair ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X4 iddia ərizəsi qismən təmin edilməli, "xxxx" KB ASC ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi, 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr. Cavadxan küç. 22. m.20-nin ipotekaya qoyulmasına dair 30.09.2014-ci il tarixli, 30 nömrəli ipoteka müqaviləsi və 13.11.2014-cü il tarixli 46 nömrəli sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prososesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 X5 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması və s.” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. "xxxx" KB ASC ilə Cavabdeh1 X7 arasında bağlanmış 30.09.2014-cü il tarixli 30 nömrəli kredit müqaviləsi, 13.11.2014-cü il tarixli 46 nömrəli kredit müqaviləsi, Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr. Cavadxan küç. 22. m.20-nin ipotekaya qoyulmasına dair 30.09.2014-ci il tarixli, 30 nömrəli ipoteka müqaviləsi və 13.11.2014-cü il tarixli 46 nömrəli sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-14/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-14/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver