Məhkəmə qərarları › İş №2(009)-1496/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1496/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1496/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2- 2(103)-6/2019 saylı qətnaməsi ilə "xxxx" firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmiş 19 400 119, 08 ABŞ dolları məbləğində pul vəsaitinin ipoteka predmeti hesabına ödənilməmiş 4 925 119, 08 ABŞ dolları məbləğində hissəsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notarial qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclərin "xxxx" firmasının təsisçiləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə "xxxx" firması (Borc alan) arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 04 oktyabr 2018-ci il tarixinədək, illik 16 % ödəmək şərtilə, 17 000 000 (on yeddi milyon) ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 08.07.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı ipoteka müqaviləsi (bundan sonra “İpoteka müqaviləsi”) bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.07.2015-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Borc alan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Bank tərəfindən “Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” qarşılıqlı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin 15 iyul 2016-cı il tarixli 2-2(81)-1096/2016 №-li qətnaməsi ilə ilkin iddiaçı "xxxx" firmasının cavabdeh ASC «Xalq» Bankına qarşı tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, Bankın qarşılıqlı iddiası isə tam təmin edilərək cavabdeh "xxxx" firmasından 17 000 000 ABŞ dolları əsas borc, 2 388 957,46 ABŞ dolları adi faizlər üzrə borc, 11 161,62 ABŞ dolları penya olmaqla, cəmi 19 400 119,08 ABŞ dolları məbləğində pul vəsaitinin və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. "xxxx" firması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2-2(81)- 1096/2016 №-li qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının vətəndaşları Ağa-X6 və Hacıyeva Könül Rəşid qızı (bundan sonra birlikdə - «3-cü şəxslər») 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m və 24,6 kv.m-dən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Məlum olmuşdur ki, qeyd edilən ipoteka müqaviləsi bağlanmazdan əvvəl ipoteka predmeti barəsində "xxxx" firması ilə Hacıyeva Könül Rəşid qızı arasında 20.05.2011-ci il tarixli İlkin müqavilə, Ağa-X6 arasında isə 17.11.2009-cu il tarixli, MAA/19-09 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, ipoteka predmeti ipoteka ilə yüklü edildiyi zaman həmin əmlaka üçüncü şəxslərin hüquqları barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2- 2(103)-14/2017 №-li qətnaməsi ilə 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə Kollegiyası formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən müqavilələr (ilkin müqavilə və alqı-satqı müqaviləsi) mahiyyət etibarı ilə podrat müqaviləsidir və bu səbəbdən 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməlidir. Bununla da, Məhkəmə Kollegiyası faktiki olaraq etibarsız olan, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış müqavilələrə əsaslanaraq mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış ipoteka müqaviləsini etibarsız hesab etmişdir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsindən həm Bank, həm də "xxxx" firması tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bank tərəfindən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarından 16.04.2018-ci il tarixdə AR Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. AR Konstitusiya Məhkəməsinin 18.07.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə konstitusiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. AR Ali Məhkəməsinin Plenumunun 31.10.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)- 6/2019 №-li qətnaməsi (bundan sonra «Qətnamə» adlandırılacaq) ilə "xxxx" firmasının apelyasiya şikayətinin, üçüncü şəxslərin, onlara “məxsus” ticarət sahələri hissəsində ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair iddialarının rədd edilməsi, Bankın qarşılıqlı iddiasının isə qismən təmin edilərək, "xxxx" firmasından 17 000 000 ABŞ dolları əsas borc, 2 388 957,46 ABŞ dolları adi faizlər üzrə borc, 11 161,62 ABŞ dolları penya olmaqla, cəmi 19 400 119,08 ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun, sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün 15 manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38 600 000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həm "xxxx" firması, həm də qeyd edilən üçüncü şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin 17.07.2019-cu il tarixli qərarı ilə hər iki tərəfdən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda qeyri-yaşayış binası satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış binasının alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları barədə 26.12.2019cu il tarixli, 67/01 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 26.12.2019-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 24 607 500 (iyirmi dörd milyon altı yüz yeddi min beş yüz) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, "xxxx" firmasının Qətnamə üzrə Bank qarşısında 2 525 000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 2 388 957,46 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu, 11 161,62 ABŞ dolları penya olmaqla, cəmi 4 925 119, 08 ABS dolları məbləğində borcu ödənilməmiş qalmışdır. İpoteka predmeti hesabına iddiaçının Qətnamə üzrə təmin edilmiş hissədə tələbləri tam ödənilmədiyinə görə "xxxx" firmasının Nizamnaməsinin 4.8-ci bəndinə və qüvvədən düşmüş «Müəssisələr haqqında» Azərbaycan Respublikasının 1 iyul 1994-cü il tarixli Qanununun 8-ci maddəsinə əsasən iddiaçının tələbinin yuxarıda qeyd edilən ödənilməyən hissəsini təsisçilərdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasını tələb etmək hüququ yaranmışdır. Belə ki, "xxxx" firmasının Nizamnaməsinin 4.8-ci bəndinə əsasən təsisçilər müəssisənin öhdəçiliyi üzrə məsuliyyət daşıyır. Qüvvədən düşmüş «Müəssisələr haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və (və ya) hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Qanunvericiliyə əsasən birgə məsuliyyət, öhdəliyin və ya tələbin birgəliyini nəzərdə tutan müqavilə və ya qanunla müəyyən edildiyi zaman yaranır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 500-cü maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Birgə borclular öhdəliyin tam ödənilməsinə qədər borclu qalırlar. Beləliklə, Bankın Qətnamə üzrə təmin edilmiş hissədə tələbləri tam ödənilmədiyinə görə tələblərin həmin 4 925 119.08 ABŞ dolları məbləğində ödənilməmiş hissəsinin təsisçilər Cavabdeh2 və Cavabdeh1 tutulmasını tələb etmək barədə irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də, məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə "xxxx" firmasından ASC «Xalq» Bankının xeyrinə tutulması qət edilmiş 19 400 119,08 ABŞ dolları məbləğində pul vəsaitinin ipoteka predmeti hesabına ödənilməmiş 4 925 119,08 ABŞ dolları məbləğində hissəsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclərin "xxxx" firmasının təsisçiləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun Cavabdeh1 dair hissəsinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbini əsassız sayır. Belə ki, ACavabdeh1 mərhum əri X2 ölümündən sonra 29.09.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə ona və azyaşlı oğlu-X4 hər birinə 50% olmaqla verilmiş "xxxx" firmasının nizamnamə kapitalındakı 100 % payı qısa müddət sonra, 18.12.2014-cü il tarixdə 80%, qalan 20%-i isə 21.02.2017ci il tarixdə əvəzsiz olaraq Cavabdeh2 bağışlayaraq, firmanın təsisçiliyindən çıxmışdır. Cavabdeh1 təsissçi olduğu müddət ərzində firmanın idarə olunmasında iştirak etməyib, heç bir gəlir, divident əldə etməyib və təsisçiliyi formal xarakter daşıyıb. Həmçinin "xxxx" firmasından ASC "Xalq" Bankın xeyrinə pul tutulması ilə, ipoteka predmetinin qiymətləndirilməsi ilə, hərracın keçirilməsi ilə əlaqədar Cavabdeh1 tərəfindən heç bir şikayətin verilməməsi, çoxsaylı məhkəmə prosseslərinə dəvət olunmaması da onun həmin müəssisə ilə heç bir əlaqəsinin olmamasını aşkar olaraq göstərən haldır. Həmçinin Azərbaycan Respublikası “Müəssisələr haqqında“ Qanunun "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 23.04.2002-ci tarixli Qanunu ilə qüvvədən düşməsini nəzərə alaraq iddiaçının öz iddiasını əsaslandırmaq üçün ona istinad etməsi də təəccüb doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin Cavabdeh1 formal olaraq təsisçisi olduğu "xxxx" firmasının təsisçiliyindən çıxmasının dörd ildən artıq müddət keçməsini nəzərə alaraq hesab edir ki, iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2.maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin Cavabdeh1 aid hissəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-206/2021 saylı, 31.03.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh2 AR CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq bank tərəfindən borc alana 04 oktyabr 2018-ci il tarixinədək, illik 16 % (on altı faiz) ödəmək şərtilə, 17 000 000 (on yeddi milyon) ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. İş materiallarından görünür ki, Kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 08.07.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hərracın yekunları baradə 26.12.2019-cu il tarixli, 67/01 nömrəli Protokoldan görünür ki, ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 2 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası 32 810 000 (otuz iki milyon səkkiz yüz on min) manat məbləğə ipoteka saxlayan ASC “Xalq” Bankı tərəfindən əldə edilmişdir. İş materiallarında olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanda 0,2704 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası qeyriyaşayış binası 09.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında ASC “Xalq” Bankının adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" firmasınln Nizamnaməsinə edilmiş 01.10.2014-cü il tarixli dəyişiklikdən görünür ki, Müəssisənin bərabər payda təsisçiləri Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh1dır. İş materiallarında olan "xxxx" firmasınln Nizamnaməsinə edilmiş 18.12.2014-cü il tarixli dəyişiklikdən görünür ki, Müəssisənin təsisçiləri 80% payla Cavabdeh2 və 20% payla Cavabdeh1dır. Təqdim edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 21.02.2017-ci il tarixli Müəssisədəki payın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" firmasının təsisçisi Cavabdeh1 "xxxx" firmasında özünə məxsus 6263.44 AZN olan 31317.2 pay,20% payını Cavabdeh2 hədiyyə verdi. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-2(81)-1096/2016 №-li, 15 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçı "xxxx" firmasının cavabdeh ASC «Xalq» Bankına qarşı tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, Bankın qarşılıqlı iddiası təmin edilərək, cavabdeh "xxxx" firmasından 17 000 000 ABŞ dolları əsas borc, 2 388 957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19 400 119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, qeyd olunan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 26 000 000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan qətnamələrdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(103)-14/2017 №-li, 05 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" firmasının və müstəqil tələb irəli sürən 3-cü şəxslər Ağa- X6 və Hacıyeva Könül Rəşid qızının apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-2(81)-1096/2016 №-li, 15 iyul 2016-cı il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddianın 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, qeyd olunan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 26 000 000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, tutmanın 08.07.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına 3-cü şəxslər Ağa-X6na məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m. sahəsi olan 1 №-li mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m. qeyriyaşayış sahəsi, Hacıyeva Könül Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m. 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilməsi, ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının (3-cü şəxslər Ağa-X6na məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m. sahəsi olan 1 №-li mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m. qeyri-yaşayış sahəsi, Hacıyeva Könül Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m. 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiymətinin 38 473 040 manat müəyyən edilməsi, ASC «Xalq» Bankının qarşılıqlı iddiasının 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, müstəqil tələb irəli sürən 3-cü şəxslər Ağa-X6 və Hacıyeva Könül Rəşid qızının cavabdehlər ASC «Xalq» Bankına və "xxxx" firmasına qarşı iddiasının təmin edilməsi, "xxxx" firması ilə ASC «Xalq» Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X6na məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m. sahəsi olan 1 №-li mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m. qeyri-yaşayış sahəsinin, Hacıyeva Könül Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m. 18 saylı qeyriyaşayış sahəsinin ipoteka ay qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli 2-2(102)-366/17 saylı qərarından görünür ki, iddiaçı "xxxx" firmasının və cavabdeh ASC «Xalq» Bankının kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(103)- 14/2017 №-li, 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13- 2(102)-1(k)/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2- 2(103)-6/2019 №-li qətnaməsindən görünür ki, "xxxx" firmasının apellyasiya şikayəti, üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin eilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" firmasının cavabdeh ASC «Xalq» Bankına qarşı kredit xətti müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" firmasından 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları əsas borc, 2 388 957,46 ABŞ dolları kreditdən istifadəəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19 400 119,08 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38 600 000 manat məbləğində müəyyən edilməsi, qarşılıqlı iddianın 26.05.2016-cı il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC «Xalq» Bankının xeyrinə tutulması hissədə təmin edilməməsi, üçüncü şəxs Ağa-X6nın "xxxx" firması ilə ASC «Xalq» Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m.dən ibarət qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs Hacıyeva Könül Rəşid qızının "xxxx" firması ilə ASC «Xalq» Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m.dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-285/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarından görünür ki, "xxxx" firması və 3-cü şəxslər Ağa-X6 və Hacıyeva Könül Rəşid qızının kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2- 2(103)-6/2019 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.03.2021-ci il tarixli, 1(101)-206/2021 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 04 oktyabr 2018-ci il tarixinədək, illik 16 % ödəmək şərtilə, 17 000 000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmış, Kredit xətti müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə "xxxx" firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 08.07.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Borc alan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Bank tərəfindən “Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia qaldırılmış və həmin mübahisə məhkəmə baxışlarının predmeti olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-285/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə ASC «Xalq» Banknın iddiası qismən təmin edilərək, "xxxx" firmasından 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə cəmi 19 400 119,08 ABŞ dollarının bankın xeyrinə tutulması və tutmanın İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38 600 000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, ipoteka predmeti olan "xxxx" firmasına məxsus daşınmaz əmlak iddiaçı bank tərəfindən hərracdan 24 607 500 manat qiymətlə əldə edilmiş, bankın yuxarıda qeyd olunmuş qətnamə üzrə təmin edilmiş hissədə tələbləri tam ödənilmədiyinə görə, bank Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə "xxxx" firmasından ASC «Xalq» Bankının xeyrinə tutulması qət edilmiş 19 400 119,08 ABŞ dolları məbləğində pul vəsaitinin ipoteka predmeti hesabına ödənilməmiş 4 925 119,08 ABŞ dolları məbləğində hissəsinin "xxxx" firmasının təsisçiləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbindən görünür ki, iddiaçı hazırki iddia tələbini irəli sürərkən, "xxxx" firması ilə ASC «Xalq» Bankının arasında olan 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsindən irəli gələn münasibətlərə, həmin münasibətlərdən yaranmış borc məbləğinə istinad etmişdir. Halbuki iş materiallarından göründüyü kimi, qeyd olunan "xxxx" firması ilə ASC «Xalq» Bankının arasında olan 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsi artıq qüvvədə deyil, əvvəlki qətnamə ilə müqavilə münasibətlərinə xitam verilmişdir. Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə iddiaçı bankın tələb etdiyi cəmi 19 400 119,08 ABŞ dolları məbləğində borc icraya yönəldilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan borc məbləği hazırki iddia tələbinin predmeti ola bilməz. Borc məbləğinin qalan hissəsinin ödənilməsi yalnız icra qaydasında həll edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi hüquqi əsasının olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar