Məhkəmə qərarları › İş №2(009)-1416/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1416/2022

27.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1416/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı ödənilmiş pul vəsaitlərinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödədiyi 4000 (dörd min) manatı, hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı vəkil bürosuna ödədiyi 202 manatı və 60 manat dövlət rüsumunun həmin cəmiyyətdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilərək ona azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddətinə müəyyən edilmişdir. Məhkəmədə maddi ziyanın ödənilməsinə görə ona xx.xx.2021-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4000 (dörd min) manat pul ödətdirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2021-ci il tarixli hökmü ilə onu AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirsiz bilmiş və ona bəraət hökmü verilmişdir. Bu hökmdən narazı olan zərərçəkmişin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti, ittihamı müdafiə edən prokuror kassasiya protesti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə verilmiş şikayətləri təmin etməmiş, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmünü dəyişdirmədən qüvvədə saxlamışdır. O, “ASCO Nəqliyyat“MMC-yə ödədiyi 4000 manat pul vəsaitinin ona qaytarılmasına dair ərizə ilə müraciət etmişdir. Həmin cəmiyyətin xx.xx.2022-ci il tarixli, 01 /03/H-3502 saylı məktubu ilə ona bildirmişlər ki, ödədiyi pul vəsaitini qaytarmaqdan imtina edirlər və bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə mqraciət etmək tövsiyyə edilmişdir. Bu işlə bağlı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 ilə 26 may 2022-ci il tarixdə müqavilə bağlayaraq, büronun hesabına 202 manat və 60 manat dövlət rüsumu ödəmişdir. Xətai rayon məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(011)-4090/2022 saylı qərardadında iddia tələbini Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilməsini qeyd etmişdir. Həmin Cəmiyyət Bakı şəhəri, Səbail raonu, M.Rəsulzadə küçəsi 5-də yerləşdiyindən Səbail rayon məhkəməsinə müraciət etməsini bildirmişdir. Məhkəmə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödədiyi 4000 (dörd min) manatı, 202 manat büroya ödədiyi pulu və 60 manat dövlət rüsumu kimi ödədiyi pul vəsaitinin ona ödənilməsi üçün qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-336/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 01iıl sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması hökmün icrasının Bakı şəhəri Probasıya idarəsinə və Bakı şəhəri Xətai rayon icra şöbəsinə tapşırılması, İddiaçı barəsində seçilmiş polisin nəzarətinə vermə qətıımkan tədbirinin dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətıımkan tədbiri ilə əvəz olunması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətıımkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, “ASCO Nəqliyyat" MMC tərəfindən İddiaçı qarşı verilmiş mulkı iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli 13934 saylı ödəniş qəbzi ilə İddiaçı tərəfindın “ASCO Nəqliyyat" MMC-yə mülki iddia ilə bağlı 4000 manat ödənişin nəzərə alınması, Bakı şəhəri Bınəqədı rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 5(001)-898/2020 saylı qərarı ilə üzərinə həbs qoyulmuş, hazırda “ASCO Nəqliyyat’' MMC-nin Bakı şəhəri, Zığ şossesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi NMB********** on və arxa bamperlərınə AZ-**-JN-*** dövlət qeydiyyat nişanı quraşdırılmaqla dəyəri 52400 manat qiymətləndirilmiş, “Mersedes Benz 403” markalı avtobus, “ASCO Nəqliyyat" MMC tərəfindən verilmiş 55000 manat məbləğində mülki iddianın ödənilməsinə yönəldilməsi, "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şossesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan şassi nömrəsinin ilk hissəsi “NMB**********" on və arxa bamperlərınə "AZ-**-JN-***" dövlət qeydiyyat nişanı quraşdırılmış “Mersedes Benz 403"xxxx"xxxx" MMC-nın mülkiyyətinə verilməsi və həmin avtobusun AR Daxılı İşlər Nazirliyi X3 İdarəsinə tapşırılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1007/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı bəraət verilmiş və “ASCO Nəqliyyat' MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Hökmdə həmçinin qeyd olunmuşdur və işin hallarından da təsdiq olunur ki, “ASCO Nəqliyyat' MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan 1997-ci il istehsalı olan “Mercedes Benz 0403” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusun orta bazar qiyməti təxminən 52400,0 manatdır, həmçinin “ASCO Nəqliyyat' MMC-nə məxsus olan “Mercedes Benz 3900" markalı, **-JN- *** dövlət nömrə nişanlı 1997-ci il buraxılışlı avtobusun hazırkı vəziyyətdə analoji avtobusların qiymətinə uyğun olaraq qiyməti təxminən 55 000.00 manat müəyyən edilir eyni zamanda İddiaçı tərəfindən “ASCO Nəqliyyat" MMC-nə 4000 manat ödənilməsi faktı mübahisəsiz qəbul edilir. Bütün toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, ibtidai istintaq orqanının talama cinayəti olması qənaətinə gəldiyi hadisə mülki hüquq münasibətlərinə aiddir və qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan zərər vurulmasına gətirib çıxaran huquqa zidd əməl törətmiş şəxs mülki hüquq məsuliyyəti daşımalıdır. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur kı, İddiaçı tərəfindən cinayət hadisəsinin törədilməsi faktı subut edilməməsinə baxmayaraq, hadisənin mülkı hüquq münasibətlərinə aid olması və qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan, zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıması birmənalı təsdiq edilmişdir. Həmçinin qeyd edir ki, 06 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərindən iş üzrə cavabdehin əvəz olunması ilə bağlı vəsatət verilmiş, lakin iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına etiraz etmişdir. Belə ki, İddiaçı “ASCO Nəqliyyat’ MMC ilə əmək münasıbətlərindədir və bu fakt birmənalı olaraq öz təsdiqini tapmışdır. Hazırki cavabdeh Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyəti ilə iddiaçı arasında hər hansı bir hüquq münasibəti yoxdur, bu səbəbdən də, iddiaya mahiyyəti üzrə baxılması qanunvericiliyə ziddir. Həmçinin qeyd edir ki, mübahisə edilən 4000 manat pul vəsaiti "xxxx" MMC-nin bank hesabına ödənilmişdir və bununla bağlı müvafiq sübut iş materillarına iddiaçı tərəfindən əlavə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq məhkəmədən iddia ərizəsinin qanunsuz və əsassız olması səbəbindən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan “Kapitak Bank“ASC-nin 13934 nömrəli, xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına müəssisəyə vurulmuş ziyanın əvəzi kimi 4000,00 (dörd min) manat ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1007/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-336/2021 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirsiz bilinərək, ona bəraət verilmiş, “ASCO Nəqliyyat' MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə bəraət almış şəxs İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1007/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC "xxxx"xxxx"xxxx" MMC-nin 1 saylı avtomobil dəstəsinin avtomobil sürücüsü İddiaçı ünvanlanmış 01/03/11- 35-02 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən "xxxx" MMC tərəfindən ərizəçiyə qarşı verilmiş mülki iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli,13934 nömrəli ödəniş qəbzi ilə onun tərəfindən "xxxx" MMC-yə qarşı mülki iddia ilə bağlı 4000 (dörd min) manat məbləğində ödəniş nəzərə alınmaqla, hazırda "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********” olan, ön və arxa bamperlərinə AZ **-JN-*** dövlət qeydiyyat nişanı quraşdırılmaqla dəyəri 52400 (əlli iki min dörd yüz) manat qiymətləndirilmiş “Mercedes Benz 0403"xxxx"xxxx" MMC tərəfindən verilmiş 55000 (əlli beş) min manat məbləğində mülki iddianın ödənilməsinə yönəldilmişdir. Qeyd edilən hökmdən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli hökmdə aşağıda qeyd edilənlər öz əksini tapmışdır: “Bütün toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, ibtidai istintaq orqanının talama cinayəti olması qənaətinə gəldiyi hadisə mülki hüquq münasibətlərinə aiddir və qanunla müdafiə edilən zərərçəkənə dəyən birbaşa ziyan, zərər vurulmasına gətirib çıxaran hüquqazidd əməl törətmiş şəxs mülki hüquq məsuliyyəti daşımalıdır”. “İddiaçı “X2 Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə vurulmuş 55000 (əlli beş min) manat məbləğində maddi ziyanın tutularaq Cəmiyyətə ödənilməsi barədə mülki iddia ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təqsirliyi sübuta yetirilmədiyindən bu icraat daxilində mülki iddiaya baxıla bilməz və zərurət yarandığı təqdirdə müvafiq hallar mülki icraat qaydasında ayrıca araşdırılmalıdır. Ona görə də, mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduğu izah edilməlidir.” Bakı Apellyasıya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, ərizəçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməyinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilərək ona bəraət verilmişdir. Qeyd olunan hökmdə "xxxx" MMC tərəfindən ərizəçiyə qarşı verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Qeyd edilən hökmdən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti əsasında Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qərarla kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş və ərizəçinin barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilir ki, məhkəmə prosesində ərizəçi tərəfindən ödənilmiş və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddianın təmin edilməsinə yönəldilmiş 4000 (dörd min) manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bağlı məsələyə müvafiq hökmdə münasibət bildirilmədiyindən məsələnin mülki iddia qaydasında öz həllini tapılması məqsədəuyğun hesab edilir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı ünvanlanmış 1(101)-336/2021 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “X2 Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə mülki iddia tələbi əsasında ərizəçi ödədiyi 4000 manat pul vəsaitinin ona qaytarılması ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququna malikdir. İş materiallarında olan Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, **********958700 saylı Çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4 Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Cavabdehin düzgün müəyyən olunmaması irəli sürülmüş tələbin sübut olunmamasını təsdiq edir, hazırki iş üzrə cavabdeh isə iddiaçının hüquqularının və qanunla qorunan maraqlarının pozucusu deyildir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına müəssisəyə vurulmuş ziyanın əvəzi kimi 4000,00 (dörd min) manat ödənilmişdir. Bununla yanaşı, iddiaçı həmin məbləğin Cavabdeh QSC-dən tutularaq ona qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı mübahisələndirdiyi məbləğin ona qaytarılması tələbinə dair iddianı həmin tələbə cavab verməli olmayan cavabdehə qarşı irəli sürmüşdür və müvafiq olaraq, cavabdeh iddiaçının hüququnu pozmuş şəxs kimi tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı irəlü sürüldüyündən əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə qarşı ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar