Məhkəmə qərarları › İş №2(009)-1453/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1453/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1453/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 1412.2 (min dörd yüz on iki dollar iki sent) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7034.26 (yeddi min otuz dörd dollar iyirmi altı sent) ABŞ Dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 27.5 faizlə 12 ay müddətinə 5000 ABŞ Dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh banka xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3158.72 ABŞ dolları əsas borc, 1661.19 ABŞ dolları faiz borcu, 1412.2 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7034.26 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxx” İKB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 21-Y-3-0-431-15 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxxxx” İKB borcluya 12 ay müddətinə, illik 27,5 faiz hesablanmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın üzərinə düşən düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə ləazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu Məbləğin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarda Banka dəbbə pulu ödəməlidir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixinə banka 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 1412.2 (min dörd yüz on iki dollar iki sent) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7034.26 (yeddi min otuz dörd dollar iyirmi altı sent) ABŞ Dolları borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 bank günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş çıxarışa əsasən “xxxxxx” İKB ASC İddiaçı ASC-yə çevrilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxxxx” İKB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 21-Y-3-0-431-15 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxxxx” İKB borcluya 12 ay müddətinə, illik 27,5 faiz hesablanmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh xx.xx.2020-ci il tarixinə banka 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 1412.2 (bir min dörd yüz on iki dollar iki sent) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7034.26 (yeddi min otuz dörd dollar iyirmi altı sent) ABŞ Dolları borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh “xxxxxx” İKB ilə kredit müqaviləsi bağlanmışdır. Borclu üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “1412,2 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 3158,72 ABŞ dolları əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1412,2 ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 5 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, “xxxxxx” İKB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 21-Y-3-0-431- 15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 100 (yüz) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5722,06 (beş min yeddi yüz iyirmi iki dollar altı sent) ABŞ Dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxx” İKB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 21-Y-3-0-431-15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 100 (yüz) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixdən, xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5722,06 (beş min yeddi yüz iyirmi iki dollar altı sent) ABŞ Dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar