Məhkəmə qərarları › İş №2(009)-1466/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1466/2022

10.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1466/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi və İZ formalı aktın verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi və İZ formalı aktın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mən “Azneft” İstehsalat Birliyinin struktur bölməsi olan “Abşeronneft” Neft Qazçıxarma” İdarəisi rəisinin xx.xx.1995-ci il tarixli, 107 saylı əmri ilə həmin idarənin 3 saylı sexinə neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2020-ci ildə mənimlə bağlı bədbəxt hadisə baş verib xəstəxanaya düşənə kimi bu idarədə operator vəzifəsində işləmişəm.İş qrafıkinə uyğun olaraq mən iş yoldaşlarımla birgə 1 (bir) həftə işə gedir,bir həftə işləyir və soma evə qayıdıb bir həftə istirahət edəndən soma yenidən işə gedirdim. xx.xx.2020-ci ildə yenə işə çıxma qrafıkinə uyğun olaraq iş yoldaşlarım ilə birlikdə 7(yeddi) günlük “Abşeronneft”NQÇİ-nin 1120 saylı dəniz özülünə işə getmişdim.Yeddi günlük iş növbəmiz başa çatmasına baxmayaraq “pandimiya” olduğunu deyib bizi dəyişmədilər və bu minvalla mən və iş yoldaşlarım xx.xx.2020-ci ilə kimi fasiləsiz, gah dündüz növbəsində,gah da gecə növbəsində iş yerində qalıb işləməyə məcbur olduq.Biz tez-tez 3 saylı X5 rəisi Mirdaməd Yusifovla telefon vasitəsilə əlaqə saxlayıb dəyişilməyimizi və evlərimizə getmək üçün sahilə çıxarılmağımızı dedikcə,o, hər dəfə bizə deyirdi ki,hər şeydən məlumatlıdır,tezliklə növbəmizi dəyişib evə getməyimizi təmin edəcəkdir.Lakin növbəmiz dəyişilmir və biz yenə işdə qalıb işləyirdik.Bizim uzun müddət 1120 saylı dəniz özülündə qalıb işləməyimizdən “Abşeronneft” NQÇİ-nin rəisi Ramil Quliyevin də məlumatı var idi. xx.xx.2020-ci ildə hətta Ramil Quliyev bizimlə görüntülü telefon əlaqəsinə çıxaraq mənimlə və mənim iş yoldaşlarımla danışdı.X8 danışan zaman ona istehsalat sahəsində işlərin normal olduğunu,bir ay işdə qalıb işlədiyimizi,bizi dəyişmədiklərini,fasiləsiz olaraq bir ay işləməyimizlə bağlı həm fiziki, həm də psixoloji cəhətdən möhkəm yorulduğumuzu,artıq dözə bilmədiyimizi,ciddi gərginlik və yorğunliq altında olduğumuzu, bu bir ay müddətində hər birimizin ailəsində də bir sıra problemlər yarandığını onun nəzərinə çatdırdıq və bizi tezliklə dəyişməyi və evlərimizə getməyi təmin etməyi xahiş etdik.Eyni sözləri biz 3 saylı X5 rəisi Mirdaməd Yusifovla telefon vasitəsilə əlaqə saxlayıb danışan zaman ona da deyirdik.Ancaq bizi dəyişmirdilər. 1 (bir) ay dayanmadan,fasiləsiz dəniz şəraitində işləmək bizi həddindən artıq yormuşdu.Artıq biz nə fiziki, nə də psixoloji cəhətdən dözə bilmirdik.xx.xx.2020-ci il saat 20 radələrində gərgin işdən sonra şam yeməyinə gəlmişdik. Şam yeməyindən sonra da işimizi davam etdirməli idik.Belə ki,bizi əvəz edən olmadığına görə iş yoldaşlarımızla razılaşıb gecə-gündüz işləyirdik ki,heç bir şey nəzarətsiz qalmasın və istehsalatda hər hansı bir problem yaranmasın.Şam yeməyimizi yeyəndən sonra telefonla danışmaq üçün televizor olan otaqdan tambura,ratsiya olan otağa keçərkən ağayım bilmədən qapının kandarına ilişdi və mən özümü saxlaya bilməyib zərblə möhkəm şəkildə yerə,döşəməyə yıxıldım və özümdən getdim.Həmin vaxt operator vəzifəsində işləyən iş yoldaşlarım Qabil Kərimov və Fazil Əliyev orada olmuşlar.Onlar möhkəm tappıltı səsi eşidib tabbura keçib baxarkən məni döşəmədə yıxılıb hərəkətsiz qaldığımı görmüşlər.İş yoldaşlarım mənə xeyli yardım edəndən sonra məni özümə gətirmişlər.Özümə gələndən sonra bədənimdə kəskin ağrıların olmasını və güclə nəfəs aldığımı hiss etdim.Demək olar ki,nəfəs ala bilmirdim.Yanımda olan iş yoldaşlarım vəziyyətim barədə dərhal “Abşeronneft” NQÇİ-i üzrə növbətçiyə məlumat vermişlər.Ancaq idarədən hava küləkli olduğuna görə məni sahilə çıxarıb həkimə çatdırmaq üçün ardımca gəmi göndərilməsinin mümkün olmadığını deyirdilər.Mən bir təhər özümü toparlayıb iş yoldaşlarıma dedim ki,X6ə zəng edib vəziyyətim barədə məlumat versinlər.Artıq həmin vaxt mənim səsim də tutulmuşdu, əvvəlki səslə danışa bilmirdim,danışanda boğulurdum.İş yoldaşlarım eyni zamanda düşdüyüm vəziyyət barədə həm 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifov,həm də “Abşeronneft” NQÇİ-nin rəhbərliyinə məlumat vermişdilər.”Azneft” İstehsalat Birliyinin rəhbərliyinə də mənim düşdüyüm vəziyyət barədə məlumat verilmişdi. Onların da hər şeydən xəbərləri var idi.”Azneft” İstehsalat Birliyi də hər şeydən məlumatlı idi.Yanımda olan iş yoldaşlarım tez-tez 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifovla əlaqə saxlayır,vəziyyətim barədə ona məlumat verir və məni sahilə çıxarmaq üçün gəminin gəlib-gəlməməsini ondan soruşurdular.Sonradan mənə məlum olmuşdur ki,”Azneft” X2 Nəqliyyat şöbəsinin rəisi Qalib Cəlilov işə qarışandan sonra məni sahilə çıxarmaq üçün gəmi ayrılmışdır. xx.xx.2020-ci il saat 10 radələrində məni 1120 saylı dəniz özülündən “Dübəndi”Neft terminalı limanına çıxardılar və Pirallahı rayonunun 18 saylı X9 Stansiyasının həkimlərinə təhvil vermişlər.Həmin vaxt məni sahilə gətirən gəmini qarşılamağa “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanov,3 saylı NQÇS-nin rəis müavini Bəxtiyar Rzayev və həkim olan qardaşım qızı gəlmişdi.Həkimlər məni müayinə etdikdən sonra problemin ürəyimlə bağlı olduğunu və təcili məni xəstəxanaya çatdırılmasım bildirmişlər.X9 briqadasının həkimləri tibbi sığorta ilə əlaqəyə girib vəziyyətim barədə onlara məlumat verəndən sonra onların göstərişi və tapşırığı ilə məni qarşılayan X9 briqadasının həkimləri məni “Bakı Sağlamlıq Mərkəzinə” gətirmişlər.Burada da həkimlər məni yenidən müayinə etmişlər.Problemin ürəyimdə olduğunu müəyyən edəndən sonra dərhal məni əməliyyat otağına qaldırmış və həmin gün açıq ürək əməliyyatı ilə üzərimdə cərrahi əməliyyat aparılmış və mən xx.xx.2020-ci ilə kimi stasionar şəraitdə “Bakı Sağlamlıq Mərkəzin”də müalicə olunmuşam.”Bakı Sağlamlıq Mərkəzi”ndən mənə verilmiş epikrizdə son diaqnoz olaraq əsas xəstəlik kimi “aortanm döş hissəsinin cırılmış anevrizması,yanaşı xəstəliklər kimi “sol mədəcik çatışmamazlığı”, ’’aortanm koarktasiyası(preduktal),(posduktal),insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla”, “əvvəllər keçirilən miokard infarktf’qeyd edilmişdir.Daha sonra epikrizin “Anamnesis Vitae” hissəsində 1 aya yaxındır ki,şəkərli diabetdən əziyyət çəkir qeyd edilmişdir. Barəmdə verilmiş epikrizdə yanaşı xəstəliklər kimi “insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla,“əvvəllər keçirilən miokard infarktı” barədə yazılanlar heç bir həqiqətə uyğun deyildir.Bu barədə yazılan fikirlər tamam yalnış və səhv fıkirlərdir.Mən belə başa düşürəm ki,bu fikirlər xüsusi sifariş əsasında epikrizdə yazılıb ki,mənə İZ formalı aktın verilməsindən imtina edilsin.Ona görə ki, xx.xx.2020-ci ildə məlum hadisə baş verənə kimi mənim ürəyimdən heç vaxt şikayətim olmayıb.Ürəyim məni heç vaxt incitməyib,ürəyimlə bağlı hər hansı müalicələr almamış və dərmanlar qəbul etməmişəm.Miokard infaktı da keçirməmişəm.Eyni zamanda xx.xx.2020-ci ilə kimi və ondan sonra indiyə kimi şəkərli diabet xəstəliyindən də əziyyət çəkməmiş və hazırda da əziyyət çəkmirəm.Şəkərli diabet xəstəliyi ilə bağlı heç vaxt müalicələr almamış və bununla bağlı hər hansı dərmanlar da qəbul etməmişəm.Hazırda da bununla bağlı heç bir dərman qəbul etmirəm.Nəslimizdə də irsi olaraq heç kimdə belə bir xəstəlik olmayıb.Mən açıq ürək əməliyyatı olunandan sonra indiyə kimi dəfələrlə “Bakı Sağlamlıq Mərkəzində” müayinələrdən keçmişəm müayinələr zamanı da məndə şəkərli diabet xəstəliyi aşkar olunmayıb.Mənim şəkərli diabet xəstəliyindən hər hansı formada əziyyət çəkməməyim xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə “Bakı Sağlamlıq Mərkəzi”ndə veridiyim sidiyin ümumi analizi barədə mənə verilmiş xx.xx.2020-ci il tarixli tibbi sənəddən də görünür.Həmin bu sənəddə də sidiyimdəki qlukozanml5.04.2020-ci ildə və xx.xx.2020-ci il tarixlərində neqativ olunması qeyd edilmişdir.Həmin sənədi də iddia ərizəmə əlavə edirəm.xx.xx.2020-ci il tarixdə X6 telefonla zəng edərək “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanova və 3 saylı X5 rəisi Mirdaməd Yusifova açıq ürək əməliyyatı yolu ilə ürəyimdən əməliyyat olunduğum barədə məlumat vermişdir.Ancaq əməliyyat olunduğum gündən indiyə kimi nə işlədiyim “Abşeronneft” Neft Qazçıxarma İdarəsindən, nə də 3 saylı NQÇS-nin rəhbərliyindən mənim səhhətim və ailəmin sosial durumu ilə maraqlanan və bizə hər hansı maddi yardım göstərilməmişdir.X6 idarənin baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini Sabit Aslanovdan və idarənin rəhbərliyindən mənə istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar aktın nə vaxt verilməsini soruşanda,ona bildirmişlər ki,mənə belə bir akt düşmür.İşlədiyim “Abşeronneft” Neft Qazçıxarma İdarəsi tam qanunsuz və əsassız olaraq bu günə kimi mənə baş vermiş hadisəyə görə İZ formalı aktı verməkdən imtina edir. Əməliyyat olunduğum gündən etibarən bu günə kimi isə mənə xəstəlik vərəqəsi verilməsi davam edir.Ancaq buna baxmayaraq artıq bir ildən çoxdur ki,işlədiyim idarəyə təqdim etdiyim xəstəlik vərəqələrinə görə mənə ödəniş edilmir.Bu şəbədən də 6(altı) nəfərdən ibarət ailəm çox çıxılmaz ağır maddi duruma düşmüşdür.Müalicələr aldığım tibb müəssisəsi tərəfindən TSEK-na tibbi rəy almaq üçün 5(beş) dəfə 88 nömrəli forma göndərib.TSEK tərəfindən müalicənin davam etdirilməsi, sağalmağım və ya əlil olmağım barədə rəsmi heç bir tibbi rəy verilmədiyi üçün müalicə həkimim xəstəlik vərəqəmi bağlaya bilmədiyini bildirir.TSEK-nin həkimləri işlədiyim idarə tərəfindən mənə istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı akt təqdim edildikdən sonra əmək qabiliyyətimin itirilmə faizini təyin edə biləcəklərini deyir və verilən sorğulara rəsmi cavab vermirlər.Mən baş vermiş hadisə ilə bağlı mənə istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı aktın verilməsi üçün xx.xx.2021-ci ildə X6lə birgə “Abşeronneft”Neft Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyevin qəbulunda oldum.Başıma gələnlər barədə rəis Ramil Quliyevə ətraflı məlumat verdik.Eləmin vaxt qəbulda Baş mühəndisin ƏM və TT üzrə müavini Sabit Aslanov idarə rəisi Ramil Quliyevə bildirdi ki,məni onlar sadəcə xəstə kimi qeydə ahblar.Daha sonra Sabit Aslanov idarə rəisinə yalandan bildirdi ki,işdə yıxılıb yuxarıda qeyd etdiyim vəziyyətə düşməyimdən və açıq ürək əməliyyatı keçirməyimdən xəbərləri olmayıb,onlara işdə olarkən yıxılmağım və açıq ürək əməliyyatı keçirməyim barədə heç kim məlumat verməyib.X10 dediklərinə qəti etirazımızı bildirdirdik və onun tamam yalan danışdığını və dediklərinin heç bir həqiqətə Uyğun olmadığını, onun hər şeydən xəbərdar olduğunu idarə rəisinə dedik.Gedən söhbətlərdən biz belə başa düşdük ki,idarə rəisinin də baş verənlərdən xəbəri var.Lakin mənə İZ formalı aktın verilməməsi məqsədi ilə bağlı hadisə qəsdən gizlədilmiş və baş verən hadisə ilə bağlı işlədiyim idarədə və bununla bağlı ƏƏSMN yanında X7 Xidməti tərəfindən heç bir araşdırma aparılmamışdır.”Abşeronneft”Neft Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyev bizi dinlədikdən sonra bizə bildirmişdir ki,İZ formalı aktın verilməsi onların birbaşa səlahiyyətində deyildir.Belə bir aktı yalnız X7 Xidməti tərəfindən müvafiq təhqiqat aparılandan sonra təhqiqatın nəticələrinə əsasən verə bilərlər.Eyni zamanda bizə bidirdi ki,bu barədə X7 Xidmətinə müraciət etmək hüququmuz vardır.Bildirmək istəyirəm ki,indiyə kimi baş vermiş hadisə ilə bağlı nə məndən,nə də həmin vaxt mənimlə bir yerdə olmuş iş yoldaşlarımdan hər hansı bir izahat alınmamış,baş vermiş hadisə qəsdən gizlədilmiş və hadisə ilə bağlı heç bir araşdırma aparılmamışdır.Ancaq buna baxmayaraq iş yoldaşlarım Qabil Kərimov və Fazil Əliyev öz təşəbbüsü ilə xx.xx.2021-ci ildə baş vermiş hadisə ilə bağlı idarə rəisi Ramin Quliyevin adma izahat yazaraq “Abşeronneff’NQÇİ-nə göndərmişdir. Aldığım xəsarətlə əlaqədar indiyə kimi “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-də istehsalatda baş vermiş hadisə ilə əlaqədr İZ aktı tərtib edilməmişdir.Mən dəfələrlə iş yerinə və baş idarə sayılan “Azneft” İstehsalat Birliyinə bildirmişəm ki,başıma gələn adisə onların təqsiri üzündən,bir həftə işləməli olduğum halda,qanunsuz olaraq l(bir) aydan artıq məni qanunsuz işdə saxlayıb fasiləsiz olaraq gecə və gündüz işləməyə məcbur etmələri və bununla bağlı orqanizmimdə yaranmış fiziki və psixoloji yorğunluq və gərginliklə bağlı iş vaxtında baş verib,ona görə də mənə İZ formalı akt verməlidirlər.Lakin onlar baş verən hadisəni öz maraqları üzündən adicə bir hadisə kimi qiymətləndirərək mənə İZ formalı aktı verməkdən indiyə kimi boyun qaçırırlar. Mən indiyə kimi dəfələrlə “Azneft” İB-nə, “Abşeronneft” NQÇİ-yə, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinə müraciətlər etmişəm.Lakin müraciət etdiyim bu təşkilatlar qanunla üzərlərinə düşən vəzifələrini yerinə yetirib baş vermiş hadisəni ətraflı araşdırıb mənə İZ formalı akt verməkdən tam qanunsuz və əsassız olaraq boyun qaçırırlar. X7 Xidməti mənə göndərdiyi xx.xx.2022-ci il tarixli,2213 ******* saylı cavab məktubunda isə aşağıdakıları qeyd etmişdir: Aparılmış araşdırma zamanı “Azneft” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda “xx.xx.2020-ci il tarixdə iş qrafıkinə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyiniz, xx.xx.2020-ci il saat 20:00 radələrində şam yeməyindən sonra telefonla danışmaq üçün yeməkxana evciyinin dəhlizinə keçdiyiniz,bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşlarınızın Sizi huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördükləri qeyd edilmişdir.Eyni zamanda həmin məktubda xx.xx.2020ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığınız, çağırılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri tərəfindən müayinə olunduğunuz, X12 Xəstəliyi(ÜİX), kəskin koronar sindrom” diaqnozu qoyulduğu,tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəsi” publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. Daha sonra X7 Xidməti həmin məktubunda qeyd etmişdir ki,səhhətinizin pozulması halmm əmələ gəlməsi səbəbi və istahsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə tərəfimizdən müalicə olunduğunuz “Bakı Sağlamlıq Mərkəzi”publik hüquqi şəxsə müraciət olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 41/02/31 saylı məktubda “Aortamn döş hissəsinin cırılmış anevrizması, sol mədəcik çatışmamazlığı,aortamn koarktasiyası(preduktal),(postduktal),insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla,əvəllər keçirilən miokard infaktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğunuz qeyd edilmiş,həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir. Bildiririk ki,AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarf’nm 1.2-ci bəndinin sonuncu abzasına uyğun olaraq infakt, insult tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli olduqda təhqiq edilir. Yuxarıda qeyd edilən səbəblərlə bağlı olaraq səhhətinizin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. AR Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli,24/2 saylı qərarı ilə təsdiq edilmiş”işçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısına dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in tabeliyində olan V.Y.Axundov adma X11 Profilaktika İnstitunun səlahiyyətlərinə aid olduğundan Sizə təyin olunmuş diaqnozların peşənizlə əlaqəli olub- olmamasmm müəyyən edilməsi üçün aidiyyatı üzrə həmin instituta mütaciət etməyiniz tövsiyə olunur. “V.Y.Axundov adma X11 Profilaktika İnstitun”dan mənə göndərilmiş xx.xx.2022-ci il tarixli,59/2 saylı məktubda qetd olunmuşdur ki, pandemiya ilə bağlı İddiaçı xx.xx.2020-ci il tarixindən iş qrafıkinə(vaxta) uyğun olaraq 1120 saylı dəniz özülünə işə getməsi, xx.xx.2020-ci il tarixinədək işləmək məcburiyyətində qalması gərginlik və yorğunluğa səbəb ola bilər, lakin xəstənin səhhətində heç bir narahatlıq olmamış və əmək qabiliyyətini normal davam etdirmişdir.Mən “lakin xəstənin səhhətində heç bir narahatlıq olmamış və əmək qabiliyyətini normal davam etdirmişdir” fikirləri ilə qətiyyən razı deyiləm.Belə ki,yuxarıda qeyd etdiyim kimi bizim iş qrafıkimiz belə idi ki, biz bir həftəliyə 1120 saylı dəniz özülünə işə gedir, bir həftə işləyəndən sonra evə qayıdıb bir həftə istirahət edir və sonra yenidən bir həftəliyə işə çıxırdıq.Bu bizim işimizin ağırlığı,səhhətimizə göstərdiyi mənfi təsir,işimizin xarakteri və digər amillərdən irəli gəlirdi.Lakin xx.xx.2020-ci ildə bir həftəliyə işə çıxandan sonra xx.xx.2020-ci ilə kimi 1 ay 2 gün işəgötürənin təqsiri üzündən növbəmiz dəyişdirilməyib işdə qalıb fasiləsiz olaraq gecə və gündüz işləməyiməyə məcbur edilməyimiz həm məni, həm də iş yoldaşlarımı həm fiziki,həm də psixoloji cəhətdən möhkəm yormuş,bizim səhhətimizə olduqca pis təsir etmiş və səhhətimizdə möhkəm yorğunluq və gərginlik yaratmışdır.Lakin mənə xx.xx.2022- ci il tarixli,59/2 saylı məktubu göndərən “V.Y.Axundov adma X11 Profilaktika İnstitu” və həmin məktubu imzalayan cənab A.M. Abdullayev bunları nəzərə almamış,kiminsə sifarişi və marağı üzündən bunları qəsdən nəzərə almayaraq məktubda həmin əsassız fikirləri qeyd etmişdir. Bir daha qeyd edib bildirmək istəyirəm ki, xx.xx.2020-ci ildə mənimlə bağlı baş vermiş bədbəxt hadisə iş vaxtı istehsalatda baş vermiş bədbəxt hadisədir.Baş vermiş hadisə belə də qiymətləndirilməlidir.Bu hadisə indiyə kimi cavabdehlər tərəfindən qəsdən,bilərəkdən gizlədilmiş,onunla bağlı lazımi araşdırma aparılmamış və baş verən hadisəyə düzgün hüquqi qiymət verilməmişdir.Mənə indiyə kimi İZ formalı aktın verilməməsi tam qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hadisənin istehsalatda baş verməsinin hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı qəflətən səhhətində narahatçılıq yaşamış və bunun nəticəsi olaraq açıq ürək əməliyyatı keçirmişdir. Onun səhhətində yaranan narahatçılığın istehsalatla heç bir əlaqəsi yoxdur və “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş epikrizlə də bu təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1995-ci ildə “Abşeron” NQÇi-yə 3 saylı sexə neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul edilmidir. O, xx.xx.2020-ci il tarixdə iş yerində zərblə möhkəm şəkildə döşəməyə yıxılmış və xx.xx.2022-ci il tarixdə onu gəmi ilə “Dübəndi” Neft Terminalı limanına çıxarmış və Pirallahı rayonunun 18 saylı TTYS-nın həkimlərinə təhvil vermişlər. İddiaçı “Bakı Sağlamlıq Mərkəzi”ndə “aortanın döş hissəsinin cırılmış anevrizması” diaqnozu qoyulmuşdur. İddiaçı qeyd olunan sağlamlıq mərkəzində açıq ürək əməliyyatı keçirmişdir. İddiaçı “Azneft” İB-nə və X7 Xidmətinə müraciət edərək, 2020-ci ilin 14 aprel tarixində “Abşeron” NQÇi-də baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılmasını və istehsalatda bədbəxt hadisə barədə İZ aktının tərtib edilməsini xahiş etmiş, X7 tərəfindən iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən İZ formalı aktın verilməsindən imtina edilmişdir. Yuxarıda sadalananlar iş materiallarında olan ИT-İ № ******* nömrəli əmək kitabçası, İddiaçı tərəfindən “Azneft” İB-nə və X4 ünvanlanmış ərizələr, “V.Y.Axundov adına X1 İnstitutu” Publik Hüquqi şəxs, Azneft” İB və X7 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il, və xx.xx.2022-ci il tarixli məktublar, T 267/2018 saylı rəyin nəticə hissəsi, “Neft Daşları” TSH tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli arayış, “Bakı Sağlamlıq Mərkəzi”nin Epikriz kağızı, ambulator kartdan çıxarış ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə - Əmək Məcəlləsi) 15-ci maddəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əmək Məcəlləsinin 212-ci maddəsinə əsasən, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir, ona nəzarət edir və s. Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Əmək Məcəlləsinin 235-ci maddəsinə əsasən, əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə barədə baş verən günü X7 Xidmətinin yerli bölməsinə (və ya X7 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Bu Qaydaların 1.8-ci bəndinə əsasən ... işəgötürən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə ... cavabdehdir. Eyni Qaydaların 2-ci bəndinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər ... baş vermiş bədbəxt hadisələrin təhqiqatı X7 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X7 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X7 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımı nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti xx.xx.2020-ci il tarixli hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanımamışdır. Bundan başqa hadisənin məhz istehsalatda baş verməsi iddiaçıya ilk tibbi yardım göstərilməsi ilə bağlı tərtib edilmiş sənədlərdə öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar