Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-140/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 18244.49 ABŞ Dolları məbləğində kredit borcu, 17110.36 ABŞ Dolları məbləğində faiz borcu və 11517.72 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46872,57 (qırx altı min səkkiz yüz yetmiş iki dollar əlli yeddi sent) ABŞ Dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 14L000002053 saylı X7 əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X10 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 014R**********S saylı, xx.xx.2016-cı il tarixli 014R**********SB saylı, xx.xx.2016-cı il tarixli 014R**********SC saylı, xx.xx.2017-ci il tarixli 014R**********SD saylı, xx.xx.2017-ci il tarixli, 014R**********SE saylı, xx.xx.2017-ci il tarixli 014R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11755.51 ABŞ Dolları ödəmiş, onun 18244.49 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 328 gün üçün hesablanmış faiz borcu 17110.36 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 328 gün üçün hesablanmış cərimə 11517.72 ABŞ Dolları təşkil edir. X6 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. X10 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən X5 irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və X10 üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı QSC-nin ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14L000002053 nömrəli X5 görünür ki, borcluya 120 ay müddətinə, 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 014R********** nömrəli Kredit Razılaşmasından görünür ki, borcluya 36 ay müddətinə, illik 2.1667 faiz hesablanmaqla 30.000 (otuz min) məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 014R**********S nömrəli Sazişdən (Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) görünür ki, Bank ilə Kredit Alan arasında xx xxx 2012-ci il tarixli 14L000002053 saylı X3 üzrə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 014R********** Kredit Razılaşmasının (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2015-ci il tarixdən aylıq 2.0833%; xx.xx.2016-ci il tarixdən aylıq 2%; xx.xx.2017-ci il tarixdən aylıq 1.9167% dərəcəsi ilə faizlər hesablanması və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2015-ci il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı”) ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxxx 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilməsi və X11 Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməsi barədə dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 014R**********SB nömrəli Sazişdən (Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) görünür ki, Bank ilə Kredit Alan arasında 08 may 20l2-ci il tarixli İ4L000002053 saylı X10 üzrə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 014R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016ci il tarixdən aylıq 2,0833% dərəcəsi ilə faizlər hesablanması, Kredit Alan bu Sazişə əlavə olunan xx.xx.2016-ci il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəməsi barədə dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 014R**********SC nömrəli Sazişdən (Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) görünür ki, Bank ilə Kredit Alan arasında xx xxx 2012-ci il tarixli 14L000002053 saylı X10 üzrə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 014R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016ci il tarixdən aylıq 2.0833% dərəcəsi ilə faizlər hesablanması və Kredit Alan bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəməsi barədə dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 014R**********SD nömrəli Sazişdən (Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) görünür ki, Bank ilə Kredit Alan arasında xx xxx 2012-ci il tarixli 14L000002053 saylı X10 üzrə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 014R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017ci il tarixdən aylıq 2.0833% dərəcəsi ilə faizlər hesablanması və Kredit Alan bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəməsi barədə dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 014R**********SE nömrəli Sazişdən (Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) görünür ki, Bank ilə Kredit Alan arasında xx xxx 2012-ci il tarixli 14L000002053 saylı X10 üzrə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 014R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017cı il tarixdən aylıq 2.0833% dərəcəsi ilə faizlər hesablanması və Kredit Alan bu Sazişə əlavə olunan xx.xx.2017-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəməsi barədə dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 14R**********SF nömrəli Sazişdən (Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) görünür ki, Bank ilə Kredit Alan arasında xx xxx 2012-ci il tarixli 14L000002053 saylı X10 üzrə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 014R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017cı il tarixdən aylıq 1.1667% dərəcəsi ilə faizlər hesablanması və Kredit Alan bu Sazişə əlavə olunan xx.xx.2017-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəməsi barədə dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14S000004287 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 14L000002053 saylı X10 və bu X6 ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Borcalanla birgə kreditor qarşısında X7 dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14S000004288 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 14L000002053 saylı X3 və bu X1 ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Borcalanla birgə kreditor qarşısında X7 dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. - xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixinə 014R********** saylı xx.xx.2015-cİ il tarixli kredit razılaşması üzrə 18244.49 ABŞ Dolları məbləğində kredit borcu, 17110.36 ABŞ Dolları məbləğində faiz borcu və 11517.72 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46872,57 (qırx altı min səkkiz yüz yetmiş iki dollar əlli yeddi sent) ABŞ Dolları məbləğində kredit borcu vardır. - İddiaçı QSC cavabdehlərə ünvanladığı xəbərdarlıqdan görünür ki, onlara borcu ödəmələrinə dair xəbərdarlıqlar edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4063 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, «kreditin statusu» vərəqəsi məlumatları, xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması, xx.xx.2016-cı il tarixli, 014R**********SB nömrəli Saziş, xx.xx.2015-ci il tarixli, 014R**********S nömrəli Saziş, xx.xx.2016-cı il tarixli, 014R**********SC nömrəli Saziş, xx.xx.2017-ci il tarixli, 014R**********SE nömrəli Saziş, xx.xx.2017-ci il tarixli, 14R**********SF nömrəli Sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) banka olan borcu 36.337,25 ABŞ dolları təşkil edir. (əsas borc üzrə 25.130,22 ABŞ dolları, faiz borcu üzrə 11.207,03 ABŞ dolları). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 14L000002053 saylı X7 əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmış, ona xx.xx.2015ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 xx xxx 2012-ci il tarixli zaminlik müqavilələri bağlamışlar. Sonradan xx.xx.2015-ci il tarixli 014R**********S saylı, xx.xx.2016-cı il tarixli 014R**********SB saylı, xx.xx.2016-cı il tarixli 014R**********SC saylı, xx.xx.2017-ci il tarixli 014R**********SD saylı, xx.xx.2017-ci il tarixli, 014R**********SE saylı, xx.xx.2017-ci il tarixli 014R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, Cavabdeh1 kredit borcundan 11755.51 ABŞ Dolları ödəmiş, 18244.49 ABŞ Dolları məbləğində əsas kredit borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ona qarşı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, Cavabdeh1 əsas borcun və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin xarakteri, tutulma qaydası ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4063 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx xxxx 2019-cu il tarixə banka olan borcu xx xxxx 2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 36.337,25 ABŞ dollara, əsas borc üzrə - 25.130,22 ABŞ dolları, faiz borcu üzrə 11.207,03 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından isə görünür ki, Cavabdeh1 kredit borcu əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə kredit borcu - əsas borc 18244.49 ABŞ Dolları məbləğində, 328 gün üçün hesablanmış faiz borcu 17110.36 ABŞ Dolları təşkil edir. Azərbaycan Republikası MPM-nin: - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Belə olan halda məhkəmə faiz borcunun tutulması ilə bağlı hissədə ekspert rəyini əsas götürsə də, əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edilən normanı hazırki işə tətbiq edərək hesab edir ki, cavabdehdən əsas borc iddiaçının iddia tələbində və maliyyə arayışında göstərdiyi həcmdə, yəni 18244.49 ABŞ Dolları məbləğində, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 11.207,03 ABŞ Dolları məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin “11517,72 ABŞ dolları cərimə borcunun tutulması” hissəsi ilə bağlı işin hallarını, kredit müqaviləsindən irəli gələn 18244,49 ABŞ dolları əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 11517,72 ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 1000 (bir min) ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalı olmasına dair dəlili üzrə qeyd edir ki, onlar X10 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra 3 etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). İş materiallarında olan zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən Borclunun X5 irəli gələn öhdəliklərin tamamilə icrası üçün Zaamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır Qanunvericiliyə əsasən zaminlik elə bir hüquq münasibətidir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Zamin borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda kreditor qarşısında əmlak məsuliyyəti daşıyır. Zaminlik özlüyündə aksessor (əlavə) törəmə öhdəlikdir. O, əsas öhdəlikdən asılıdır və əsas (təmin olunan) öhdəliyin icrasını təmin edən öhdəlikdir. Zaminlik öhdəliyinin yaranması əsas öhdəliyin əmələ gəlməsi ilə şərtlənir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 X10 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdükləri üçün onunla eyni həcmdə məsuliyyət daşıyıcısıdırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 18.244,49 ABŞ Dolları məbləğində əsas borcu, 11.207,03 ABŞ Dolları məbləğində faiz borcu və 1000 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 30451,52 ABŞ Dolları məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri ümumilikdə 295 (iki yüz doxsan beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş orderdən və qəbzlərdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 295 (iki yüz doxsan beş) manatın 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 95 (doxsan beş) manat hissəsi İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 014R********** saylı kredit razılaşması üzrə 18.244,49 ABŞ Dolları məbləğində əsas kredit borcu, 11.207,03 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30451,52 (otuz min dörd yüz əlli bir dollar əlli iki sent) ABŞ Dolları məbləğində borc (ödəniş gününə qüvvədə olan məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 295 (iki yüz doxsan beş) manatın 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 95 (doxsan beş) manat hissəsi İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 014R********** saylı kredit razılaşması üzrə 18.244,49 (on səkkiz min iki yüz qırx dörd dollar qırx doqquz sent) ABŞ Dolları məbləğində əsas kredit borcu, 11.207,03 (on bir min iki yüz yeddi dollar üç sent) ABŞ dolları məbləğində faiz borcu və 1000 (bir min) ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30451,52 (otuz min dörd yüz əlli bir dollar əlli iki sent) ABŞ Dolları məbləğində borc (ödəniş gününə qüvvədə olan məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 295 (iki yüz doxsan beş) manatın 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 95 (doxsan beş) manat hissəsi İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-140/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-140/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver