Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1431/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(001)-1935/2020 saylı qətnaməsinə əsasən Cavabdeh tutularaq İddiaçı verilən alimentin miqdarı (hər ay 200 manat sabit pul məbləği hissə) artırılaraq cavabdehin qazancının (başqa gəlirlərinin) dördə bir hissəsində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(001)-1935/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulmasına” dair iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 02.10.2016-cı il tarixində 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, 5229 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - 16.07.2017-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16.03.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh çalışdığı "xxxx" MMC-də "Daşınmaz Əmlak üzrə Menecer" vəzifəsinə görə 4000 manat məbləğində əmək haqqı alması iddiaçıya Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında keçirilən görüş zamanı cavabdeh tərəfindən verilən izahat əsnasında məlum olmuşdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan ilk iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh kimi ona qarşı "uşaqla ünsiyyətdə olmaq" tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı kimi onun qarşılıqlı iddia üzrə Cavabdeh qarşı "valideynlik hüququnun məhdudlaşdırılması" tələbinə dair 2(009)-202/2021 saylı mülki iş üzrə icraat həmin Məhkəmənin 21.10.2020-ci il tarixli qərardadı ilə dayandırılaraq müvafiq rəylərin verilməsi Komissiyaya həvalə edilmişdir. Komissiyada audio və video texniki vasitələrindən istifadə etməklə keçirilən görüş zamanı Cavabdeh iş yerindən 17.11.2020-ci il tarixli xasiyyətnamə təqdim edərək, tutduğu vəzifə üzrə 4000 manat əmək haqqı aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh İddiaçı ilə birgə nikahlarından olan 16.07.2017-ci il təvəllüdlü X5 adlı uşaqla ünsiyyət qurmaq arzusu və cəhdləri bir ata olaraq Cavabdeh tərəfindən ürəkdən və candan gələn atalıq hissləri ilə israrlarla istənilsə də, bu münasibətlər İddiaçı tərəfindən qanunsuz olaraq birtərəfli qaydada ləğv olunmuşdur. 1 ildən artıq müddət ərzində mövcud olan bu maneənin aradan qaldırılması üçün Cavabdeh ata olaraq dəfələrlə Leyla Kamil qızına (eləcə də qohumları vasitəsi ilə Leyla Kamil qızının qohumlarına) müraciətlər etsə də, o bütün mümkün vasitələrlə azyaşlı övladı ilə atasının ünsiyyətinə maneə olmuş, bunun üçün uşağın atasında guya ağır şizofreniya xəstəliyinin əlamətlərinin olması (şəxsin rəsmi dövlət sənədləri üzrə və faktiki olaraq sağlam olmasına baxmayaraq) kimi cəfəng xarakterli mülahizələri bildirməkdən də çəkinməmiş, cəmiyyətdə və ailədə nümunəvi bir insan olan Cavabdeh bütün mümkün vasitələrlə ləkələmək və gözdən salmağa çalışmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı ilə iddianın təmini tədbiri kimi uşaqla müvəqqəti ünsiyyət qaydaları müəyyən olunmuş və müvəkkili yalnız məhkəmə qərardadı məcburi icraya yönəldikdən sonra öz övladı ilə qismən ünsiyyətə nail olmuşdur. Məlum olduğu kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması ilə İddiaçı himayəsində saxlanılan azyaşlı 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 200 manat alimentin ödənilməsi qət edilmişdir. Xüsusi olaraq bildirir ki, bu ödənişin həyata keçirilməsində hər hansı bir yubanma olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4906/2020 saylı mülki iş üzrə iddiaçı Leyla Kamil qızı bildirmişdir ki, o, Macarıstan dövlətinin Bakı şəhərində yerləşən səfirliyində işləyir, onun aylıq məvacibi 2000 (iki min) manat təşkil edir, yəni maddi baxımdan tam təminatlı şəxsdir. Cavabdeh 23 oktyabr 2020-ci il tarixdən "xxxx" MMC-də əvəzçilik üzrə işə qəbul olunmuş, hazırda burada daşınmaz əmlak üzrə məsləhətçi vəzifəsində çalışır və onun ümumi aylıq əmək haqqı 375.42 (üz yüz yetmiş beş manat qırx iki qəpik) təşkil edir, əlavə çalışdığı iş yeri və qazancı yoxdur, valideynləri ilə birlikdə yaşayır. Əvvəllər paralel olaraq çalışdığı əlavə işindən də cari ilin aprel ayının 1-də qanunvericiliklə müəyyən olunmuş qaydada 1 ay öncədən ərizəsini təqdim etməklə 30 aprel 2021-ci il tarixdən çıxarılmışdır. Aylıq məvacibi 2000 (iki min) manat təşkil edən ananın aylıq məvacibi 375 manat təşkil edən atadan aliment tələbinin artırılmasını tələb etməsi nə atanın nə də uşağın mənafeyinə xidmət etmir. Bir daha qeyd edir ki, Cavabdeh pandemiya məhdudiyyətlərinə, çoxsaylı maddi çətinliklərə baxmayaraq valideynlərinin dəstəyi ilə azyaşlı övladına sabit məbləğdə hər ay 200 manat aliment ödənişini həyata keçirir. Bu məbləğin hər hansı bir əsasla artırılması atanın aclıq vəziyyətinə düşməyinə, maddi çətinlikdən xəstələnməsinə səbəb ola bilər ki, bu da onun azyaşlı övladının maraqlarına uyğun deyildir. Qəribə hal burasındadır ki, tam təminatlı ailənin üzvü olan iddiaçı heç vaxt alimentlə bağlı problem yaşamadığı və maddi cəhətdən təminatlı olduğu halda Cavabdeh digər işindən çıxmaq barədə ərizəsini təqdim etdiyi andan etibarən dərhal alimentin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirir ki, 16.07.2017-ci il təvəllüdlü X3 müvəkkili tərəfindən sabit məbləğdə hər ay 200 manat aliment ödənişini həyata keçirildiyi halda hazırkı iddia tələbi üzrə alimentin məbləği 93 manat 85 qəpik aliment ödənişini təşkil edəcək ki, bu da alimentin artırılması deyil, azalması anlamı daşıyır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(009)-1935/2020 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı X6 ilə Cavabdeh arasında 02 oktyabr 2016-cı il tarixdə 5 saylı Bakı "Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 5229 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - 16.07.2017-ci il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanılması, 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 mart 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 17.11.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Cavabdeh 01.11.2017-ci il tarixində "xxxx" MMC-də “Daşınmaz Əmlak üzrə Menecer” vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 04.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh 30.04.2021-ci il tarixindən "xxxx" MMC-dən öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə 30.04.2021-ci il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən “Mərəndskiy və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış 08.05.2021-ci il tarixli, **********2 nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə 30.04.2021-ci il tarixindən xitam verilmiş, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsi isə qüvvədədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mərəndskiy və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 25.06.2021ci il tarixli, 05/4669-14 nömrəli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh “C-Telecom Holding” və “X8” MMClərin adından etibarnamələrin 16.05.2021, 11.06.2021 və 21.06.2021-ci il tarixlərdə Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq edildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "Neqsol" Holding tərəfindən verilmiş 20.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən 23 oktyabr 2020-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əvəzçilik üzrə işə qəbul olunmuşdur. Hal-hazırda Daşınmaz əmlak üzrə məsləhətçi vəzifəsində çalışır və onun ümumi aylıq əmək haqqı 375.42 (üç yüz yetmiş beş manat qırx iki qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Məhkəmənin sorğusuna əsasən "xxxx" KB ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən verilmiş cavab məktublarından görünür ki, Cavabdeh adına bank hesabları mövcud deyildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsinə əsasən, X6 ilə Cavabdeh arasında 02 oktyabr 2016-cı il tarixdə 5 saylı Bakı "Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin ümumi uşaqları - 16.07.2017-ci il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanılması və 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 mart 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 01.11.2017-ci il tarixində "xxxx" MMC-də “Daşınmaz Əmlak üzrə Menecer” vəzifəsinə qəbul edilmiş, 30.04.2021-ci il tarixindən "xxxx" MMC-dən öz xahişi ilə işdən azad olunmuş, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əvəzçilik üzrə işə qəbul olunmuş və Daşınmaz əmlak üzrə məsləhətçi vəzifəsində çalışır və onun ümumi aylıq əmək haqqı 375.42 (üç yüz yetmiş beş manat qırx iki qəpik) manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(009)-1935/2020 saylı qətnaməsi ilə 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 mart 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X4 ödənilməsi qət olunsa da, hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılaraq cavabdehin qazancının (başqa gəlirlərinin) dördə bir hissəsində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bunu Cavabdeh çalışdığı "xxxx" MMC-də "Daşınmaz Əmlak üzrə Menecer" vəzifəsinə görə 4000 manat məbləğində əmək haqqı alması ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 01.11.2017-ci il tarixində "xxxx" MMC-də “Daşınmaz Əmlak üzrə Menecer” vəzifəsinə qəbul edilmiş, 30.04.2021-ci il tarixindən "xxxx" MMC-dən öz xahişi ilə işdən azad olunmuş, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əvəzçilik üzrə işə qəbul olunmuş və Daşınmaz əmlak üzrə məsləhətçi vəzifəsində çalışır və onun ümumi aylıq əmək haqqı 375.42 (üç yüz yetmiş beş manat qırx iki qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin hər ay dörddə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə iddia tələbini işin faktiki halları və tərəflərin irəli sürdüyü dəlillərlə və tədqiq edilmiş sübutlarla müqayisə şəkildə təhlil edərək, eləcə də uşağın üstün mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalı olduğunu, respublikada 2021-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, həmçinin Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Daşınmaz əmlak üzrə məsləhətçi vəzifəsində çalışaraq 375.42 (üç yüz yetmiş beş manat qırx iki qəpik) manat məbləğində aylıq əmək haqqı almasını, alimentin qazancın və ya başqa gəlirlərin qanunvericiliyə müvafiq hissəsi miqdarında müəyyən ediləcəyi halda, uşağa məhkəmə tərəfindən təyin olunmuş 200 manat sabit pul məbləğində alimentin miqdarından az miqdarda məbləğ olacağını nəzərə alır və tərəflərin azyaşlı uşağı 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq-dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərin) dördə bir hissəsində müəyyən edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, İddiaçı 16.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq qazancının (başqa gəlirlərin) dördə bir hissəsində müəyyən edilməsi barədə iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh qazancının 4000 (dörd min) manat məbləğində olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, cavabdehin yuxarıda qeyd ediləndən (375,42 manat) başqa gəlirinin və ya qazancının olması halı isə müəyyən edilməmişdir. Məhkəmə iddiaçının bir neçə hüquqi şəxsin cavabdehə etibarnamə vermələri barədə dəlili ilə bağlı onu da qeyd edir ki, şəxsə hər hansı bir hüquqi şəxs tərəfindən müəyyən hərəkətləri etməsi üçün etibarnamə verilməsi həmin şəxsin bunun müqabilində gəlir və ya qazanc əldə etməsini təsdiq etmir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1431/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1431/2021
29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver