Məhkəmə qərarları › İş №2(009)-1496/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1496/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1496/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X7 və Cavabdeh2 nümayəndəsi-vəkili X9 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyan” tələbinə dair mülki işə 09 avqust 2023-cü il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8,022,000 (səkkiz milyon iyirmi iki min) manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X3 Azərbaycan Respublikasının hal-hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində digər cavabdeh ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini və 1-ci şöbənin rəisi vəzifəsində xidmət edən Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək barəmdə olan Azərbaycan Respublikası CM-nin 178.3.1 və sair maddələrlə istintaq edilən cinayət işini əsas tutaraq 20 dekabr 2008-ci ildə Cavabdeh2 tərəfindən cinayət məsuliyyətinə cəlb olunmağına nail olmuşlar. 20 dekabr 2008-ci ildə Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Cavabdeh2 onu Mövlam Şıxəliyevin xidməti otağına aparmış, ona təzyiqlər göstərərək hədə qorxu ilə pul tələb etmişlər. Bu hal həbsdə saxlandığı müddət ərzində dəfələrlə təkrar olunmuşdur. Cavabdehlər Mövlam Şıxəliyev və Cavabdeh2 tələb etdikləri pulu verməyəcəyi təqdirdə iddiaçını uzun müddət həbsdə saxlayacaqlarını, fiziki təzyiqə məruz qoyacaqlarını, ən agır cəza verdirəcəkləri,cəza çəkmə yerində agır şərait yaradılacağı və fiziki təzyiqə məruz qalacağı kimi hədələr gəlmişlər. Cavabdeh Mövlam Şıxəliyevin və Cavabdeh2 müntəzəm təzyiqləri nəticəsində onların tələb etdiyi 10.000.000 (on milyon ) ABŞ dolları pulu həmin dövrün məzənnəsi ilə 8.022.000 manat (səkkiz milyon iyirmi iki min) cavabdehlərə verməyə məcbur olmuşdur. İddiaçıdan hədə qorxu ilə tələb olunan 8.022.000 manat pul alındıqdan sonra 22 iyul 2009-cu il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Bütün qeyd etdiyi bu hallar qüvvədə olan Bakı Hərbi məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə öz təsdiqini tapmışdır. Milli Təhlükəsizlik Nazirliyi, ləğv edildikdən sonra cavabdeh X2 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə hökmü çıxarılmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona vurulmuş ziyan Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 1 -1 (093)-9/2022 saylı hökmü ilə X3 istintaq orqanı tərəfindən üzərinə həbs qoyulmuş əmlakı müsadirə olunmaqla 12 il, Cavabdeh2 isə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehlər X2 və Cavabdeh2 tərəfindən ona vurulmuş 8.022.000 (səkkiz milyon iyirmi iki min ) manat ziyan müəyyən olunmuş, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Hərbi Məhkəməsinin hökmündən cavabdehlər X1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü ildə 1-1(103)-l/2-2023 saylı qərarı ilə şikayətləri təmin etməmiş, hökmü qüvvədə saxlamışdır. (Bakı Apellyaiya Məhkəməsinin qərarə səh. 11,12). İşə Bakı Hərbi Məhkəməsində baxılarkən tərəfindən mülki iddia verilmiş, lakin dövlət rüsumunu tam həcmdə ödəyə bilmədiyi üçün iddianın mülki qaydada verilməsi tövsiyyə olunmuşdur. Onu da nəzərə çatdırır ki, Bakı Hərbi Məhkəməsində mülki iddia vermiş zərərçəkmiş şəxslərin iddialarının istintaq və məhkəmə tərəfindən müəyyən olunmuş məbləğinin tam həcmdə təmin olunması qərara alınmışdır. Cavabdeh2 tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1 -1 (093)-9/2022 saylı hökmü ilə hüquqlarını müdafiə etdiyi Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi CM-nin 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş əlavə cəzanın müstəqil icra olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 21 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalında həbsə alınması, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi barədə qərar çıxarmışdır. Hal-hazırda Cavabdeh2 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh2 və Mövlan Şıxəliyev onun həbsdən buraxılacağı təqdirdə ondan 8.022.000 (səkkiz milyon iyirmi iki min) manat ondan pul almışlar. İbtidai istintaqda, məhkəmədə aparılan araşdırmalar zamanı tam sübut olundu ki, İbrahim Məmmədovun kimə pul verməsi və pulu alan şəxsin şəxsiyyətinin kim olmasını bilmir. Ancaq istinad edib göstərir ki, onun barəsində aparılan cinayət işinin istintaqı Cavabdeh2 rəhbərlik etdiyi istintaq şöbəsində araşdırılmışdır. O, dəfələrlə istintaqda və məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, onun həbsdə olduğu dövrdə pulu oğlu vermişdir. Oğlu pulu kimə verməsini, pulu qəbul edən şəxsi tanımır. Bundan başqa, Bakı Hərbi Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iş üzrə verilmiş mülki iddialar qismən təmin olunmuş, Cavabdeh2 verilən ittihamlar üzrə hüquqi varis Arif Məmmədova cəmi: 90.000 manat, “zərərçəkən” Əfsəl Həsənəliyevə 35.000 manat, Sərdar İsmayılova 50.000 ABŞ dolları və 2.000 manat, əlavə olaraq Cavabdeh2 heç bir aidiyyatı olmayan və həmin epizod üzrə barəsində ittiham hökmü çıxarılmayan zərərçəkən Elvar Əliyevə 80.000 manat pulun Cavabdeh2 və Mövlam Şıxəliyevdən müştərək qaydada tutulub onlara qaytarılması qərara alınmışdır. Bu epizoddan görünür ki, həqiqətən də Cavabdeh2 verilən ittiham əsassız olmaqla, konkret pulun kim almasını müəyyən etmək qeyri-mümkündür. Nə hüquqlarını müdafiə etdiyi Cavabdeh2 əmlak vəziyyəti, uzun illər ehtiyac içində yaşam tərzi, nə də ki, böyük məbləğlərdən dəm vuran yalançı zərər çəkənlərin əmlak vəziyyəti istintaq tərəfindən modelləşdirilən uydurma cinayətə uyğun deyil. Verilməsi iddia edilən pulların mənbələrinin və motivlərinin olmaması (Motivsiz-ona görə ki, həmin şəxslər barəsində cinayət işi tamamlanıb məhkəməyə verilib. Sual: nəyə görə onlardan pul alınıb? Özü də 8.000.000 dollar bu mövqeyilərini daha da gücləndirir, ittihamın əsassız olduğunu bir daha sübut edir. Cavabdeh2 həm ifadələrində, həm də məhkəmə çıxışlarında tamailə haqlı olaraq özünü təqsirli bilməmiş, həmin məhkəmə Qərarını ziyyətili olmaqla, “verdikləri” pullarinn mənbəsinin mötəbər, təkzibolunmaz sübutlara deyil, yalnız “zərərçəkən”lərin bir-birinə zidd, şər və böhtan xarakterli ərizə və ifadələrinə əsasən çıxarıldığını bildirmişdir. O, nəinki cinayət əməli, ümumiyyətlə hər hansı qanunsuz əməllər törətmədiyini, heç kimdən, o cümlədən “zərərçəkənlər”dən rüşvət istəmədiyini və almadığını, heç kəsin əmlakını və ya pulunu hədə-qorxu ilə tələb etmədiyini və ələ keçirmədiyini, MTN-ə xidmətə qəbul olunmazdan əvvəl aldığı 3 otaqlı “Xruşşovka” evdən başqa maşını, pulu, başqa əmlakı və s. olmadığını, 8 ildən artıq müddətdə səlahiyyətli orqanlar tərəfindən araşdırılsa da, qeyd etdiyi əmlakdan başqa hər hansı maddi xarakterli əmlakı, maşını, obyekti və pulunun olmadığını, əksinə 2011-2020-ci illərdə kreditlər hesabına evinə məişət əşyaları aldığını, evin cari təmirini apardığını, maddi çətinliyə görə təhsil haqqını ödəmək üçün oğlunun məcbur qalıb “qarsonluq” etdiyini, həmçinin məhkəmə cəza təyin edərkən onun 2020-ci ilə kimi qüsursuz xidmətini, dövlət mükafatlarını, himayəsində azyaşlı, yetkinlik yaşma çatmayan uşaqlarının olmasım nəzərə almayaraq ədalətsiz cəza təyin etdiyini, ümumiyyətlə isə etmədiyi cinayətlərə görə qanunsuz məhkum olunduğunu göstərmişdir. Məhkəmə isə Cavabdeh2 ifadələri və məhkəmə çıxışında göstərdiklərinin hamısını bir cümlə ilə “özünü müdafiə” kimi qiymətləndirmişdir. Yəni onları digər sübutlar ilə qarşılıqlı təhlil edib sübut kimi qəbul etməmişdir. Cavabdeh2 iddia edildiyi kimi həqiqətən də, həmin məbləğlərdə rüşvəti almış olsaydı onun maddi vəziyyətində dəyişikliklər olmalı idi. İstintaq orqanı da bu fərziyyəni yoxlamışdır. Yəni iddia edilən pulun Cavabdeh2 tərəfindən alınmasının həqiqiliyini yoxlamaq üçün onun özünün, ailə üzvlərinin və ya başqa şəxslərin adma rəsmiləşdirilməsi ehtimal edilən daşmar və ya daşınmaz əmlakları, habelə hüquqi şəxslər və ya Bank hesablarının mövcudluğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası sabiq Baş Prokuroru Zakir Qaralov xx.xx.2015-ci tarixli, 03/393 X17 ilə DTX-nm rəisi Mədət Quliyevə əməliyyat tapşırığı göndərmişdir. Həmin əməliyyat tapşırığına xx.xx.2016-cı il tarixli, 4/3/128 saylı X17 ilə verilmiş cavabda bir daha göstərilmişdir ki, Cavabdeh2 özünün, ailə üzvlərinin və ya başqa şəxslərin adma rəsmiləşdirdiyi daşmar və ya daşınmaz əmlakların, hüquqi şəxslərin və ya Bank hesablarının mövcudluğu müəyyən edilməmişdir. Bu fakt da Cavabdeh2 qanunsuz və əsassız məhkum olunduğunu bir daha təsdiq edir. Sabiq Baş prokurorun 1-ci X13 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Eldar Əhmədov Azərbaycan Respublikası DİN-i Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova ünvanladıqları xx.xx.2015- ci il tarixli, 03/387 və 03/389 saylı Tam Məxfi qrifli sorğularda Cavabdeh2 adma qeydiyyatdan keçmiş, Cavabdeh2 və ya ailə üzvlərinə faktiki məxsus daşmar və daşınmaz əmlaklar, nəqliyyat vasitələri barədə məlumatların və zəruri sənədlərin istintaqa təqdim olunmasına dair göstəriş verməsini xahiş etmişlər. Həmin qurumlar isə verdikləri cavablarda 2015-ci ildən bu günədək Cavabdeh2 özünün, ailə üzvlərinin və ya başqa şəxslərin adma heç bir daşmar və ya daşınmaz əmlaklarının olmadığını müəyyən etmişlər. Müvafiq Məhkəmələr Cavabdeh2 xeyrinə olan bu sübutlara da qanuni hüquqi qiymət verməmiş və məlum qanunsuz Qərarı qəbul etmişdir. Həmin pulun Cavabdeh2 verilməsi, hansı valyutada olması, hansı kupyorda olması, xüsusən də İddiaçı epizodu üzrə guya manatla toplanmış vəsaitin harada, hansı bank və ya valyuta dəyişmə məntəqəsində, hansı qaydada 8 milyon ABŞ dollarına konvertasiyası, həmin məbləğlərin mənbəyi və sair mühüm hallar sübutlarla müəyyən olunmamışdır. Cavabdeh2 onlardan rüşvət istəmədiyini və almadığını bildirmiş, “zərərçəkənlər” və ya onlara yaxın maraqlı şəxslər isə ziddiyyətli ifadələr verməklə rüşvət verdiklərini bildirmişlər. Qeyd etdiyi kimi, rüşvət verilməsini təsdiq edən sübutlardan biri də rüşvət predmetinin işə əlavə olunmasıdır. Lakin hazırkı işdə iddia olunan rüşvətin predmeti yoxdur. Cinayətin predmeti olmadan, yalnız “zərərçəkən” və onların yaxınlarının ifadələri ilə şəxsi necə məhkum etmək olar? Məsələn: fərz edək ki, mən təsdiq edirəm ki, pul verilib, amma saxta pul verilib və ya rus rublu və ya Türkiyə lirəsi ilə verilib, iddia olunduğu kimi televiziya qutusunda deyil, çuvalda verilib. Beləliklə də, kim sübut edə bilər ki, onlar düz deyir, ya mən? Həmin ziddiyyəti necə həll etmək olar? Əgər həqiqətən də, iddia olunan rüşvətin predmeti mövcud olsaydı, müvafiq ekspertiza rəyi alınar və ondan sonra Cavabdeh2 və qeyrilərindən soruşula bilərdi ki, bəs Siz filan tarixdə, filan yerdə, filankəsdən filan məbləğdə, filan valyutada, həqiqi, saxta olmayan, filan predmetin (televiziya qutusu, çuval və s.) içərisində rüşvəti almısınız. Ola bilər ittiham tərəfi desin ki, bəs hadisədən uzun müddət keçdiyindən rüşvətin predmeti aşkar olunub götürülə bilməmişdir. İddiaçı epizodu üzrə şahid İlqar Zeynalov ifadəsibə göstərir ki, içərisində 8.000.000 ABŞ dolları olan 8 ədəd televiziya qutusunu 3 ( hər dəfə 3, 3 və 2 qutu olmaqla) dəfəyə gətirib ləğv olunmuş MTN-nin arxa qapısında tanımadığı “şəxsiyyəti məlum olmayan şəxs”ə vermişdir. Həmin televiziya qutularının (istər dolu, istərsə də boş) ləğv olunmuş MTN-nin və ya hazırda DTX-mn inzibati binasının içərisinə buraxılmasının mümkün olub-olmaması nə istintaq orqanı, nə də məhkəmələr araşdırmamışdır. Mühafizə xidmətinin əməkdaşlarından bununla bağlı ifadələr alınmamışdır. Onların dindirilməsi yolu ilə ləğv olunmuş MTN-nin İnzibati binasına ümumiyyətlə televiziya qutularının keçirilməsinin mümkünlüyü, həmin televiziya qutularının içərisinin yoxlanılmalı olubolmaması, konkret olaraq İlqar Zeynalovun “kosmosdan gələn, göydən düşmüş adam” vasitəsilə 8 ədəd televiziya qutusunu inzibati binanın içərisinə necə aparması, onların yoxlanışdan keçib-keçməməsi, iddia olunduğu kimi həmin televiziya qutularında külli miqdarda pul aşkar etmişlərsə və ya aşkar edilərsə Mühafizə xidmətinin hansı tədbirləri görməli olması, həmin pulların kimə getdiyini aydınlaşdırıb Nazirə və ya tabe olduğu kiməsə məruzə etməli olub-olmamaları, belə məruzə etmişlərsə, konkret olaraq kimə məruzə etmələri və hansı tapşırığı almaları, Cavabdeh2 içərisində iddia olunan məbləğdə pul olan televiziya qutularının içəriyə buraxılması ilə bağlı Mühafizə xidmətinə tapşırıq vermək səlahiyyətinin olub-olmaması, həmin televiziya qutularının ona göndərildiyinə görə onları yoxlanışdan keçirmədən buraxmaları barədə göstəriş verib- vermədiyi və sair çoxlu sayda açıq qalmış məsələlərə aydınlıq gələcəkdir. Bütün bunları isə aydınlaşdırmaq, çox da çətin məsələ deyildir. Yuxarıda qeyd olunanlar Mühafizə xidmətinin həm 2009-cu ilin iyul ayında növbədə olan əməkdaşları, həm də digər əməkdaşlarının ifadələri, həmçinin onların vəzifə təlimatları ilə obyektiv olaraq araşdırıla bilərdi. Həm də, hesab edirik ki, ləğv olunmuş MTN-nin inzibati binasına hər gün açıq halda televiziya qutuları daşınmamışdır. Əgər belə hal olmuşdursa, bu mütləq həmin vaxtı növbədə olmuş Mühafizə xidməti əməkdaşının hafizəsində qalmışdır. İddiaçı epizodu üzrə Cavabdeh2 verilməsi iddia edilən 8.000.000 ABŞ dolları pulun əldə olunma mənbəyi müəyyən edilməmişdir. İstintaq orqanı həmin pulun mənbəyinin müəyyən edilməsi üçün tədbirlər görmüşdür. Bu məqsədlə Baş prokurorluğun xx.xx.2016-cı il tarixli 03/152006057/449 saylı məktubuna Ədliyyə Nazirliyinin Qeydiyyat və Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 05/452/11 saylı cavab məktubunda qeyd olunmuşdur ki, iddia edilən dövrdə İddiaçı özünün, yaxın və uzaq qohumlarının heç bir əmlakı satılmamışdır. Vergi orqanlarında da Zeynalovun iddia edilən məbləği qazanmasını sübut edən heç bir qeyd aparılmamışdır. Yalnız xx.xx.2009-cu ildə İddiaçı 96.000 manat dəyərində bir əmlakı satılmışdır. Həmin əmlakın 245.000 manata satıldığı iddia olunsa da, alqı-satqı müqaviləsində həmin əmlakın 96.000 manata satılması müəyyən olunmuşdur. İddiaçı 2008-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş və sonradan onun barəsində olan həbs qətimkan tədbiri polisin nəzarətinə vermə qətimkan tədbirinə dəyişdirilərək həbsdən buraxılmışdır. 2009-cu il tarixdən İddiaçı aidiyyətli dövlət orqanlarına həbsi ilə bağlı və ondan həbsdən buraxılma müqabilində pul verməsi ilə əlaqədar müraciət etməmişdir.Onun məhkəmə tərəfindən iddiaçı qismində tanınması yalnız Səbail rayon məhkəməsinə müraciət etdikdən sonra tanınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/22 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini, Cavabdeh2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd edilən vəzifədə xidmət etməklə həmin səlahiyyətlərə malik vəzifəlişəxs kimi təkrarən vəzifəsinin və xidmətdə olduğu qurumun milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əkskəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, kəşfiyyat, əks-kəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyri-aşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb qanunsuz yolla külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılmış tabeliyində olan İstintaq idarəsinin rəis müavini, birinci şöbənin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 20 dekabr 2008-ci il tarixdə qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki torpaq sahələrini qanunsuz olaraq müxtəlif şəxslərə satılması faktı üzrə həmin müəssisənin direktoru İddiaçı və digərləri barəsində CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320-ci maddələri ilə 627 №-li cinayət işi başlamaqla iş üzrə ibtidai istintaqın aparılmasını dəstənin üzvü Cavabdeh2 həvalə etdikdən və 20 dekabr 2008-ci il tarixdə sonuncunun qəbul etdiyi qərarlaİddiaçı CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin dekabr ayının sonlarından etibarən İddiaçı dəfələrlə saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin dəstənin üzvü Cavabdeh2 vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin edib həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində İddiaçı həmin dövrün məzənnəsi ilə 8.022.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində, habelə 2009-cu ilin yanvar ayından etibarən dəfələrlə İddiaçı və sonuncunun törətdiyi cinayət əməllərində vasitəçi qismində iştirak etmiş X4 dəstənin üzvü Cavabdeh2 xidməti otağında sonuncunun vasitəsilə həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə Qüdrət Baloğlanovun xeyrinə ediləcək hərəkətlərin, yəni barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi üçün qəbul olunacaq qərarın müqabilində İddiaçı 50.000 manat, cəmi vahid niyyətlə 8.072.000 manat nağd puldan ibarət külli miqdarda rüşvət istəmiş, Qüdrət Baloğlanovun xeyrinə qeyd olunan qərarın qəbul olunması üçün 2009-cu ilin aprel ayında MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində İddiaçı oğlu İlqar Zeynalovdan sonuncunun idarə etdiyi “X14” markalı 10-SC- 028 dövlət nömrə nişanlı avtomobilin içərisində mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvü vasitəsilə 50.000 manat pulu qəbul etmiş, lakin İddiaçı xeyrinə qeyd olunan qərarın qəbul olunması müqabilində tələb olunan pulun məbləğində razılaşa bilmədikləri üçün 2009-cu ilin iyun ayının əvvəllərində dəstənin üzvü Cavabdeh2 vasitəsilə İlqar Zeynalovu mobil telefon əlaqəsi ilə Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsinə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının arxa giriş qapısının yaxınlığına çağırıb İddiaçı həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində İlqar Zeynalovdan birbaşa yolla əvvəlcə həmin dövrün məzənnəsi ilə 8.041.000 manat təşkil edən 10.000.000 ABŞ dolları, tələb olunan məbləğə maddi imkanı çatmadığı üçün mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 8.000.000 ABŞ dolları məbləğində nağd puldan ibarət külli miqdarda rüşvət istəyərək, qeyd edilən qərarları 8.000.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvət müqabilində qəbul etməyə İlqar Zeynalovla razılaşmış, bununla əlaqədar 2009-cu ilin iyul ayının ikinci yarısında hər gün olmaqla üç gün müddətində istintaqa dəqiq məlum olmayan tarixlərdə MTN-nin inzibati binasının X11 küçəsindəki giriş qapısında dəstənin üzvü Cavabdeh2 tapşırığı ilə hər birinin içərisinə 1.000.000 ABŞ dolları yığılmış 03 ədəd televizor qutusunda olan 3.000.000 ABŞ dolları, ertəsi gün eyni ünvanda və eyni qaydada dəstənin üzvü Cavabdeh2 tapşırığı ilə hər birinin içərisinə 1.000.000 ABŞ dolları yığılmış 03 ədəd televizor qutusunda olan 3.000.000 ABŞ dolları, növbəti gün eyni ünvanda və eyni qaydada dəstənin üzvü Cavabdeh2 tapşırığı ilə hər birinin içərisinə 1.000.000 ABŞ dolları yığılmış 02 ədəd televizor qutusunda olan 2.000.000 ABŞ dolları, cəmi həmin dövrün məzənnəsi ilə 6.435.200 manat təşkil edən 8.000.000 ABŞ dolları məbləğində pulu mütəşəkkil dəstənin istintaqa şəxsiyyəti məlum olmayan digər üzvləri vasitəsi ilə İlqar Zeynalovdan qəbul edib, ümumillikdə vahid niyyətlə külli miqdar təşkil edən 6.485.200 manat nağd puldan ibarət rüşvəti əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Cavabdeh2 və qeyriləri ilə aralarında bölərək, İddiaçı həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 27 iyul 2009-cu il tarixli 142/KEŞ saylı rəyinin alınmasına nail olub dəstənin üzvü Cavabdeh2 tərəfindən 29 iyul 2009-cu il tarixdə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair və 03 sentyabr 2009-cu il tarixdə Qüdrət Baloğlanovun CM-in 178.3.1, 178.3.2, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair qərarların qəbul edilməsini təmin etməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə - qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İddiaçı və Qüdrət Baloğlanovun hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdehlər hüquqazidd əməl ilə iddiaçıya ziyan vurmuşdurlar. Belə ki, onlar iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyırlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin əvəzi zərərvuranlar tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 8,022,000 (səkkiz milyon iyirmi iki min) manat pul vəsaiti və ödənilmiş 4889,28 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar