Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1482/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin - Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC - Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7658.24 manat əsas borc, 1669.99 manat faiz borcu və 184.37 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9512.6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və xx xxx 2019-cu il tarixli, 11-MY-1-01250-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-ci il tarixədək Cavabdeh1 banka xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7658.24 manat əsas borc, 1669.99 manat faiz borcu və 184.37 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9512.6 manat borcu vardır. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh1 onun hüquqi varisi Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Belə ki, ərizəyə əlavə olunmuş 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə olunmuş 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 hüquqi varisi hesab olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(009)-1482/2020 saylı qərardadı ilə Cavabdeh1 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək İddiaçı ASC-yə olan cərimə borcunun azaldılmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 11-MY-1-01250-19 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, “xxxx” İKB ASCborcluya 24 ay müddətinə, illik 28 faiz hesablanmaqla 10.000 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixinə banka 7658.24 manat əsas borc, 1669.99 manat faiz borcu və 184.37 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9512.6 manat manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixinə banka 6458,24 manat əsas borc, 2539,5 manat faiz borcu və 586,51 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9584,25 manat manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 bank günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş çıxarışa əsasən “xxxx” İKB ASC İddiaçı ASC-yə çevrilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ““xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 11-MY-1-01250-19 nömrəli istehlak krediti müqaviləsinə əsasən “xxxx” İKB ASCborcluya 24 ay müddətinə, illik 28 faiz hesablanmaqla 10.000 manat məbləğində kredit vermiş, borclu krediti müqavilə ilə müəyyənləşdirilmiş vaxt ərzində qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyi vaxtında icra etmədiyinə görə (xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən) Cavabdeh1 xx.xx.2020-ci il tarixinə banka 6458,24 manat əsas borc, 2539,5 manat faiz borcu və 586,51 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9584,25 manat manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 “xxxx” İKB ilə istehlak krediti müqaviləsi bağlanmışdır. Borclu üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 Cavabdeh1 hüquqi varisi hesab olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(009)-1482/2020 saylı qərardadı ilə Cavabdeh1 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh2 əsas və faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilən normanı hazırki işə tətbiq edərək qeyd edir ki, iddia tələbi əsas borc hissəsində sonuncu - xx.xx.2020-ci il tarixli maliyyə arayışında göstərilən 6458,24 manat həcmində, faiz borcu isə iddiaçının iddia tələbində tələb etdiyi 1669,99 manat həcmində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, sonuncu maliyyə arayışında cərimə borcunun 586,51 manat olduğu göstərilsə də, iddiaçı iddia tələbində 184.37 manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn əsas borcun 6458,24 manat müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə tələb edilən 184.37 manat məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 20 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh2dan tutularaq iddiaçıya ödənilməli, 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 11-MY-1-01250-19 nömrəli kredit müqaviləsi ləğv edilməli, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 11-MY-1-01250-19 nömrəli kredit müqaviləsi üzrə 6458,24 (altı min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 1669,99 (bir min altı yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu, ümumilikdə 8148,23 (səkkiz min yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 11-MY-1- 01250-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 11-MY-1- 01250-19 nömrəli kredit müqaviləsi üzrə 6458,24 (altı min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 1669,99 (bir min altı yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu, ümumilikdə 8148,23 (səkkiz min yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1482/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1482/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver