Məhkəmə qərarları › İş №2(009)-1455/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1455/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1455/2020 23.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 23 faizlə 24 müddətinə 1300 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh banka fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə 1028,24 manat əsas borc, 115,51 manat faiz borcu və 28,43 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1172,18 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə 1028,24 manat əsas borcun, 115,51 manat faiz borcunun və 28,43 manat cərimə borcu olmaqla, cəmi 1172,18 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən Bank Cavabdeh 2 il müddətinə, illik faiz dərəcəsi 27%-dək 15000 manatadək kredit xətti ayırmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə 24 ay müddətinə, illik 23% ödəmək şərti ilə 1300 manat kredit verilmiş, həmin müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə 1028,24 manat əsas, 115,51 manat faiz və 28,43 manat cərimə borcu təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə «xxxxxx» İKB ASC (indiki İddiaçı ASC) arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standard şərtlərlə müqavilə bağlanılmış və həmin müqavilə üzrə cavabdehə kredit xətti açılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh standard şərtlərə uyğun “sms” vasitəsi ilə kredit məbləğinin alınması ilə bağlı banka müraciət göndərdikdən sonra müqavilə bağlanmış hesab edilir. Cavabdehin müraciətinə uyğun olaraq ona ayrılmış kredit məbləği iddiaçının adına açılmış hesaba köçürülür və həmin andan cavabdehin aldığı kredit məbləğinin qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun öhdəliyi yaranır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının müraciətinə uyğun olaraq ona 24 ay müddətinə, illik 23%-lə 1300 manat kredit verilmişdir. Lakin iddiaçı həmin krediti alsa da, müqavilənin şərtlərinə əsasən onun qaytarılmasın ilə bağlı öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2020-ci il tarixədək 1028,24 manat əsas, 115,51 manat faiz və 28,43 manat cərimə borcu olmaqla, cəmi 1172,18 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 1028,24 manat əsas borc, 115,51 manat faiz, 28,43 manat cərimə, cəmi 1172,18 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 1028,24 manat əsas borc, 115,51 manat faiz borcu və 28,43 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1202,18 (bir min iki yüz iki manat on səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar