Məhkəmə qərarları › İş №2(009)-1486/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1486/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1486/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********67751 X10 4GB markalı telefon ,X8 Xiaomi Mi qoruyucu üzlük , Xiaomi X6qcıq üçün 506 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, cəmi 644 manat, 2) xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq üçün 242 manat ödənilməmiş hissə, 59 manat dəbbə, cəmi 301 manat, 3)xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı üçün 627 manat ödənilməmiş hissə, 154 manat dəbbə pulu, cəmi 781 manat, 4)xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, cəmi 288 manat, 5) xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon üçün 120 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu, cəmi 156 manat, 6) xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X11Dots qulaqcıq üçün 156 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, cəmi 191 manat olmaqla ümumilikdə 2361 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2391 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” X3 ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********67751 X10 4GB markalı telefon ,X8 Xiaomi Mi qoruyucu üzliik, Xiaomi X6qcıq, Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq, Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı, İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon, İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon, X11Dots qulaqcıq almış və nəticədə 2361 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 manat (12 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********67751 X10 4GB markalı telefon ,X8 Xiaomi Mi qoruyucu iizlük, Xiaomi X6qcıq üçün 644 manat olmaqla ondan 506 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 264 manat (12 ay x 22 manat + 0 manat ilkin ödəniş) olan Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq üçün 301 manat olmaqla ondan, 242 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 manat (12 ay x 57 manat + 0 manat ilkin ödəniş) olan Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı üçün 781 manat olmaqla ondan 627 manat ödənilməmiş hissə, 154 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 252 manat (12 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon üçün 288 manat olmaqla ondan 231 manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 manat (2 ay x 60 + 60 manat ilkin ödəniş) olan İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon üçün 156 manat olmaqla ondan 120 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 156 manat (12 ay x 13 manat + 0 manat ilkin ödəniş) olan X11Dots qulaqcıq üçün 191 manat olmaqla ondan 156 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 206 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli müqavilələrə əsasən İMEİ kodu **********67751 X10 4GB markalı telefon, X8 Xiaomi Mi qoruyucu üzliik, Xiaomi X6qcıq, Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq, Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı, İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon, İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon, X11Dots qulaqcıq almış, cəmi 206 manat ödəmiş və nəticədə 2361 manat borc yaranmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********67751 X10 4GB markalı telefon ,X8 Xiaomi Mi qoruyucu üzliik, Xiaomi X6qcıq, Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq , Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı, İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon, İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon, X11Dots qulaqcıq almış və nəticədə 2361 manat borc yaranmışdır.Cavabdeh qeyd olunan müqavilələr üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun İMEİ kodu **********67751 X10 4GB markalı telefon ,X8 Xiaomi Mi qoruyucu üzliik, Xiaomi X6qcıq, Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq , Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı, İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon, İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon, X11Dots qulaqcıq üçün ödənilməmiş 506, 242, 627, 231, 120 və 156 manat əsas borc tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 138, 59, 154, 57, 36 və 35 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğlərin müvafiq olaraq 50, 24, 62, 23, 12, 15 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxx» X2 xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********67751 X10 4GB markalı telefon, X8 Xiaomi Mi qoruyucu üzlük, Xiaomi X6qcıq üçün 506 (beş yüz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Canyon markalı səs ucaldıcı, Power Bank mi, Xiaomi Mi X7qcıq üçün 242 (iki yüz qırz iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı airpods qulaqcıq, CASİO markalı qol saatı üçün 627 (altı yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********977xx xxxxx 8110 ds markalı telefon üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28294 Huawei Y5 Lite markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X11Dots qulaqcıq üçün 156 (yüz əlli altı) manat ödənilməmiş hissə, 15 (on beş manat) dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar