Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1465/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” KB ASC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” KB ASC borclu Cavabdeh qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 481,42 manat əsas, 48,93 manat faiz və 19,31 manat cərimə borcu olmaqla, cəmi 549,66 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor «xxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış 26.08.2013-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.16-cı bəndinə əsasən "Bu Müqavilə üzrə "Borcverən" kredit xəttinin limitini 5000 (beş min) manatadək artıra bilər". Bu müqavilənin 1.3-cü bəndinə əsasən "Bu halda borcalanın razılığı tələb olunmur". Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə "Borcverən" bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə və faizlə "Borcalan"a kredit xətti ayırır. "Borcalan" isə öz növbəsində bu müqavilənin 4.3.2-ci bəndinə əsasən "Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə "Bank"-a qaytarır". Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 27 oktyabr 2016-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 481,42 manat əsas, 48,93 manat faiz, 19,31 manat cərimə borcu olmaqla, cəmi 549,66 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2(009)- 5728/2016 saylı məhkəmə əmri ilə Cavabdeh (doğum tarixi: xx.xx.1958-ci il; doğum yeri: Gəncə şəhəri, qeydiyyatda olduğu ünvan: ünvan 2an: ünvan 3orcu üzrə 481 (dörd yüz səksən bir) manat 42 (qırx iki) qəpik, faiz borcu üzrə 48 (qırx səkkiz) manat 93 (doxsan üç) qəpik, cərimə borcu üzrə 19 (on doqquz) manat 31 otuz bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat, ümumilikdə 569 (beş yüz altımış doqquz) manat 66 (altımış altı) qəpik məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Məhkəmə əmri ilə razı olmayan borclu Cavabdeh 23.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.04.2021ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, faiz və cərimə borcunun əsassız olaraq hesablandığını bildirərək, iddia tələbinin faiz və cərimə borcunun tutulmasına aid hissədə rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 26.08.2013cü il tarixli, 2656SSTB2/13 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Bank borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 27.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 26.08.2013-cü il tarixli, 2656SSTB2/13 nömrəli kredit müqaviləsinə əsasən 27.10.2016-cı il tarixinə 481,42 manat əsas, 48,93 manat faiz və 19,31 manat cərimə borcu olmaqla, cəmi 549,66 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 28.10.2016-cı il tarixli ödəniş taşırığından görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 26.08.2013-cü il tarixli, 2656SSTB2/13 nömrəli kredit xətti müqaviləsinə əsasən Bank borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayırmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 27 oktyabr 2016-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 481,42 manat əsas, 48,93 manat faiz, 19,31 manat cərimə borcu olmaqla, cəmi 549,66 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh “xxxx” KB ASC ilə kredit müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 481,42 manat məbləğində əsas borcun və 48,93 manat məbləğində faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin “19,31 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 481,42 manat əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 19,31 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 2 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 5 (beş) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 26.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 27.10.2016-cı il tarixinə 481,42 (dörd yüz səksən bir manat qırx iki qəpik) manat əsas borc, 48,93 (qırx səkkiz manat doxsan üç qəpik) manat faiz borcu, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 532,35 (beş yüz otuz iki manat otuz beş qəpik) məbləğində kredit borcu Cavabdeh tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 5 (beş) manat hissəsi isə iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 26.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 27.10.2016-cı il tarixinə 481,42 (dörd yüz səksən bir manat qırx iki qəpik) manat əsas borc, 48,93 (qırx səkkiz manat doxsan üç qəpik) manat faiz borcu, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 532,35 (beş yüz otuz iki manat otuz beş qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1465/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1465/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver