Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1426/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı X7 xeyrinə 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidməthaqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə əsasən ona 300 ay (25 il) müddətinə, illik 7 faiz ödəmək şərtilə 88000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditor-bank yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X8 ilə bağlanmış xx.xx.2019-cu il tarixli Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən, onun mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələblərini müdafiə edərək, onların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə bank tərəfindən borcalana 300 ay (25 il) müddətinə, illik 7 faiz ödəmək şərtilə 88000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı Kredit Departamenti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat borcu mövcuddur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, RX ******* seriya nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və X5 notariat qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili üzrə kredit ödənişi əmlaka yönəldiyi halda mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə əlavədən görünür ki, kredit borcu aylıq 621,97 manat olmaqla, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2044-cü il tarixdə bitməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda büər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə əsasən ona 300 ay (25 il) müddətinə, illik 7 faiz ödəmək şərtilə 88000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditor-bank yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X8 ilə bağlanmış xx.xx.2019-cu il tarixli Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat borcu yaranmışdır ki, həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən ən geci 1 ay ərzində çıxarılmaları barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və X5 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzilindən istifadə hüququna xitam verilməsi,rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi hissəsində əsassızıdr və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi cavabdehlərin mənzilindən istifadə hüququna xitam verilməsi,rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi predmeti üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün İddiaçı X9 ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı X7 xeyrinə 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat məbləğində borc tutulmalı, tutma ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına İddiaçı X2 edilmiş tələbləri ödənilməli, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən ən geci 1 ay ərzində çıxarılmalı, İddiaçı X1 tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda, elektron xidmətlər portalından çıxarışdan aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı X7 xeyrinə 87112,96 (səksən yeddi min yüz on iki manat doxsan altı qəpik) manat əsas borc, 3906,39 (üç min doqquz yüz altı manat otuz doqquz qəpik) manat faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidməthaqqı olaraq ödənilmiş 30 manat məbləğində pul tutulsun. Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələbləri ödənilsin. İddiaçı ASC-nin xeyrinə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzili hərracdan satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1426/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1426/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver