Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1488/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi D.E.Əliyevanın iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 12740 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli müqaviləyə edilən əlavəyə əsasən müqavilənin bitmə tarixi xx.xx.2018-ci il təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1474,03 ABŞ dolları əsas borc, 2890,21 ABŞ dolları faiz borcu, 92,68 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 212,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4669,72 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1474,03 ABŞ dolları əsas borc, 2890,21 ABŞ dolları faiz borcu, 92,68 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 212,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4669,72 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «xxxxxx» İKB ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 12470 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “Kreditor” qismində «xxxxxx» KB ASC-nin “Mərkəzi” filialı ilə “Borc alan” Cavabdeh1 və “Zamin” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsinə 1 saylı və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələrdən görünür ki, kredit müqaviləsinin 1.6-cı bəndində və zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş “24 ay” sözləri “43 ay 6 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “43 ay 6 gün” hesab edilmiş, kredit müqaviləsinin 1.8-ci bəndində və zaminlik müqaviləsinin 1.3.6-cı bəndində göstərilmiş “xx.xx.2016” sözləri “xx.xx.2017” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2017” hesab edilmiş, kredit müqaviləsinin 1.11-ci bəndində və zaminlik müqaviləsinin 1.3.8-ci bəndində göstərilmiş “28%” sözləri “26%” sözləri il əvəz edilmiş və kreditin illik faiz dərəcəsi 26% hesab edilmişdir. İş üzrə 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsinə 1 saylı və zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavələrdən görünür ki, kredit müqaviləsinin 1.6-cı bəndində və zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş “24 ay” sözləri “53 ay 19 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “53 ay 19 gün” hesab edilmiş, kredit müqaviləsinin 1.8-ci bəndində və zaminlik müqaviləsinin 1.3.6-cı bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilmiş, kredit müqaviləsinin 1.11-ci bəndində və zaminlik müqaviləsinin 1.3.8-ci bəndində göstərilmiş “26%” sözləri “26%” sözləri il əvəz edilmiş və kreditin illik faiz dərəcəsi 26% hesab edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1474,03 ABŞ dolları əsas, kreditin bitmə tarixinə hesablanmış 2890,21 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 92,68 ABŞ dolları cərimə borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə «xxxxxx» İKB ASC-nin Mərkəzi filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 24 ay müddətinə, illik 28% qaytarmaq şərti ilə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsinə digər Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə 24 aya qədər uzadılmış və müqavilənin bitmə tarixi xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Lakin xx.xx.2016-cı il tarixdə tərəflər yenidən müqavilənin müddətinin uzadılması ilə bağlı saziş bağlamış və müqavilənin bitmə tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Kredit müqaviləsinin müddətinin uzadılması ilə bağlı bağlanılmış sazişlər eyni zamanda zamin tərəfindən də imzalanmış və zamin kredit müqaviləsi üzrə müddətin artırılmasına razılıq vermişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü pulun və ona hesablanmış faizləri xx.xx.2019-cu il tarixədək qaytarılması barədə öhdəlik götürsə də, həmin öhdəliyin pozmuş və yerinə yetirməmişdir. Nəticədə onun kredit müqaviləsi üzrə 1474,03 ABŞ dolları əsas və müqavilə müddəti bitən tarixə (xx.xx.2018-ci il tarixə) 2890,21 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış 1474,03 ABŞ dolları əsas və 2890,21 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 92,68 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 22,96 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 212,8 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 212,8 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamindən də müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəməyə təqdim edilmiş iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1-ci bəndinə əsasən zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində zaminliyin qüvvədə olma müddətinin kreditorun kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi vaxtadək göstərilməsi, müddəti təyin edilməyən müqavilə kimi hesab edilməlidir. Yəni zaminlik müqaviləsində kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalması kimi müəyyən edilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, xx.xx.2018-ci il tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir), hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zaminə qarşı münasibətdə təmin edilməməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh1 tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh O.Rüstmovdan ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsi üzrə 1474,03 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 2890,21 ABŞ dolları faiz borcu, 22,96 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5% dərəcəsi alınmaqla 212,8 ABŞ dolları faiz borcu, cəmi 4600 (dörd min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh2 qarşı münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1488/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1488/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver