Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1427/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mirzəyeva Turanə Seymur qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,600 manat məbləğində pulun və 46 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə Cavabdeh1 AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, üzərində qəti olaraq 03 il 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmə əsasən Cavabdeh2AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, üzərində qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Belə ki, Cavabdeh1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi 1B ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu İddiaçı ASC-nin balansında olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1800 manat dəyərində alüminium qapı-pəncərə komplektini və bir ədəd 800 manat dəyərində dəmir jalüzü özləri ilə gətirdikləri dəmirkəsən alətlə kəsib götürərək gizli olaraq talayıb, zərərçəkmişə ümumilikdə 2600 manat ziyan vuraraq oğurluq etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Abşeron rayon Məhkəməsinin 1(012)-29/25 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, üzərində qəti olaraq 03 il 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh2AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, üzərində qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi 1B ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu İddiaçı ASC-nin balansında olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1800 manat dəyərində alüminium qapı-pəncərə komplektini və bir ədəd 800 manat dəyərində dəmir jalüzü özləri ilə gətirdikləri dəmirkəsən alətlə kəsib götürərək gizli olaraq talayıb, Əmanətlərin Sığortalanması Fonduna ümumilikdə 2600 manat ziyan vuraraq oğurluq etmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdehlər hüquqazidd əməl ilə iddiaçıya ziyan vurmuşdurlar. Belə ki, onlar 30 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi 1B ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu İddiaçı ASC-nin balansında olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1800 manat dəyərində alüminium qapı-pəncərə komplektini və bir ədəd 800 manat dəyərində dəmir jalüzü özləri ilə gətirdikləri dəmirkəsən alətlə kəsib götürərək gizli olaraq talamışdırlar. Bu səbəbdən cavabdehlər iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya vurulmuş zərərin əvəzi zərərvuranlar tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 2600 manat pul vəsaiti və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1427/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1427/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver