Məhkəmə qərarları › İş №2(009)-1492/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1492/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1492/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər ünvan 2at Ofisinə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin qüvvədə olmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ünvan 2at Ofisinə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin qüvvədə olmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 25.04.2001-ci il tarixdə ünvan 2at reyestrində 4Ə-199 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 iki otaqlı mənzil almışdır. Mənzilə çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xilmətinə şifahi olaraq müraciət etmiş və ona bildirmişlər ki, 25.04.2001-ci il tarixli alqı-satqı müqaviləsi 20 il öncədən bağlandığı üçün, həmin müqavilənin qüvvədə olması notarius tərəfindən təsdiq edilməlidir. Müqaviləni təsdiq edən notarius vəfat etdiyindən, onun tərəfindən Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət olunmuş və müraciətinə cavabda qeyd olunmuşdur ki, 25.05.2001-ci il tarixli alqı-satqı müqaviləsi arxivə təhvil verilməmişdir. Bu səbəbdən də qeyd olunan alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən qüvvədə olmasının müəyyən olunması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 ilə onun arasında bağlanmış 25.04.2001-ci il tarixli və dövlət notariat reyestrində 4Ə-199 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin qüvvədə olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, aldığı ev B.Borodilinin adına olmuş və alğı-satqı onun etibar etdiyi cavabdeh Bazir Novruzov tərəfindən satıcı kimi imzalanmışdır. Hüquqi cəhətdən qanunları bilməmə səbəbindən elə bilmişdir ki, alğı-satqı əmlak üzərində tam mülkiyyət hüququnu yaranmasına səbəbdir. Lakin sonradan ona demişlər ki, bu alğısatqı müqaviləsi əsasında həmin evin çıxarışı əldə olunmalıdır. Bununla bağlı araşdırma aparılarkən dövlət notariat arxivinə notariat işinin təhvil verilməməsi müəyyən olunmuş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mübahisəli evi aldığı vaxtdan hazırki vaxtadək həmin evdə yaşayır. Bunu qonşuları da təsdiq edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə ünvan 1 baxılmasını xahiş etmişdir. Məhkəmə işə ünvan 1 baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını və şahid ifadələrini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o İddiaçılə qonşudur. İddiaçı 2000-ci illərdə əvvəllər rus millətindən olan şəxsin mülkiyyətində olan mənzili almışdır və həmin vaxtdan bu günədək həmin evdə yaşayır. Muxtar müəllimdən başqa həmin mənzildə heç kimi yaşayan görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Muxtar müəllimi 40 ildir ki, tanıyır. Onunla birlikdə bir yerdə işləmişdir və Muxtar müəllimin aldığı mənzilin yerləşdiyi evin digər mənzilində qonşuluqda yaşayır. O, həmin mənzildə 1986-cı ildən yaşayır. Mənzilin əvvəlki sahibi evi İddiaçı satmış, satdığı vaxtdan da mənzildən köçüb getmiş və həmin vaxtdan mənzildə İddiaçı yaşayır. İş üzrə V.A.Borodulinin adından Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən 22.11.2000-ci ildə rəsmiləşdirilmiş etibarnamə əsasında Cavabdeh2 ilə İddiaçı arasında bağlanılmış və ünvan 2at kontorunun notariusu N.L.Qafarov tərəfindən təsdiq edilmiş 25.04.2001-ci il tarixli 113074 nömrəli alqı-satqı müqaviləsinə əsasən V.A.Borodulinin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 11 Bayıl döngəsində yerləşən 8 saylı evin 7 saylı mənzilini İddiaçı 32.000.000 manata satmışdır. İş üzrə Dövlət Notariat Arxivi tərəfindən İddiaçı ünvanlanmış 29.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2at ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan müqaviləyə dair notariat işinin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması imkan xaricindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o alqı-satqı müqaviləsinin qüvvədə olmasının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, həmin tələb faktiki olaraq hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, müəyyən edilməsi xahiş olunan hüquqi əhəmiyyətli fakt AR MPM-nin 307-ci maddəsində nəzərdə tutulan siyahıda göstərilməsə də, həmin faktın müəyyən edilməsi iddiaçı üçün hüquqi nəticələr doğurur. Belə ki, 25.04.2001-ci il tarixdə Bakı şəhər 28 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, 2-ci Bayıl dngəsi, 8 saylı evin 7 saylı mənzili X1 almışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyinin tələblərinə əsasən daşınmaz əmlaka dair alğısatqı müqaviləsi notariat qaydada bağlanılmalı və təsdiq edilməlidir. AR Mülki Məcəllənin 144.1-ci madəsiən əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsi notariat qaydada bağlanılıb təsdiq edildiyi üçün həmin əqd etibarlı və qanuni əqddir. Mülki qanunuvericiliyi tələblərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hesab olunur(Mülki Məcəllənin 139-1-ci maddəsi). İddiaçı alğı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alınması üçün daşınmaz əmlakın dövlət reyestrinə müraciət etmiş, lakin sonuncu 25.04.2001-ci il tarixdə notariat qaydada bağlanmış müqavilənin qüvvədə olub-olmaması ilə bağlı notariat arxivindən müvafiq arayış tələb etmişdir. İddiaçı 25.04.2001-ci il tarixli alğı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması üçün Dövlət Notariat Arxivinə müraciət etmiş, lakin sonuncu dövlət notariat kontoru tərəfindən 25.04.2001-ci il tarixli alğı-satqı müqaviləsi üzrə olan notariat icraatının arxivə təhvil verilmədiyini bildirərək belə məlumatın verilməsinin mümkün olmamasını bildirmişdir. Göründüyü kimi iddiaçının qanuni əsaslarla bağladığı alğı-satqı müqaviləsinin hazırda dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məlumat əldə edilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda belə bir məlumatın Dövlət Notariat Arxivindən başqa orqandan əldə edilməsi mümkün deyil. Məhkəmə qeyd edir ki, 25.04.2001-ci il tarixdə notariat qaydada bağlanılaraq təsdiq edilmiş alğı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məlumatın notariat arxivindən başqa digər yolla əldə edilməsi mümkün olmadığı üçün, iddiaçı həmin müqavilənin qüvvədə olmasının müəyyən edilməsini məhkəmə qaydasında tələb etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün, yəni bu faktın təsdiq edilməsi iddiaçıya alğı-satqı müqaviləsi əsasında əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına kömək etdiyi üçün, habelə bu faktın başqa yolla əldə edilməsi mümkün olmadığı üçün, həmin hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Məhkəmə müəyyən olunması xahiş olunan hüquqi əhəmiyyətli faktı üzrə qeyd edir ki, iddiaçı aldığı mənzilə həmin vaxtdan sahiblik etdiyi üçün, həmin mənzil onun istifadəsində olduğu üçün, bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığı üçün bu faktlar iddiaçının mənzilə yiyələnməsini göstərir və bağladığı alğı-satqı müqaviləsinin ləğv və ya dəyişdirilməməsini təsdiq edir. Digər tərəfdən alğı-satqı müqaviləsinin qarşı tərəfi olan – əvvəlki mülkiyyətçinin adından etibarnamə ilə çıxış edən Cavabdeh2 tərəfindən də mənzilə dair iddiaçıya qarşı hər hansı etiraz irəli sürülməmişdir. Bütün bu hallar iddiaçının mübahisəli mənzillə bağlı bağlanmış və notariat qaydada təsdiq edilmiş 25.04.2001-ci il tarixli alğı-satqı müqaviləsinin hüquqi qüvvəli olmasının təsdiq edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair bağladığı və notariat qaydada təsdiq edilmiş 25.04.2001-ci il tarixli alğı-satqı müqaviləsinin hazırda qüvvədə olması müəyyən olunduğu üçün, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. B.A.Borodulinin adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə İddiaçı arasında ünvan 2at Kontorunda təsdiq edilmiş və 4Ə-199 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsinin qüvvədə olması müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar