Məhkəmə qərarları › İş №2(009)-1453/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1453/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1453/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müracitə edərək borclu Cavabdeh xeyrilərinə 640,33 ABŞ dolları əsas, 59,88 ABŞ dolları faiz, 6.08 ABŞ dolları cərimə, cəmi 706,29 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, kreditor «X1» ASC ilə boclu Cavabdeh arasında bağlanmış 06.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 26% ödəmək şərtilə 1000 ABŞ dolları məbləğində krediti limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən borcverən «Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir.» Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə «Bu müqaviləyə əsasən borcverən» müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə borcalana kredit xətti ayrılır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 640,33 ABŞ əsas, 59,88 ABŞ faiz, 6,08 ABŞ cərimə, cəmi 706,29 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor xxxx KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli əmri ilə Cavabdeh kreditor «xxxx» KB ASC-nin xeyrinə 640,33 ABŞ dolları əsas borc, 59,88 ABŞ dolları faiz borcu, 6,08 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh 23.04.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli, 2(009)-6004/2016 tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. ünvan 1əsinin 2(009)-6004/2016 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli, 2(009)-6004/2016 saylı məhkəmə əmrinə etiraz ərizəsinin geri qaytarılması qərara alınmışdır. Borclu Cavabdeh 29.04.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 1əsinin 2(009)-6004/2016 saylı, 26 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini, ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli, 2(009)-6004/2016 tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli məhkəmə əmrinin surəti ona ğöndərimiş və guya o, 13.12.2016-cı il tarixdə həmin əmrin surətini almışdır. O, Bakı şəhəri Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin 10.11.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİ-nin 8-ci PB- nin əməkdaşları tərəfindən həbs olunmuş və Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xidməti otağına gətirilmişdir. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarla alınmış, təhqirlərə, fiziki zorakılığa məruz qalmışdır. Müstəntiqin bu qanunsuz hərəkərlərindən Səbail rayon prokuroruna, Azərbaycan Pespublikasının Baş Rpokuroruna, Bakı şəhər prokuroruna rəsmi şikayətlər yazmışdır. Müstəntiqi yoxlamaq və cəzalandırmaq əvəzinə, heç bir yoxlama aprılmamış, ona rəsmi cavab verilməmişdir. O, şübhəli şəxs qismində saxlanılmış, barəsində ünvan 1əsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 16 noyabr 2016-cı il tarixli qərarı ilə onun müdafiəçisi Abşeron rayon hüquq məsləhətxanasının vəkili N.N.Abasovun apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın 10.04.2019-cu il tarixli qərarı ilə müdafiəçisi N.N.Abasovun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, ona verilmiş ittihamın bir hissəsinə xitam verilmiş, digər hissədə araşdırlması üçün yeni apellyasiya baxışına qaytarılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilməsi qərara alınmışdır. Lakin Ali Məhkəmənin bu qərarı 8 ğündən sonra icra olunmuş və o, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsindən ağır xəstə vəziyyətində azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli hökmü ilə müdafiəçisi N.N.Abasovun apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, ona verilmiş ittiham üzrə təqsirliliyi subuta yetirilmədiyinə ğörə təqsirsiz hesab olumaqla bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli hökmündən kassasiya protesti və şikayəti verilməmişdir. Hökm qanuni qüvvəyə mimişdir. Göründüyü kimi, ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli məhkəmə əmrinin surəti ona ğöndərilsə də, o, həmin əmri 13.12.2016-cı il tarixdə ala bilməzdi. Ona ğörə ki, o, Bakı 1 saylı İstintaq Tədricxanasında olmuşdur. Ona görə də, şikayətinin təmin edilməsini xahiş etmişdir. ünvan 1əsinin 03 may 2021-ci il tarixli qərardadı ilə ünvan 1əsinin 2(009)-6004/2016 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş, oğlunun ünvan 1əsinin 21 noyabr 2016-cı il tarixli, 2(009)-6004/2016 saylı məhkəmə əmri ləğv edilmiş və materiallara iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və izah etdi ki, cavabdehin 06.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 25.05.2021-ci il tarixə borcu: əsas məbləğ üzrə 533,76 ABŞ dolları, faiz üzrə 49,91 ABŞ dolları, cərimə faizləri 5,07 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddianın iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı həcmində təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, kreditor «X1» ASC ilə boclu Cavabdeh arasında bağlanmış 06.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 26% ödəmək şərtilə 1000 ABŞ dolları məbləğində krediti limiti ayrılmışdır. Təqdim olunmuş 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X1” ASC-yə borcu aşağıdakı kimidir: 533,76 ABŞ dolları əsas borc, 49,91 ABŞ dolları faiz borcu, 5.07 ABŞ dolları cərimə borcu, cəmi 588,74 ABŞ dolları. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh “xxxx” KB ASC ilə 06.03.2015-ci il tarixli müqaviləsinə əsasən istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 26% ödəmək şərtilə 1000 ABŞ dolları məbləğində krediti limiti ayrılmışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə 25.05.2021-ci il tarixə cavabdehin banka 533,76 ABŞ dolları əsas, 49,91 ABŞ dolları faiz borcu və 5.07 ABŞ dolları cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 533,76 ABŞ dolları əsas borc və 49,91 ABŞ dolları faiz borc tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 5,07 ABŞ dolları cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qanunun qeyd olunan normasının tələbinə uyğun olaraq, hesab edir ki, hesab edir ki, 5,07 ABŞ dolları cərimə məbləğlərinin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 533,76 (beş yüz otuz üç ABŞ dolları yetmiş altı sent) ABŞ dolları məbləğində əsas borc, 49,91 (qırx doqquz ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ərizənin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, ünvan 1əsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar