Məhkəmə qərarları › İş №2(009)-1457/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1457/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1457/2020 23.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən “Samsung” markalı paltaryuyan, İMEİ kodu **********37937 “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 1616 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1355 manat (11 ay x 105 manat + 200 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan üçün 809 manat olmaqla, ondan 735 manat ödənilməmiş məbləğ, 74 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 784 manat (16 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********37937 “Samsung Galaxy A50” markalı telefon üçün 807 manat olmaqla, ondan 734 manat ödənilməmiş məbləğ, 73 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 670 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Samsung” markalı paltaryuyan üçün 735 manat əsas borc, 74 manat cərimə, “Samsung Galaxy A50” markalı telefon üçün 734 manat əsas borc, 73 manat cərimə, ümumilikdə 1616 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1646 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh “Samsung Galaxy A50” markalı mobil telefonu 16 ay müddətinə ödənilmək şərti ilə (ayda 49 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 784 manat təşkil edir. İş üzrə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh “Samsung” markalı paltaryuyan 11 ay müddətinə ödənilmək şərti ilə (ayda 105 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1355 manat təşkil edir. İş üzrə «xxxxxxxxxxx» tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 734 manat əsas, 73 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas, 74 manat cərimə, cəmi 1616 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqısatqı qiyməti 784 manat olan “Samsung Galaxy A50” markalı mobil telefon və alqı-satqı qiyməti 1355 manat olan “Samsung” markalı paltaryuyan pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefon və paltaryuyan Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 735 manat əsas borc, 74 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 734 manat əsas borc, 73 manat cərimə, cəmi 1616 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixə yaranmış 735 manat borc, 74 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixə yaranmış 734 manat borc, 73 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1646 (bir min altı yüz qırx altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar