Məhkəmə qərarları › İş №2(009)-1407/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1407/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1407/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 27.08.2018-ci il tarixli və 05.06.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********52552 olan “Samsung Galaxy A6” markalı telefon və “Canon EOS” markalı fotoaparat, “Samsung MikroSD” markalı yaddaş kartı almış və nəticədə 488 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.08.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1080 manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********52552 “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 99 manat olmaqla, ondan 90 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 9 manat cərimə, 05.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 904 manat (12 ay x 75 manat + 4 manat ilkin ödəniş) olan “Canon EOS” markalı fotoaparat, “Samsung MikroSD” markalı yaddaş kartı üçün 389 manat olmaqla, ondan 354 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 35 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdeh 05.06.2019-cu il tarixli müqavilə üzrə aldığı “Canon EOS” markalı fotoaparatı 03.03.2020-ci il tarixə qədər istifadə etdikdən sonar geri qaytarmış və əşya 300 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1540 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Samsung Galaxy A6” markalı telefon üçün 90 manat əsas borc, 9 manat cərimə, “Canon EOS” markalı fotoaparat, “Samsung MikroSD” markalı yaddaş kartı üçün 354 manat əsas borc, 35 manat cərimə, ümumilikdə 488 manat borc, 20 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 27 avqust 2018-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A6” markalı mobil telefonu 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 45 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1080 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 05 iyun 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Canon EOS” markalı fotoaparat, “Samsung MikroSD” markalı yaddaş kartı 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 75 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 904 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 16.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 27.08.2018-ci il tarixli müqavilə üzrə 90 manat əsas, 9 manat cərimə, 05.06.2019-cu il tarixli müqavilə üzrə 354 manat əsas, 35 manat cərimə, cəmi 389 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 27.08.2018-ci il tarixdə və 05.06.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqısatqı qiyməti 1080 manat olan “Samsung Galaxy A6” markalı mobil telefon və alqı-satqı qiyməti 904 manat olan “Canon EOS” markalı fotoaparat, “Samsung MikroSD” markalı yaddaş kartı pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefon, fotoaparat və yaddaş kartı Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 27.08.2018ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 90 manat əsas borc, 9 manat cərimə, 05.06.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 354 manat əsas borc, 35 manat cərimə, cəmi 488 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. AR MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 27.08.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.04.2021-ci il tarixə yaranmış 90 manat borc, 9 manat cərimə, 05.06.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.04.2021-ci il tarixə yaranmış 354 manat borc, 35 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 508 (beş yüz səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar